Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-2513/2023 24.07.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızı, İddiaçı Cavabdeh qarşı “mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiqlənməsi tələbinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiqlənməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizə məhkəmə tərəfindən icraata götürülərək baxıla bilməz və ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır: İddia ərizəsindən görünür ki, iddia ərizəsi iddia icraatı formasında göndərmişdir. Lakin mülki prosessual qanunvericilikdən görünür ki, “mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsinə xüsusi icraat qaydasında baxılmalıdır. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, iş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən xüsusi icraat qaydasında baxılmalı olan ərizəni iddia icraatı qaydasında vermişdir. Bu səbəbdən də, ərizə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263-264, 266-268ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiqlənməsi” tələbinə dair ərizəsi, ona əlavə olunmuş sənədlər və 100 manat dövlət rüsumu ərizəçi İddiaçı geri qaytarılsın. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-2513/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-2513/2023
24.07.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver