Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2499/2025 18.06.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, X4 iclas katibliyi ilə, Ərizəçi, Maraqlı şəxs nümayəndəsi X5 iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiqi” barədə ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа xüsusi icraat qaydasında bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiqi” barədə ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək Maraqlı şəxs ilə Ərizəçi arasında bağlanmış xx.xx.2024-ci il tarixli MŞB/6-00512 nömrəli "Barışıq sazişi"-nin təsdiq edilməsi və onun tərəfindən mediasioya üçün ödənilmiş 100 manat dövlət rüsumun cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə rəsmi nikahda olmuşdur. Birgə nikahdan xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X7 dünyaya göz açmışdır. Maraqlı şəxs ilə bir müddət bir yerdə yaşasa da sonradan onunla yaşamaq mümkünsüz hala gəlmişdir. Buna əsasən nikahına xitam verilməsi ilə bağlı məhkəməyə müraciət etmiş və məhkəmə qətnaməsinə əsasən nikaha xitam verilmişdir. Eyni zamanda qeyd edir ki, maraqlı şəxslə aralarında olan xx.xx.2024-cü il tarixli MŞB/6- 00512 saylı Barışıq sazişinə əsasən birgə nikahdan olan övladları üçün müəyyən olunmuş alimentin miqdarı artırılaraq hər uşağa görə 180 manat olmaqla toplam 360 manat müəyyən olunmuşdur. Bildirir ki, maraqlı şəxs barışıq sazişinin şərtlərini vaxtı vaxtında icra etmir. Yalnız çox saylı müraciətlərdən sonra gecikdirmə şərti ilə alimentini ödəyir. Bununla bağlı dəfələrlə icra məmuruna müraciət etsə də , barışıq sazişi olması səbəbi ilə icradan boyun qaçırır. Buna əsasən hazırda ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, öz izahatında bildirdi ki, barışıq sazişi ilə razılaşdırılmış məbləğin təsdiqlənməsini istəyir ki, sonradan alimentin indeksasiyasını verəcəkdir. Onların birgə nikahdan üç uşaqları var. Onlardan biri yetkinlik yaşına çatmışdır. Universitetdə oxuyur. Əvvəlki qətnamə ilə hər uşağa 150 manat olmaqla, üç uşağa görə cəmi 450 manat aliment tutulması qət edilmişdir. Hazırda qarşı tərəf iki uşaq üçün 360 manat ödəyir.Yəni maraqlı şəxs barışıq sazişi ilə təsdiqlənmiş məbləği ödəsə də .bəzən gecikmələr olur, bu səbəbdən istəyir ki, saziş məhkəmə qətnaməsi ilə təsdiqlənsin. Maraqlı şəxs nümayəndəsi X8 məhkəmə iclasında izahatında qeyd etdi ki, əlildir. 300 manat pensiya alır. 2-3 dəfə gecikmələr olsa da ,tam məbləğdə alimenti ödəyir, borcu yoxdur. Alimentin tutlmasına etiraz eləmirlər, sadəcə 6 ildir ki, uşaqları görmür. Qarşı tərəf uşaqlara zəng belə etməyə imkan vermir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi təsdiq edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarına əlavə edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 3096/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki , iddia qismən təmin edilərək,Bakı şəhəri Qaradağ RayonMəhkəməsinin 2(002)-2102/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, hazırki qətnamənin qanuni qüvvəyə mindiyi gündən xx.xx.2006-cı il təvəllüdlü X2, xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 150 (yüz elli) manat olmaqla, cami 450 (dörd yüz əlli) manat sabit pul məbləğində aliment cavabdeh Maraqlı şəxs tutularaq iddiaçı Ərizəçi ödənilməsi qət edilmişdir. . Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesində bağlanılmış Bakı 6 saylı Mediasiya Təşkilatının xx.xx.2024-ci il tarixli MŞB/6-00512 saylı Barışıq Sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışıq sazişi bağlamışlar. 1.İkinci tərəf-Maraqlı şəxs övladları-xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X7 üçün xx.xx.2024-cü il tarixdən etibarən hər növbəti ayın 5-dək hər uşağa görə 180 manat olmaqla, ümumilikdə 360(üç yüz altmış) manat aliment haqqını birinci tərəf olan Ərizəçi adına olan bank hesabına ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, tərəflər öz aralarında aliment dair razılığa gələrək mediasiya prosesində barışıq sazişi bağlanmışdır. Daha sonra, barışıq sazişinin könüllü icra edilmədiyinə istinad edən Ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, tərəflərin arasında bağlanılmış barışıq sazişi ilə alimentlə bağlı məsələlər qarşılıqlı razılıq əsasında həll edilmişdir. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq, sazişin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Qeyd edilməlidir ki, sazişin şərtləri sazişi bağlayan tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün tərəflərdən birindən digərinin xeyrinə aliment tutulması ilə bağlıdır ki, bu şərtlər tamamilə qanuna uyğundur və üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur. Bu baxımdan məhkəmə uşağın mənafeyini əsas götürərək, mülki prosessual və mediasiya haqqında qanunvericiliyin müddəalarını nəzərə alaraq, barışıq sazişinin təsdiq edilməsi nəticəsinə gəlir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Eləcə də “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-ci il tarixli MŞB/6-00512 saylı Barışıq Sazişi təsdiq olunmalıdır. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23 – 355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2024-ci il tarixli MŞB/6-00512 saylı Barışıq Sazişi aşağıdakı qaydada təsdiq edilsin: Maraqlı şəxs xx.xx.2024-cü il tarixindən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X7 üçün hər ayın 5-dək bir uşağa 180(yüz səksən) manat olmaqla, ümumilikdə iki uşağa görə cəmi 360(üç yüz altmış) manat alimenti Ərizəçi adına olan bank hesabına ödəməyi öhdəsinə götürsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(002)-2499/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2499/2025
18.06.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver