Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-2586/2022 01.09.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X1 oğlunun katibliyi ilə, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiqi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiqi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Mediasiya təşkilatında onunla Maraqlı şəxs arasında 06 iyun 2022-ci il tarixdə bağlanmış “Barışıq sazişi”nin təsdiq edilməsi və barışıq sazişinin təsdiqi barədə məhkəməyə müraciət edilməsi üçün məhkəməyə ödənilmiş 100 manat dövlət rüsumunun Maraqlı şəxs tutularaq ona ödənilməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında yazılı ərizə təqdim edərək, cavabdehlə razılığa gəldiklərini, bu səbəbdən də iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması və iddianın baxılmamış saxlanması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclaısnda iştirak edərək, ərizəçi ilə razılığa gəldiklərini bildirərək, işə mahiyyəti üzrə baxılmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Həmin Məcəllənin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə, məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiqi tələbinə dair ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259-260, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiqi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Ərizəçi geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron kabinet vasitəsilə) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-2586/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-2586/2022
01.09.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver