Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-2786/2023 15.08.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi ilə, Ərizəçi «icra işinə xitam verilməsi» tələbinə dair iddia ərizəsini nəzərdən keçirib məhkəmə MÜƏYYƏN ETDİ : Ərizəçi İbrahimov X2 Günəş Vaqif qızını maraqlı şəxs qismində qeyd etməklə məhkəməyə müraciət edərək, Bakı 13 saylı Mediasiya təşkilatında onunla Maraqlı şəxs arasında 11 avqust 2023-cü il tarixdə bağlanmış “Barışıq sazişi”nin təsdiq edilməsi və xx.xx.2023-cü il tarixli 2(002)- 1291/2023 saylı Qaradağ Rayon Məhkəməsinin qətnaməsinə əsasən 07 avqust 2014-cü il tarixində anadan olmuş X3 və 06 oktyabr 2016-cı il tarixində anadan olmuş X1 üçün müəyyən edilmiş hər uşaq üçün 220 manat, ümumilikdə 440 manat məbləğində alimentin Maraqlı şəxs Vaqid qızına ödənilməsi barədə icra işini xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən iddianın yolverilməzliyinə görə hazırkı iddia ərizəsini qəbul etməkdən imtina edir. Belə ki, İcra haqqında qanunun 20-ci maddəsində icraata xitam verilməsinin əsasları və qaydası müəyyənləşdirilmişdir. İcra haqqında qanunun 20.1-ci maddəsinə görə, icra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir: 20.1.1. məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə; 20.1.2. məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə; 20.1.3. tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə; 20.1.4. icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə; 20.1.4-1. qanun əsasında borclunun dövlətə olan borcu silindikdə; 20.1.4-2. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə;https://eqanun.az/framework/1406 20.1.5. icra sənədi tam icra olunduqda. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Həmin Qanunun 20.3-ci maddəsinə əsasən, icra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. Həmin Qanunun 20.4-cü maddəsinə görə, icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Hazırkı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, iddiaçının hüquqi marağı mediasiya sessiyasında bağlanmış barışıq sazişinin (əmlak bölgüsü tələbi üzrə mülki işlə bağlı) təsdiqi deyil, əsasən Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)- 1291/2023 nömrəli qətnaməsi üzrə alimentin tutulması məsələsinə dair icra icraatı üzrə işə xitam verilməsindən ibarətdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən tələblərindən aydın olduğu kimi, icra sənədi üzrə icraata xitam verilməsi barədə əsaslandırılmış qərar icra məmuru tərəfindən qəbul edilir. Məhkəmə icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra həmin qərarı qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə ləğv edir. Göründüyü kimi, icra işinə xitam verilməsi, icra sənədi üzrə icraata xitam verilməsi məsələsi məhkəmə qaydasında baxılmalı olan məsələ olmamaqla, icra məmurunun səlahiyyətindədir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hazırkı iddia ərizəsini yolverilməzliyə görə qəbul etməkdən imtina edir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 153.2.1, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : Ərizəçi Maraqlı şəxs qarşı Bakı 13 saylı Mediasiya təşkilatında onunla Maraqlı şəxs arasında 11 avqust 2023-cü il tarixdə bağlanmış “Barışıq sazişi”-in təsdiq edilməsi və xx.xx.2023-cü il tarixli 2(002)-1291/2023 saylı Qaradağ Rayon Məhkəməsinin qətnaməsinə əsasən 07 avqust 2014-cü il tarixində anadan olmuş X3 və 06 oktyabr 2016-cı il tarixində anadan olmuş X1 üçün müəyyən edilmiş hər uşaq üçün 220 manat, ümumilikdə 440 manat məbləğində alimentin Maraqlı şəxs Vaqid qızına ödənilməsi barədə icra işini xitam verilməsi tələbinə dair iddia ərizəsinin yolverilməzliyinə görə icraata qəbulundan imtina edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində, elektron kabinet vasitəsilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Aslanova
Məhkəmə qərarları › İş №2(002)-2786/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-2786/2023
15.08.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver