Məhkəmə qərarları › İş №2(002)-2501/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2501/2020

16.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2501/2020 16.11.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarş ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum X3 onun atası olmaqla, xx.xx.1939-cu il tarixdə Qax rayonunda doğulmuşdur. Atası onunla birlikdə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Musəvi küçəsi, ev 3, mənzil 8 ünvanında yaşamışdır. Atası xəstə olmaqla, xx xxxx 2020-ci il il tarixdə vəziyyəti ağırlaşdığına görə yaşadıqları ünvana həkim çağırmışlar. Həkim gələnə kimi atası artıq vəfat etmişdir. Onu el adəti ilə Lökbatan qəbirstanlığında dəfn etsələr də həmin vaxtı ölüm haqqında şəhadətnaməni ala bilməmişlər. Belə ki, həmin vaxtı başı dəfn mərasiminə qarışdığı üçün bu barədə lazımi orqana müraciət edə bilməmişdir. Sonralar bu barədə ərazi üzrə poliklinikaya müraciət etsə də atasına ölüm şəhadətnaməsi almaq üçün tibbi şəhadətnamə verilməsindən imtina edilmişdir. Hazırda ölüm şəhadətnaməsi ona bəzi hüquq sənədləri, o cümlədən atasına ölüm haqqında şəhadətnamə əldə etmək üçün zəruridir. Göstərilənləri nəzərə alaraq, xx.xx.1939-cu il tarixdə Qax rayonunda doğulmuş, atası X1 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə etdi. O, ərizənin məzmununa uyğun izahat verərək, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində göstərdi ki, mərhum X3 onun qonşusu olmuş, xx.xx.2020-ci il tarixdə vəfat etmiş, nəşi Lökbatan qəsəbəsi ərazisindəki Qəbristanlıqda dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində göstərdi ki, mərhum X3 onun bacanağı olmuş, xx.xx.2020-ci il tarixdə vəfat etmiş, nəşi Lökbatan qəsəbəsi ərazisindəki Qəbristanlıqda dəfn edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Maraqlı şəxs nümayəndəsi heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş üzrə ərizəçinin nümyəndəsinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə aşağıdakılara görə təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanladığı xx xxxxxxxx 2020-ci tarixli, 05/Q-1160/15 №-li məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Şəhəri Baş Səhiyyə İdarəsi 19 Saylı Şəhər Poliklinikası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 543 saylı məktubdan görünür ki, X3 xəstəxanada ölümə səbəb olan diaqnozla dispanser qeydiyyatda olmadığı üçün ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. İş materiallarında olan Bakı şəhəri Təcili və X2 Stansiyası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.1939-cu il tarixdə Qax rayonunda doğulmuş X3 üçün X8 çağırılmış, lakin xx.xx.2020-ci il tarixdə saat 16.17 radələrində həkiməqədər ölüm (kişi cinsli meyit) aşkar olunmuşdur. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, X3 üçün övladlarndan xatirə olaraq baş daşı qoyulmuşdur. Azərbaycan Respublikası MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X1 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi iş materialları və şahid ifadələri ilə tam sübuta yetirildiyindən və ölüm faktnının müəyyən edilməsi ərizəçiyə ölüm haqqında şəhadətnamə alınması üçün lazım olduğundan həmin hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1939-cu il tarixdə Qax rayonunda doğulmuş X1 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Hazırkı məhkəmə qətnaməsi ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM:KAMRAN ƏSƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar