Məhkəmə qərarları › İş №2(002)-2591/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2591/2021

09.12.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2591/2021 09.12.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, İsgəndərov Elvin Nəsib oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Qaradağ rayonu, S.Orucov küçəsi , ev 4 mənzil 34 mənzilə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri,Qaradağ rayonu,Lökbatan qəsəbəsi,S.Orucov küçəsi,4 nömrəli binanın 34 saylı mənzili xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur.Mənzillə bağlı mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışı ilə təsdiq olunur.O iddiaçının oğlu,digər cavabdeh X3 isə nəvəsidir.O ailəsi ilə birlikdə üç otaqlı mənzilin iki otağında yaşayır.Hörmətli Məhkəmə 150 saylı Mənzil-kommunal İstismar Sahəsi tərəfindən verilmiş 21.01.2021-ci il tarixli Forma-2 arayışından görünür ki,Cavabdeh Bakı şəhəri,Qaradağ rayonu,Lökbatan qəsəbəsi,S.Orucov küçəsi,ev 4,34 saylı mənzildə yaşayır.Həmin mənzildə o,İddiaçı,X3 daxil olmaqla yeddi nəfər yaşayış yeri üzrə qeydiyyatdadır. Mənzil X2 adına xüsusi mülkiyyətdədir, o həmin mənzilin razılığı alınmadan özəlləşdirildiyini və bununla da onun hüquqlarının pozulduğunu qeyd etmişdir.Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarlmasını xahiş etmişdir. İddiaçıya və üçüncü şəxsə məhkəmə iclaısnın yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar nəhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Cavabdehin vəkili məhkəməyə 08.12.2021-ci il traixli yazılı ərizə göndərək, üzrlü səbəbdən məhkəmə iclaısnda iştirak edə bilməyəcəyini, iş üzrə mübahisənin yekunlaşdırılması məqəsdilə yekun qərar qəbul edilməsini və iddianın rədd olunmasını xahiş edərək, ərizəni onunla əsaslandırmışdır ki, iddia tələbinin heç bir əsası yoxdur, evin mülkiyyətçisi cavabdeh özü mənzilindən məhrum edilib,, hazırki iddiaçılar mənzildə yaşamağa davam etdikləri halda, mənzilə köçürülmə tələbi irəli sürmüşlər,iclas zamanı da iddiaçı tərəf mənzildə yaşadıqlarını bildirdilər, iddiaçıların qeydiyyatdan çıxarılmaısna dair qətnamə isə qanuni qüvvəsini almamışdır, belə olan halda əsassız olaraq iddia qaldırılması cavabdehin iş yükünün artırmaqla, vaxtını almış, həmçinin cavabdehi əlavə xərclərə məruz qoymuşdur. Ona görə də iş üzrə yekun qərar qəbul edilməsini və iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmaısnı məhkəmədən xahiş etmişdir. Cavabdeh 25 noyabr 2021-ci il tarixli məhkəmə iclasında iştirak edərək, öz izahatında həmin evin onun mülkiyyətində olduğunu, hazırda iddiaçının ailəsi ilə birlikdə həmin evdə yaşadığını onların orada yaşamağına mane olan heç nə olmadığını, evdə yaşadığı halda, evə köçürülməni necə istədiyini bildirmişdir. Məhkəmə mülki prosessual qnaunvericiliyin tələbinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmaısnı mümkün hesab etdi. Məhkəmə tərəflərin izahatını nəzərə alaraq, iş materiallarını araşdıraraq, cavabdehin işə mahiyyəti üzrə baxılmaısnı tələb etməsi halını nəzərə alaraq, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarından görünür ki, Bakı şəhəri Qaradağ rayonu, S Orucov küçəsi ev 4 mənzil 34 xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh məxsusdur. İş materiallarından görünür ki, İddiaçı Bakı şəhəri Qaradağ rayonu, S Orucov küçəsi ev 4 mənzil 34-də 1968-ci il traixdən qeydiyyatdadır. İş materiallarından görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16.03.2021-ci il tarixli qətnaməsi ilə cavabdehlər İddiaçı, X1 Bakı şəhəri Qaradağ rayonu, S Orucov küçəsi ev 4 mənzil 34 mənzilə dair istifadə hüquqlarına 8000 manat məbləğində kompensasiya öədnilməklə xitam verilməsi və cavabdehlərin həmin mənzildən çıxarılmaları qəara alınmışdır (qeyd edilən qətnamə qanuni qüvvəsini almamışdır.) Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19.11.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Bu hüquqi mövqelərə əsaslanaraq qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusiya məqsədinə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarı). 1982-ci il 08 iyul tarixli Mənzil Məcəlləsinin (1 oktyabr 2009-cu il tarixədək qüvvədə olan) 123-cü maddəinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, mübahisə predmeti olan mənzil xüsusi mülkiyyət hüququ əsasında cavabdehə məxsusdur, iddiaçı həmin mənzildə papsort qeydiyyatında olmaqla, ailə üzvləri ilə birlkdə hazırda da həmin mənzildə yaşayır, iddiaçının həmin mənzilə dair istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsinə dair məhkəmə qətnaməsi qəbul edilmişdir (qanuni qüvvəyə minmımişdir). Məhkəmə fundamental konsititusion insan hüquqlarından biri olan mülkiyyət hüququnun qorunması prinsipini əsas götürərək, hesab edir ki, iddiaçının hazırda da mübahisə predmeti olan mənzildə yaşaması halı işin mübahisəsiz halı olduğundan, habelə iddiaçının həmin mənzilə dair istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsinə dair məhkəmə qətnaməsi olduğundan, iddia tələbi əsassız olmaqla, təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia rədd edilməli, İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə» tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə» tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamənin tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HakimGülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar