Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-257/2022 06.01.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli olan şəxsin ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli olan şəxsin ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum X3 onun mərhum əri olmaqla, 28.03.1964-cü ildə Bakı şəhərində anadan olmuşdur. Ərinin 17.10.2021-ci ildə vəziyyəti anidən pisləşdiyinə görə Bakı şəhəri X10 çağırış etməklə həkim çağırmışlar. Həkim gələnə qədər artıq əri vəfat etmişdir. Ərini el adəti ilə dəfn etmiş və yas mərasimi keçirmişlər. Ərizəçinin başı dəfn və dəfnlə əlaqədar işlərə qarışdığına görə ölüm şəhadətnaməsini almamışdır. Sonradan ərinin ölüm şəhadətnaməsini almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin onlar ölüm şəhadətnaməsi verməkdən imtina etmişlər. Hazırda ərinin ölüm şəhadətnaməsi ona bəzi hüquqi sənədləri əldə etmək üçün lazımdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır Göstərilənləri nəzərə alaraq, 28.03.1964-cü ildə Bakı şəhərində doğulmuş əri X1, 17.10.2021-ci ildə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi X3 ərizəni müdafiə etdi. O, ərizənin məzmununa uyğun izahat verərək, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində göstərdi ki, mərhum X3 onun qonşusu olmuşdur, 17.10.2021-ci il tarixdə vəfat etmiş, nəşi Hökməli qəsəbə qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində göstərdi ki, mərhum X3 onun qonşusu olmuşdur, 17.10.2021-ci il tarixdə vəfat etmiş, nəşi Hökməli qəsəbə qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə aşağıdakılara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X12 tərkibində fəaliyyət göstərən Bakı Baş Səhiyyə İdarəsinin Qaradağ rayonu 13 nömrəli səhər poliklinikası tərəfindən verilmiş 02 noyabr 2021-ci il tarixli, 392 saylı məktubdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ev 4 d, mənzil 19-da qeydiyyatda olan 1964-cü il təvəllüdlü mərhum X2 13 nömrəli Şəhər Poliknikası tərəfindən “ölüm haqqında tibbi şəhadətnamə” (Forma AZS-106 saylı) verilməsindən imtina edilmişdir. İş materiallarında olan BŞT və TTYS-nin PHŞ 14-cü saylı bölmənin 20 oktyabr 2021ci il tarixli, 71 saylı ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 17.10.2021-ci il tarixdə X1 adına çağırış olmuş, xəstə üzərində aparılmış müayinə zamanı həkimə qədərki kişi cinsli meyid aşkar edilmişdir. İş materiallarında olan Abşeron rayonu, Hökməli qəsəbəsi, “X13 Cümə” məscidi dini icması tərəfindən verilmiş 16.11.2021-ci il tarixli arayışından görünür ki, mərhum X3 17.10.2021-ci il tarixdə Hökməli qəsəbə qəbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan Maraqlı şəxs 17 noyabr 2021-ci il tarixli, 05/Q-1659/15 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X1 17.10.2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi iş materialları və şahid ifadələri ilə tam sübuta yetirildiyindən və ölüm faktnının müəyyən edilməsi ərizəçiyə ölüm haqqında şəhadətnamə alınması üçün lazım olduğundan həmin hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 28.03.1964-cü il tarixdə Bakı şəhərində doğulmuş X1 17.10.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Hazırkı məhkəmə qətnaməsi ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: KAMRAN ƏSƏDOV
Məhkəmə qərarları › İş №2(002)-257/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-257/2022
06.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver