Məhkəmə qərarları › İş №2(002)-273/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-273/2024

15.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-273/2024 15.01.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçının Cavabdeh qarşı müəllifi olduğu əsərlərin sosial şəbəkələrdə paylaşılmasına qadağa qoyulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı müəllifi olduğu əsərlərin sosial şəbəkələrdə paylaşılmasına qadağa qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırlıq iclası zamanı İddiaçı məhkəməyə ərizə verərək, cavabdehin ondan üzr istədiyini və onun əsərlərindən istifadə etməyəcəyinə dair söz verdiyini bildirərək iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etdi. Cavabdehdən üzr istədiyini, onunla razılığa gəldiyini bildirərək iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasına etiraz etmədiyini bildirdi. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəf iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdiyindən, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər İddiaçı geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 170-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçının Cavabdeh qarşı müəllifi olduğu əsərlərin sosial şəbəkələrdə paylaşılmasına qadağa qoyulması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar