Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2708/2022 14.10.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə МÜƏYYƏNЕТDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1958-ci ildə Füzuli rayonu, Qacar kəndində doğulmuş həyat yoldaşı X2 25 avqust 2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi izahatında bildirdi ki, X4 onun həyat yoldaşı olmaqla 14 sentyabr 1958-ci il də Füzuli rayonu, Qacar kəndində anadan olmuşdur. Ürək xəstəliyindən əziyyət çəkmişdir. 25 avqust 2022-ci il tarixdə həyat yoldaşının vəziyyəti ağır olduğuna görə X13 çağırış etməklə həkim çağırmışdır. Həkim gələnə qədər artıq həyat yoldaşı vəfat etmişdir. Həyat yoldaşını el adəti ilə Lökbatan qəsəbə qəbirstanlığında dəfn etmişlər və yas mərasimini keçirmişlər. Onun başı dəfnlə əlaqədar işlərə qarışdığına görə ölüm haqqında şəhadətnaməni həmin vaxt almamışdır. Sonradan ölüm haqqında şəhadətnaməni almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir, lakin onlar ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişlər. Hazırda ölüm haqqında şəhadətnamə bəzi hüquqi sənədləri əldə etmək üçün lazımdır. Qeyd olunanlara əsasən o, ərizə ilə məhkəməyə müraciət etmişdir və hazırda məhkəmədən ərizəsinin təmin edilməsini xahiş edir. Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq, işə onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X8 ifadə verərək bildirdi ki, o, mərhumun əmisi oğludur. X1 ürək xəstəliyindən əziyyət çəkirdi. xx.xx.2022-ci il tarixdə vəziyyəti ağırlaşmış, həkim gələnə qədər vəfat etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X5 ifadə verərək bildirdi ki, o, ərizəçinin qonşusudur. X1 ürək xəstəliyindən əziyyət çəkirdi. O, bunu dəqiq bilir, belə ki, tibb bacısıdır, xx.xx.2022-ci il tarixdə mərhumun vəziyyəti ağırlaşmış, həkim gələnə qədər vəfat etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, izahatı və şahidlərin ifadəsini dinləyib, təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə ərizə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 23 saylı Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2022-ci il tarixli arayışından görünür ki, xx.xx.1958-ci il tarixdə doğulmuş X4 ASM-də qeydiyyatda olmayıb, poliklinikaya xəstəliyi ilə əlaqədar müraciət etmədiyi ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün olmamışdır. İş materiallarında olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbə məscidi dini icması tərəfindən verilmiş 09 saylı arayışdan görünür ki, Ərizəçi həyat yoldaşı X4 xx.xx.2022-ci ildə vəfat etmiş, Qaradağ rayonu, Lökbatan qəsəbə qəbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan İİ-JQ seriyalı 464213 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə Ərizəçi xx.xx.1982-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında Füzuli rayon Qacar kənd sovetliyində 6 nömrəsi ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan AZE seriyalı, 09208387 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1958-ci il tarixdə Füzuli rayonu, Qacar kəndində anadan olmuşdur, Füzuli rayonu, Qacar kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1961-ci il tarixdə ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi Bakı şəhəri Qaradağ rayonu sektoru tərəfindən verilmiş 2050 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Ərizəçi ünvan 3 ünvanında müvəqqəti məskunlaşmışdır. İş materiallarında olan Bakı şəhəri Təcili və X6 Stansiyasının 15 saylı bölməsi tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 25 avqust 2022-ci il tarixdə saat 16:13 radələrində X3 adına çağırış daxil olmuş, həkiməqədər ölüm, kişi cinsli meyit aşkar edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. İş üzrə sübutlara hüquqi qiymət verərək məhkəmə müəyyən edir ki, təqdim olunmuş sübutlarla ərizəçinin həyat yoldaşı xx.xx.1958-ci ildə Füzuli rayonu, Qacar kəndində doğulmuş X3 25 avqust 2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarının 9-cu bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi həyat yoldaşı xx.xx.1958-ci ildə Füzuli rayonu, Qacar kəndində doğulmuş X2 25 avqust 2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-2708/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2708/2022
14.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver