Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2751/2024 23.09.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində qeyd etməklə, «şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, həyat yoldaşı, xx.xx.1971-ci il tarixdə Bakı şəhərində doğulmuş X4 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X8 onun həyat yoldaşıdır. X8 xx.xx.1971-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Onlar 16 iyun 2007-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar və birlikdə yuxarıda qeyd etdiyi ünvanda yaşamışlar. X8 12 iyul 2024-cü il tarixdə anasının qəbrini ziyarət etmək üçün Qızıldaş qəsəbəsində yerləşən qəbristanlığa getmiş və orada ürəyi tutaraq vəfat etmişdir. X5 el adəti ilə Qızıldaş qəbristanlığında dəfn etsələr də, həmin vaxt ölüm haqqında şəhadətnaməsi almamışlar. Belə ki, həmin vaxt başları dəfn mərasiminə qarışdığı üçün bu barədə lazımi orqana müraciət etməmişlər. Sonradan bu barədə poliklinikaya müraciət etsə də ölüm şəhadətnaməsi almaq üçün tibbi şəhadətnamə verilməmişdir. X1 müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi ona bəzi hüquqi sənədləri, o cümlədən ölüm haqqında şəhadətnamə əldə etmək üçün lazımdır. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə məktub ünvanlayaraq ərizəyə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, nümayəndənin məhkəmə iclasına gələ bilməməsinin üzürlü səbəbi kimi iş həcminin çox olmasını göstərmişdir. Məhkəmə mülki işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, şahid X9 ifadəsində bildirdi ki, mərhum X8 onun əmisi oğludur. Əmisi oğlunun nəşi Qızıldaş qəbristanlığında dəfn olunmuşdur. Yas və dəfn mərasimlərində iştirak etmişdir. X2 ifadəsində bildirdi ki, mərhum X8 onun əmisidir. Əmisi 2024-cü ilin iyul ayında, ürək xəstəliyindən rəhmətə getmişdir. Qızıldaş qəbristanlığında dəfn olunub. Yas və dəfnində iştirak etmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, ölüm faktının müəyyən edilməsi tələb edilən şəxs ərizəçinin həyat yoldaşıdır. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, X8 30 mart 1971-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Qaradağ RİHB Qızıldaş qəsəbə İƏD üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli R.Ə/345 saylı arayışından görünür ki, X8 xx.xx.2024-cü il tarixdə Qaradağ rayonu Qızıldaş qəsəbəsində vəfat etmişdir. 126 saylı MKİS-in 29 iyul 2024-cü il tarixli 260 saylı arayışından görünür ki, X8 vəfat edənə qədər Qızıldaş qəsəbəsi ev 1 mənzil 5 ünvanda qeydiyyatda olmuş və yaşamışdır. 41 nömrəli şəhər poliklinikasının 27 iyul 2024-cü il tarixli, 18-1-1-78/2-92/2024 saylı məktubundan görünür ki, ərizəçinin vəkilinin 26 iyul 2024-cü il tarixli sorğusuna baxılmışdır. Bildirilmişdir ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X6 xx.xx.2003-cü il tarixdə İİ dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2023-cü il tarixdən 41 nömrəli şəhər poliklinikasında dispanser qeydiyyatda olmuşdur. Ölüm evdə baş vermədiyi və ölüm səbəbi dəqiqləşdirilmədiyi üçün ölüm haqqında tibbi şəhadətnamə (forma 106) verilməsindən imtina olunur. Maraqlı şəxs 02 avqust 2024-cü il tarixli, 3-16-5/7-15-1060/2024 saylı məktubundan görünür ki, Ərizəçi 12 iuyl 2024-cü il tarixdə vəfat etmiş X4 ölümünün qeydə alınmasına dair müraciətinə baxılmışdır. Ölüm faktını təsdiq edən sənəd (ölüm haqqında tibbi şəhadətnamə və ya ölüm faktını təsdiq edən məhkəmə qərarı) təqdim edilmədiyi üçün ölümün qeydə alınması mümkün olmamışdır. Bu səbəbdən, ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, Ərizəçi ərinin ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, xx.xx.1971-ci il tarixdə Bakı şəhərində doğulmuş X8 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölmüşdür. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1971-ci il tarixdə Bakı şəhərində doğulmuş X4 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-2751/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2751/2024
23.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver