Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-27/2021 15.02.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, Əliyeva Təhminə Faiq qızının katibliyi, İlk iddia üzrə İddiaçı1 X3 qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İlk idda üzrə iddiaçıların Cavabdeh4 qarşı “əmlakın açıq hərracdan satılaraq, əldə olunmuş pul vəsaitinin paya uyğun bölünməsi” tələbinə dair ilk iddia tələbi üzrə, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh4 cavabdehlə İddiaçı1 və X9 qarşı “əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin paylara uyğun bölünməsi” tələbinə dair qarşılıqlı iddia tələbi üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçıların qanuni nümayəndəsi Qanuni nümayəndə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «əmlakın naturada bölünməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Bəxtiyar Əliyev küçəsi ev 49-da yerləşən 2 saylı mənzilin real bölünməsinə və uşaqları İddiaçı1 və X10 çatan 2/7 hissədə payların naturada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçıların qanuni nümayəndəsi Qanuni nümayəndə iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə verərək,cavabdeh X11 qarşı iddia tələbini irəli sürərək, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi Bəxtiyar Əliyev küçəsi ev 49-da yerləşən 2 saylı mənzilin onun uşaqları İddiaçı1 və X9 çatan 2/7 hissədə payın naturada ayrılmasına dair qətnamə qəbul edilməsinə və ya onun dəyərinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçıların qanuni nümayəndəsi Qanuni nümayəndə iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə verərək, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi Bəxtiyar Əliyev küçəsi ev 49-da yerləşən 2 saylı mənzilin açıq hərracdan satılaraq, əldə olunmuş vəsaitin paylı mülkiyyətçilər arasında paylarına uyğun bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışlar ki, Qanuni nümayəndə 1999-cu ildən mərhum X8 ilə vətəndaş nikahında yaşamış, həmin nikahdan 2002-ci ildə İddiaçı1 və 2004-cü il ildə X14 dünyaya gəlmişdir. xx.xx.2016-cı il tarixində isə X8 vəfat etmişdir. X8 vəfat etdikdən sonra 1 saylı ASAN xidmət mərkəzində Notariat Kontorunda V-177/2016 saylı vərəsəlik işi açılmış, qeyd olunan vərəsəlik işi üzrə X2 adına miras əmlak yalnız ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 52,47 kv/m, yaşayış sahəsi 30,15 kv/m olan 2 otaqlı 2 saylı mənzildən ibarət olmuşdur. 1 saylı ASAN xidmət mərkəzində Notariat Kontorunda açılmış V-177/2Q16 saylı vərəsəlik işi üzrə miras əmlakın (ünvan 2 ünvanında yerləşən 2 saylı mənzil) 1/2 hissəsi X4 mülkiyyətinə verilmiş, qalan ½ hissəsi isə 8 vərəsə arasında bölünmüş 8 vərəsədən 6-sı öz paylarından X4 xeyrinə imtina etmişdir.. Bu əmlakdan yalnız 1/16 hissəsi bir oğlu İddiaçı1 və 1/16 hissəsi digər oğlu X9 pay düşmüşdür, Sözügedən miras əmlakın yuxarıdakı kimi bölünməsinə razı olmayaraq Qanuni nümayəndə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı Ərazi İdarəsinə, 1 saylı ASAN xidmət mərkəzində Notariat Kontorunun xüsusi notarisu X13, X6 qarşı V-177/2016 saylı vərəsəlik işi üzrə 1 saylı ASAN xidmət mərkəzində Notariat Kontoru tərəfindən verilmiş vərəsəlik şəhadətnamələrinin və Azərbaycan Respublikası Əmlak Məsələləri yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* saylı Çıxarışın ləğv olunması və ünvan 3 mənzil 2 ünvanında yerləşən əmlakın qanun üzrə vərəsələr arasında yenidən bölünməsi və onların hər birinə düşən pay müəyyən olunmaqla yeni vərəsəlik şəhadətnamələrinin verilməsi, ünvan 3 mənzil 2 ünvanında yerləşən əmlaka vərəsələrə düşən payları müəyyən olunmaqla ərizəçi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən yeni Çıxarışın verilməsi tələbinə dair iddia ərizəsi ilə Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. Qaradağ Rayon Məhkəməsinin qəbul etdiyi 2(002) -371/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnamə ilə iddia rədd edilmiş, daha sonra iddiaçı qeyd olunan qətnamədən apellyasiya şikayəti və şikayətinə Bakı Apellyasiya Məhkəməsində hakim Tofiq Səmədovun sədrlik etdiyi məhkəmə iclasında baxılmış və Qaradağ Rayon Məhkəməsinin 2(002)-371/2018 saylı xx xxxx 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasına, iddianın təmin olunmasına dair 2(103)-6993/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnamə qəbul olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6993/2018 saylı, xx xxxx 2018-ci il qətnaməsi qanuni qüvvəsini almış, qeyd olunan qətnamə əsasında ünvan 3 mənzil 2 ünvanında yerləşən əmlak mərhumun vərəsələri arasında yenidən bölünmüş, hər bir vərəsəyə əmlakın 1/ 7 hissədə pay müəyyən olunmaqla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX tərəfindən yeni RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir.Belə ki, ərizəçi ərizəsində qeyd etmişdir ki, qeyd olunan əmlaka uşaqlarınının pay hüququ yaransa da uşaqları həmin əmlakdan istifadə edə bilmirlər. Belə ki, ərizəçi uşaqları ilə birlikdə qeyd olunan mənzilə dəfələrlə getsə də cavabdehlər onları həmin mənzilə buraxmamış nəticədə uşaqlarının Azərbaycan Respublikası Konstitusiyasında və Mülki Məcəlləsində, eyni zamanda digər beynəlxalq normativ hüquqi aktlarda təsbit olunmuş hüquqları pozulmuşdur. Onu da qeyd etmişdir ki, ərizəçinin və onun uşaqlarının mərhumun digər vərəsələri ilə münasibətləri çox pisdir. Belə ki, onlar yeri gəldi-gəlmədi ərizəçini təhqir edir və hədə qorxu gəlirlər. Mərhumun vərəsələri ərizəçinin barəsində dəfələrlə bir çox instansiyalara şikayət etmiş, bütün hallarda araşdırmalar aparılmış, onların şikayətlərinin heç əsası olmadığı onlara sübut olunmuşdur. Belə ki, yuxarıda qeyd olunanlardan tam aydın olur ki, Qanuni nümayəndə uşaqları ilə mərhumun digər vərəsələrinin bir yerdə yaşaması, onların mətbəx və digər vasitələrdən birgə istifadə etməsi mümkün deyildir. Bu onun övladları üçün təhlükə mənbəyi olacaqdır. Ona görə də hesab edirəm ki, ünvan 4 mənzil 2 ünvanında yerləşən əmlak real bölünməli və mənim övladlarıma çatan 2/7 hissədə pay naturada ayrılmalıdır. Bu səbəbdən ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Bəxtiyar Əliyev küçəsi ev49-da yerləşən 2 saylı mənzilin real bölünməsinə və uşaqları İddiaçı1 və X10 çatan 2/7 hissədə payların naturada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə iddiaçıların qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəmə iclaısnda ilk iddia tələbini müdafiədə edərək, iddia tələbinin dəqiqləşdirilməsi barədə verilmiş ərizəinin nəzərə alınaraq, kompensasiya barədə razılığa gələ bilmədiklərini, ona görə də müvafiq mənzilin açıq hərracdan satılmasını, mənzilin ilkin satış qiymətinin məhz ekspert rəyi əsas götürülməklə müəyyən edilməsini, mənzilin satışından əldə olunmuş pul vəsaitinin üç nəfər arasında paylarına mütənasib bölünməsini istədiyini bildirərək, ilk iddia tələbinin təmin və qarşılıqlı iddia tələbinin qisməntəmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh4 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia rədd olunaraq, qarşılıqlı iddia təmin edilərək, Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Bəxtiyar Əliyev küçəsi ev 49-da yerləşən 2 saylı mənzilə dair X7-1\7 hissədə payına görə 4.000 manat, İddiaçı1 1\7 hissədə payına görə 4000 manat ümumi 8000 manat kompensasiya onların qanuni nümayəndəsinə ödənilməklə yetkinlik yaşına çatmayan X7 və İddiaçı1 mənzilə olan paylarına mülkiyyət hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşlıqlı iddia üzrə iddiaçı Cavabdeh4 qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışlar ki, ilkin iddia üzrə iddiaçı Qanuni nümayəndə (qanuni nümayəndə) Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı "əmlakın naturada bölünməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hazırda ilkin iddiaçı Qanuni nümayəndə ( qanuni nümayəndə) iddia tələbini MPM-nin 53-cü maddəsinə əsasən artıraraq mübahisəli olan mənzilin 2/7 hissədə payının naturada ayrılmasını dair qətnamə qəbul edilməsini və ya onun dəyərinin ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Həmçinin hazırki tələbində cavabdeh qismində yalnız o qoyulmuşdur. Hazırda qarşılıqlı iddianın verilməsinə zərurət məhkəmə baxışında yaranmışdır. Belə ki, iddiaçı iddia tələbini artıraraq naturada bölünməsi və ya 2/7 hissədə paya onun dəyərinin ödənilməsini tələb edir. Məhkəməyə təqdim etdiyi çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Bəxtiyar Əliyev küçəsi, 49 saylı binada yerləşən 2 nömrəli mənzil ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarış verilmişdir. Həmin çıxarışa əsasən 4/7 hissədə mənim, 1/7 hissədə X7, 1/7 hissədə İddiaçı1 və 1/7 hissədə mərhum Cavabdeh5 payları mövcuddur. Göründüyü kimi X7 və İddiaçı1 mübahisə olan mənzildə payları cüzidi, onlar heç vaxt həmin mənzildə yaşamayıblar, ümumi əmlakdan istifadə edilməsində onların mühüm mənafeyi olmayıb, sadəcə həmin cüzi paylar vərəsəliklə keçibdi.İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli, 5274 №-li rəyindən görünür ki, ünvan 2-da yerləşən 2 saylı mənzili naturada bölünməsi texniki cəhəddən mümkün olmadığı müəyyən edilmişdir. Daha sonra qarşlıqlı iddia üzrə iddiaçı Cavabdeh4 xx.xx.2021-ci il tarixdə iddia tələbinə dəqiqləşdirmə ərizəsi verərək, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Bəxtiyar Əliyev küçəsində yerləşən 49 nömrəli evin 2 saylı mənzilin açıq hərracda satılması və satışdan əldə olunan pulun mülkiyyətçilərin paylarına mütənasib yəni çıxarışa əsasən 74/105 hissədə mənim, 15/105 hissədə X7, 15/105 hissədə İddiaçı1 və 1/105 hissədə Cavabdeh5 münasibətdə bölünməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlk iddia üzrə cavabdeh qarşlıqlı iddia üzrə iddiaçı Cavabdeh4 xx.xx.2021-ci il tarixli iddia tələbinə dəqiqləşdirmə ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı Qanuni nümayəndə (İddiaçı1"X3 qanuni nümayəndəsi) Cavabdeh4 və Cavabdeh5 qarşı "Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi Bəxtiyar Əliyev küçəsi ev 19-da yerləşən 2 saylı mənzilin övladları İddiaçı1 və X9 çatan 2/7 hissədə payın naturada ayrılması və ya onun dəyərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O da qarşılıqlı iddia ərizəsi ilə Qaradağ Rayon Məhkəməsinə müraciət edərək "ünvan 2-da yerləşən 2 saylı mənzilə dair X7 - 1/7 hissədə payına görə - 4 000 manat, İddiaçı1 - 1/7 hissədə payına görə 4 000 manat, ümumi 8 000 manat kompensasiya onların qanuni nümayəndəsi Qanuni nümayəndə ödənilməklə X7 X3 ünvan 2-da yerləşən 2 saylı mənzildə olan paylarına mülkiyyət hüquqlarına xitam verilməsi” tələbi ilə müraciət etmişdir. Sonrada ilkin iddia üzrə Cavabdeh5 vəfat etmişdir. Mülki işin icraat dayandırılmış və onun mübahisəli olan əmlakda 1/7 hissəsi vərəsələr arasında payları müəyyən edilmişdir. Mübahisəli Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Bəxtiyar Əliyev küçəsi, 49 saylı binada yerləşən 2 nömrəli mənzil ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********08-05101-093006 nömrəli Çıxarış verilmişdir. Həmin çıxarışa əsasən 74/105 hissədə mənim, 15/105 hissədə X7, 15/105 hissədə İddiaçı1 və 1/105 hissədə Cavabdeh5 payları mövcuddur. Mülki iş materiallarında olan xx xxxxxxxx 2019-cu il tarixli, 15274 №-li ekspertin rəyindən göründüyü kimi mübahisəli olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Bəxtiyar Əliyev küçəsi, 49 saylı binada yerləşən 2 nömrəli mənzil naturada bölünməsi mümkün deyil. Həmçinin kompensasiya ödənilməsi ilə bağlı razılığa gələ bilmirlər. Hazırda iddia tələbinin dəqiqləşdirilməsinə zərurət yaranmışdır. Belə ki, ünvan 2-da yerləşən 2 saylı mənzil bina evi olduğu üçün naturada bölünməsi qeyri mümkündür və kompensasiya ödənilməsi ilə bağlı razılığa gələ bilmirik, yalnız açıq hərrac vasitəsi ilə satılmalıdır. Qeyd olunan halların nəzərə alınaraq qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmaısnı məhkəmədən xahiş etmişdir İlk iddia üzrə iddiaçıların qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəmə iclasında öz izahatında iddia tələbini müdafiə edərək, mənzilin ilin satış qiymətinin müvafiq ekspert rəyi əsas götürülməklə müəyyən edilməsini bildirərək, məhkəmədən ilk iddia tələbinin təmin edilməsi və qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Qarşılıqlı iddia tələbi üzrə iddiaçının vəkilinin xx xxxxxx 2020-ci il tarixli və xx xxxxxx 2021-ci il tarixli məhkəmə baxış iclaısnda veridyi izahatından aydın olur ki,iddiaçıya kompensasiya 12000 manat təklif edə bilir, ondan çox mümkün deyildir, razılıq əldə edilmədiyindən, əmlakın naturada bölgüsü mümkün olmadığından, dəyərinin müəyyən edilməsini bildirmiş, tərəflərin əmlaka dair payları müəyyən edilmişdir, həmin payları tanıyırlar, lakin məbləğ məsələsində tərəflər qarşılıqlı razılığa gələ bilmirlər, ekspert rəyində qeyd olunan məbləğin çox olduğunu bildirmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 və onun vəkilinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ilk iddia tələbi üzrə iddiaçının qanuni nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ilk iddia təmin edilməli, qarşılıqlı iddia isə qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın məzmunundan aydın olur ki, ünvan 2-da yerləşən sahəsi 52.47 kv.m olan 2 saylı mənzili xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh4 74\105 hissədə, İddiaçı1 31\210 hissədə, X12 31\210 hissədə payı müəyyən edilməklə, dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan xxxx MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, QXM 304\M № li ekspert rəyinin məzmunundan aydın olur ki, ünvan 2-da yerləşən sahəsi 52.47 kv.m olan 2 saylı mənzilin bazar dəyəri 50000.0 (əlli min) manat təşkil edir. Aparılmış ekspert tədiqiatının dəyəri 600 manat təşkil edir. İş materiallarında olan 15274 № li xx xxxxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyinin məzmunundan aydın olur ki, ünvan 2-da yerləşən sahəsi 52.47 kv.m olan 2 saylı mənzilin naturada paylara uyğun bölünməsi texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. İş materiallarına əlavə olunmuş, 1 saylı Bakı ASAN Xidmət Mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 827175 nömrəli ölüm haqqında şəhadətnamənin məzmunundan görünür ki, X8 xx xxxx 2016-cı il tarixində ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət komitəsinin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli məktubun məzmunundan aydın olur ki, ünvan 2-da yerləşən sahəsi 52.47 kv.m olan 2 saylı mənzil aşağıda qeyd olunanların mülkiyyətindədir:İddiaçı1 31\210 hissədə, Cavabdeh4 74\105 hissədə, X7 31\210 hissədə mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin məcəllənin 220.6-cı maddəsinə əsasən, bu məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, mübahisə predmeti oaln mənzil ümumi paylı mülkiyyət hüququ əsasında 74\105 hissədə Cavabdeh4 Vaiqf oğluna, 31\210 hissədə İddiaçı1, 31\210 hissədə X9 məxsus olmaqla, həmin hüquq dövlət qeydiyyatına alınmışdır. Ümum paylı mülkiyyətçilər həmin mənzilin açıq hərracdan satılaraq, mənzilin satışından əldə olunmuş pul vəsaitinin onların payına mütənasib olaraq bölünməsi barədə iddia tələbini irəli sürmüşlər. həmçinin, məhkəmə araşıdırması zamanı təyin edilmiş müvfaqi ekspertiza rəyinin məzmunundan aydın olur ki, mübahisə predmeti olan mənzilin naturada paylara uyğun olaraq bölgüsü texniki cəhətdən mümkün deyildir. Eyni zamanda, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər öz paylarına uyğun kompensasiya ödənilməsi barədə də razılığa gələ bilməmişlər. Bu halda, məhkəmə mülki qanunvericiliyin qeyd olunan normalarının tələblərini rəhbər tutaraq, ümum paylı mülkiyyətçilərin hər birinin payının aşkar olduğunu, müvafiq əmlakın naturada paylara uyğun bölgüsünün texniki cəhətdən mümkün olmadığını və paya uyğun kompensasiya ödənilməsi barədə qarşılıqlı razılığın əldə olunmadığını əsas götürərək, hesab edir ki, müvafiq mənzil açıq hərracdan satılmalı, satışdan əldə olunmuş pul vəsaiti ümum paylı mülkiyyətçilərin arasında onların paylarına mütənasib olaraq bölünməlidir. Ona görə də məhkəmə qeyd olunan halları əsas götürərək, hesab edir ki, ilk iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir. Belə ki, qarşılıqlı iddia tələbi üzrə iddiaçı qarşılıqlı iddia tələbində Cavabdeh5 1\105 hissədə payına uyğun bölünməsi tələbini qeyd etsə də, məhkəmə araşdırması zamanı Cavabdeh5 vəfat etdiyi və ona məxsus payı vərəsəsinı keçdiyindən, habelə hazırda o mübahisə predmeti olan mənzilin mülkiyyətçisi qismində çıxış etmədiyindən, həmin əmlaka dair hər hansı paya malik olmadığından , qarşılıqlı iddia tələbi bu hissədə əsassız olmaqla, təmin edilməməlidir. X17 Məhkəməsi "X1rşı" xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2006-cı il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmin Məcəllənin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilk iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi qismən təmin edilməli, tərəflərin ümumi paylı mülkiyyətində olan ünvan 2-da yerləşən sahəsi 52.47 kv.m olan 2 saylı mənzili açıq hərracdan satılmalı, satışdan əldə olunan pul vəsaiti paylı mülkiyyətçilərin payına mütənasib, yəni 74\105 hissədə Cavabdeh4, 31\210 hissədə İddiaçı1, 31\210 hissədə X9 verilməli, ünvan 2, 2 saylı mənzilin ilkin satış qiyməti 50000 (əlli min) manat müəyyən olunmalı, iş üzrə aparılmış məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 100 manat məbləğində pul vəsaiti ilk iddia və qarşılıqlı iddia tələbi üzrə tərəflərdən bərabər qaydada tutularaq dövlət büdcəsinə köçürülməli, iş üzrə aparılmış qiymətləndirmə ekspertizasının dəyəri olan 600 manat məbləğində pul vəsaiti ilk iddia tələbi və qarşılıqlı iddia tələbi üzrə tərəflərdən bərabər qaydada tutularaq “xxxx” MMC-yə ödənilməli, qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməməli, iş üzrə ilk iddia tələbi və qarşılqlı idia tələbi üzrə ödənilmiş dövlət rüsumu tərəflərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia tələbi təmin edilsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. Ümumi paylı mülkiyyətdə olan ünvan 2, 2 saylı mənzili açıq hərracdan satılsın, mənzilin satışından əldə olunan pul vəsaiti paylı mülkiyyətçilərin payına mütənasib, yəni 74\105 hissədə Cavabdeh4, 31\210 hissədə İddiaçı1, 31\210 hissədə X9 verilsin. Ümumi paylı mülkiyyətdə olan ünvan 2, 2 saylı mənzilin ilkin satış qiyməti 50000 (əlli min) manat müəyyən olunsun. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə ilk iddia tələbi üzrə ödənilmiş 10 manat məbləğində və qarşılıqlı iddia tələbi üzrə 30 manat məbləğində ödənilmiş dövlət rüsumu ilk və qarşılıqlı idida tələbi üzrə tərəflərə aid edilsin. İş üzrə aparılmış məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 100 manat məbləğində pul vəsaiti ilk iddia və qarşılıqlı iddia tələbi üzrə tərəflərdən bərabər qaydada tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə aparılmış qiymətləndirmə ekspertizasının dəyəri olan 600 manat məbləğində pul vəsaiti ilk iddia tələbi və qarşılıqlı iddia tələbi üzrə tərəflərdən bərabər qaydada tutularaq “xxxx” MMC-yə ödənilsin. Qətnamədən qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-27/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-27/2021
15.02.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver