Məhkəmə qərarları › İş №2(002)-2548/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2548/2020

17.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2548/2020 17.11.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində qeyd etməklə, «şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində qeyd etməklə, «şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, əri, XX.XX.1934-cü il təvəllüdlü X1 xx xxxxxxx 2020-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun əri X3 XX.XX.1934-cü il tarixdə Xanlar rayonu, Füzuli kəndində anadan olmuşdur. Əri onunla birlikdə yaşamışdır. Əri onkoliji xəstə olmuşdur. əri xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Əri el adəti ilə Masallı Göyəçöl kəndində qəbiristanlığında dəfn etmişlər. Ölüm haqqında şəhadətnaməni başları dəfnə qarışdığı üçün götürə bilməmişlər. Daha sonra bu barədə sənəd əldə etmək istədikdə ona Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxsnə müraciət etdi. Lakin, ona izah edildi ki, məhkəməyə müraciət etməlidir. Hazırda ərinin ölüm şəhadətnaməsi ona bəzi hüquqi sənədləri əldə etmək üçün lazımdır. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. AR MPM-in müvafiq maddələrinə əsasən ərizəsinin təmin edilməsini xahiş edir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs rəisi Səidə Novruzova məhkəmənin ünvanına ərizə göndərərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iclasında dindirilmiş şahid Əsgərov Səyyar Möhsüm oğlu məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, ərizəçinin qardaşıdır. Əliyev Əkpərin dəfn və yas mərasimində iştirak etmişdir. O, Masallıda dəfn edilib. Təsdiq edir ki, X3 xx xxxxxxx 2020ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, ölüm faktının müəyyən edilməsi tələb edilən şəxs ərizəçinin əridir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1963-cü il tarixdə Masallı rayonu, Kəyəçöl kəndində doğulmuşdur. Lökbatan qəsəbəsi, M.Həsənov küçəsi, ev 2A, mənzil 4-də qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş AZE seriyalı 02987126 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 XX.XX.1934-cü il tarixdə Xanlar rayonu, Füzuli kəndində doğulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx xxxxxxx 1999-cu il tarixdə verilmiş Vİİ-JQ seriyalı nikahın bağlanması haqqında şəhadətnaməsinin surətindən görünür ki, X3 ilə Ərizəçi arasında nikah xx xxxxxxx 1999-cu il tarixdə 11 saylı akt qeydi ilə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Əsgərova soyadı verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Maraqlı şəxs xx.xx.2020-ci il tarixli 05/Q-1329/15 saylı məktubundan görünür ki, ölüm haqqında tibbi şəhadətnamə olmadığına görə, ərizənin təmin edilməsinin mümkün olmadığı bildirilmiş və qeyd olunan faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx xxxxxxx 2020-ci il tarixli aktdan görünür ki, X2, X4 və Əsgərov Akif Möhsüm oğlu öz imzaları ilə təsdiq etmişlər ki, X3 xx xxxxxxx 2020-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhər Baş Səhiyyə İdarəsinin 1193 saylı Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2020-ci il tarixli məktubunun surətindən görünür ki, X3 ölümə səbəb olan diaqnozla dispanser qeydiyyatının olmaması, səbəbindən tərəflərindən ölüm haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Masallı rayon icra hakimiyyəti başçısının Göyəçöl kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilən 315 nömrəli xx xxxxxxx 2020-ci arayışdan görünür ki, X3 xx.xx.2020-ci il tarixdə vəfat etmiş və Masallı rayonu Göyəçöl kənd qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş BŞT və TTYS 15 saylı bölməsinin ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X3 həkim gələnə qədər ölmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Bu Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Qeyd olunan mülki prosessual hüquq normalarının məzmunundan görünür ki, həmin normalarda xüsusi icraat qaydasında məhkəmə tərəfindən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin şərtləri nəzərdə tutulmuşdur. Həmin şərtlər qeyd olunan maddələrdə aşağıdakı ardıcıllıqla göstərilmişdir: - ərizəçinin müəyyən edilməsini məhkəmədən xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır; - ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onları bərpa edə bilməməlidir. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədləri başqa qaydada ala bilməməsi dedikdə, həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Başqa sözlə, müəyyən edilməsi tələb edilən hüquqi əhəmiyyətli faktı təsdiq edən hər hansı sənədin əldə olunması və ya bərpa edilməsi mümkün olmamalıdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmə Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 1.4-cü bəndinə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göründüyü kimi, Ərizəçi ərinin ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, XX.XX.1934-cü il tarixdə Xanlar rayonu, Füzuli kəndində anadan olmuş X3 xx xxxxxxx 2020-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmadığından ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir və onun əri olan XX.XX.1934-cü il təvəllüdlü X1 xx xxxxxxx 2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən olunmalıdır. Ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. XX.XX.1934-cü il tarixdə Xanlar rayonu, Füzuli kəndində anadan olmuş X1 xx xxxxxxx 2020-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi X1 ölümünün qeydə alınması üçün əsasdır. Ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar