Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2706/2023 04.12.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X6 oğlunun katibliyi, Ərizəçi «şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi İşin halları
1. Seriya AA0885230 nömrəli şəxsiyyət vəsiqəsinə əsasən X5 xx.xx.1975-ci il tarixdə doğulmuşdur.
2. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X9 “Bakı Baş Səhiyyə Mərkəzi” X9 1 nömrəli şəhər poliklinikası tərəfindən ərizəçiyə verilmiş №52, xx.xx.2023-cü il tarixli məktubda bildirilir ki, xx.xx.1975-ci il təvəllüdlü X5 1 nömrəli şəhər klinikasında ambulator qeydiyyatda olmadığından ambulator kartası yoxdur və poliklinikaya xəstəliyi ilə əlaqədar heç bir müraciəti olmadığı üçün ona ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır.
3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Nəsimi Rayon Qeydiyyat Şöbəsi tərəfindən 3-16-5/8-Q-15-444/2023 № li xx.xx.2023-cü il tarixli məktub ilə ərizəçinin anasının ölümünün qeydə alınması barədə müraciətindən imtina edilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göstərilən maddəyə əsasən, ölüümn qeydə alınması üçün zəruri olan sənədi təqdim edilmədiyindən hazırda ölümü dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsində mümkün olmamışdır.
4. Azərbaycan Respublikası Bakı şəhəri Nizami Bələdiyyəsinin 02/Q-235 №-li, xx.xx.2023-cü il tarixli arayışına əsasən, M.Əliyev küçəsi 1 saylı ünvanda yerləşən “Beynəlmiləl Qəbiristanlığı”da həyat yoldaşı X5 dəfn olunmuşdur.
5. İşə əlavə edilmiş Təcili və X1 Stansiyası bölməsi tərəfindən verilmiş Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, təcili tibbi yardım briqadası çağırış üzrə xx.xx.2022-ci il tarixdə saat 18:56-da ünvan 1 ünvanında olmuş və X2 barəsində “həkimə qədər ölüm, kişi cinsli meyit” qeydi aparılmışdır.
6. Azərbaycan Respublikasının Prokurorluğu Bakı şəhəri Nəsimi Rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli məktubuna əsasən, xx.xx.1975-ci il təvəllüdlü X3 19 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov 197 ünvanında vəfat etməsi barədə Təcili və X1 Stansiyasından rayon prokurorluğuna məlumat daxil olmamış və qeyd olunan məsələ ilə bağlı araşdırma aparılmamışdır.
7. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X10 “Respublika Təcili və X1 Mərkəzi” X7 18-1-88/2-455/2023 №-li xx.xx.2023-cü il tarixli məktubuna əsasən, xx.xx.2022-ci il tarixdə saat 18:34-də “103” xidmətinə ünvan 3 ünvanından Emil adlı şəxsin adına “rəhmətə gedib” səbəbi ilə çağırış daxil olmuşdur. Çağırışı 8 saylı bölmənin həkimi Mətanət Vəkilova icra edərək, ünvanda X4 (47 yaş) məxsus meyit ilə rastlaşmış “Həkimə qədər ölüm. Kişi cinsli meyit” qeydi aparılmış və Covid-19 virus infeksiyasının aşkarlanması üçün yaxma nümunəsi götürülmüşdür.
8. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli 4/2-14000 №-li məktubdan görünür ki, xx.xx.2023-cü il tarixdə, 11 yanvar 1975-ci il təvəllüdlü X3 vəfat etməsi barədə müraciət daxil olmadığından Nəsimi RPİ-in 22-ci Polis Şöbəsində araşdırma aparılmamışdır. İddia tələbi
9. Ərizəçi Maraqlı şəxs qismində qeyd etməklə məhkəməyə müraciət edərək, 11 yanvar 1975-ci il təvəllüdlü X3 19 oktyabr 2022-ci il tarixində Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Ərizə bununla əsaslandırılmışdır ki, 11 yanvar 1975-ci il təvəllüdlü mərhum əri X5 yaşayış yeri üzrǝ qeydiyyatda olduğu ünvanda, yəni ünvan 4 19 oktyabr 2022-ci il tarixində vəfat etmişdir. Mərhum ərinin ölümü ilə bağlı "Bakı Şəhər Tecili və X1 Stansiyası" X7 tabeliyindəki 8 saylı bölmə tərəfindən ölüm haqqında xəbərdarlıq vərəqəsi tərtib edilmişdir. Həmin sənəddə ölümün həkim gələnə kimi baş verməsi və ünvanda kişi cinsindən olan meyitin aşkar edilməsi qeyd edilmişdir. Mərhumun ölümü ilə bağlı 2023-cü il 4 fevral tarixli ərizə ilə "Bakı Şəhər Baş Səhiyyə Mərkəzi" X7 tabeliyindəki 1 nömrəli Şəhər Poliklinikasına müraciət etsə də, həmin poliklinika 2023-cü il 10 fevral tarixli 52 nömrəli cavab məktubu ilə vəfat etmiş ərinin poliklinikada ambulator kartasının olmaması və poliklinikaya xəstəliyi ilə əlaqədar heç vaxt müraciət etməməsi səbəblərindən ona onun ölümü haqqında tibbi şəhadətnamə verməkdən imtina etmişdir. Daha sonra Maraqlı şəxsnə yazılıərizə ilə müraciət etsə də, həmin qeydiyyat şöbəsinin 2023-cü il 15 mart tarixli 3-16-5/8-Q-15-444/23 nömrəli cavab məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətandaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası" nın 8.5-ci bəndinə istinad edilərək, mərhumun ölümü haqqında tibbi şəhadətnamə olmadığı üçün mərhumun ölümünün dövlət qeydiyyatına alınmasının qeydiyyat şöbəsində mümkün olmadığı bildirilmiş və bu halda onun ölüm faktının məhkəmə qaydasında müəyyən edilməli olduğu qeyd edilmişdir. Mərhum ünvan 4 yaşayış yeri üzrə qeydiyyatda olmuşdur. Göstərilən fakt Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 17 saylı mənzil kommunal istismar sahəsi tərəfindən verilmiş 2023-cü il 10 iyul tarixli 684 nömrǝli arayışı ilə təsdiq olunur. Mərhum ölümündən 1 gün sonra, yəni 20 oktyabr 2022-ci il tarixindǝ ünvan 6 ünvanında yerləşən "Beynalmiləl Qəbiristanlığı"nın ərazisində dəfn edilmişdir. Mərhumun dəfn edilməsi faktı Azərbaycan Respublikası Bakı şəhəri Nizami Bələdiyyəsi tərəfindən verilmiş 2023-cü il 24 iyul tarixli 02/Q-235 nömrəli arayışı ilə təsdiq olunur. Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir.
11. Ərizənin hüququ əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4, 36, 307-309-cu maddələrinə istinad etmişdir.
12. İddia tələbinə yazılı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Ərizəçi məhkəmə iclasına ərizə ünvanlayaraq, ərizəni müdafiə etmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş edərək ərizənin təmin edilməsini xahiş etmişdir.
14. Maraqlı şəxs tərəfindən məhkəməyə yazılı ərizə ünvanlanaraq, məhkəmə iclaslarının Bakı şəhər Nəsimi Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan keçirilməsi xahiş edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin mövqeyi: a) Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
15. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
16. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
17. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
18. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
19. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
20. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
21. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
22. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
23. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
24. 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
25. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır.
26. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
27. 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun
28. 39-cu maddəsinə əsasən, insanın ölüm anını tibb işçisi (həkim konsiliumu və ya həkim, feldşer) təsdiq edir. İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
29. 41-ci maddəsinə əsasən, patoloji-anatomik yarma ölümün səbəbləri və xəstəliyin diaqnozu haqqında məlumat əldə etmək məqsədilə həkim tərəfindən aparılır və onun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Patolojianatomik yarmanın aparılmasının məcburi hesab edildiyi hallar (hamiləlik və doğuşla əlaqədar baş vermiş ana ölümləri, infeksion xəstəliklər və onlar barəsində şübhə hallarında, tibbi müayinə və müdaxilə zamanı baş verən və səbəbləri araşdırıla bilməyən ölüm hallarında), zorakı ölüm barəsində şübhə və qanunvericilikdə nəzərdə tutulmuş digər hallar olmadıqda ölənin ailə üzvlərinin, qohumlarının və ya qanuni nümayəndələrinin rəsmi xahişi ilə patoloji-anatomik müayinə aparılmaya bilər.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi “Qayda”ları
30. 4-cü bəndinə əsasən, “ölüm haqqında tibbi şəhadətnamə”nin mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Azərbaycan Respublikası nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın
31. 8.5-ci bəndinə əsasən, ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbayan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazilriyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. b) Əsaslandırma
32. İddia əsaslıdır.
33. Belə ki, işə əlavə edilmiş sənədlər əsasında təsdiq olunur ki, barəsində hüquqi faktın müəyyən edilməsi tələb edilən şəxs – X5 ərizəçinin həyat yoldaşı olmuşdur. xx.xx.1975-ci il təvəllüdlü X5 xx.xx.2022-ci ildə Bakı şəhərində vəfat etmişdir. Ərizəçi həyat yoldaşının ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən düzgün olaraq məhkəməyə müraciət etmişdir. Ona görə də, məhkəmə qeyd olunan halları, faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyünü əsas götürərək hesab edir ki, ərizə əsaslı olmaqla təmin edilməldir.
34. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmə Plenumunun qərarına əsasən Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.
35. Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyrimümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur.
36. Göründüyü kimi, X5 xx.xx.2022-ci ildə Bakı şəhərində vəfat etmişdir. Ərizəçi mərhum ərinin ölümü barədə tibbi şəhadətnamə əldə edə bilməmiş, həmin sənəd olmaması səbəbindən ölüm haqqında şəhadətnamənin verilməsi də müvafiq qeydiyyat orqanı tərəfindən təmin edilməmiş, göstərilən sənədlərin əldə edilməməsinin mümkünsüzlüyü barədə sənədlər ərizəyə əlavə edilmişdir. Belə olan halda, şəxsin müəyyən vaxtda müəyyən şəraitdə ölməsi faktı məhkəmə tərəfindən təsdiq edilə bilər.
37. Məhkəmə onu da qeyd edir ki, məhkəmə araşdırması zamanı verilmiş sorğular əsasında müəyyən edilmişdir ki, X3 19 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, S.Rəhimov 197 ünvanında vəfat etməsi barədə Bakı şəhəri Nəsimi Rayon Prokurorluğuna və Nəsimi RP İdarəsinə məlumat daxil olmamışdır. Məhkəmə xərcləri
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
39. “Dövlət rüsumu haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumunun ödənilməsi nəzərdə tutulmuşdur. Həmin qanunun 9.1.14-cü maddəsinə əsasən, məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azaddırlar.
40. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Nəticə
41. İş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək məhkəmə bu qənaətə gəlir ki, X3 19 oktyabr 2022-ci il tarixdə vəfat etməsi faktı məhkəmə araşdırması nəticəsində müəyyən olunduğundan ərizə əsaslıdır və təmin edilməlidir.
42. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
Ərizə təmin edilsin. xx.xx.1975-ci il təvəllüdlü X3 (FİN 20KLUL9) 19 oktyabr 2022-ci il tarixdə, Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim Gülnar Aslanova