Məhkəmə qərarları › İş №2(002)-2830/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2830/2021

26.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2830/2021 26.10.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, Ərizəçinın iştirakı ilə, Ərizəçinın şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə МÜƏYYƏN ЕТDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 10 oktyabr 1953-cü ildə Bakı şəhərində doğulmuş atası X3 14 avqust 2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi izahatında bildirdi ki, X8 10 oktyabr 1953-cü ildə Bakı şəhərində anadan olmaqla onun atasıdır. Atası onunla birlikdə ünvan 1 ünvanında yaşamışdır. Atası ürək ağrısından əziyyət çəkmiş və onun vəziyyəti 14 avqust 2021-ci il tarixdə ağırlaşmış, həkim gələnə qədər vəfat etmişdir. Daha sonra atası X5 el adətənənəsinə uyğun olaraq dəfn etmişlər. Onun başı atasının dəfninə və dəfnlə əlaqədar işlərə qarışdığına görə ölüm haqqında şəhadətnaməni həmin vaxt almamışdır. Sonradan poliklinikaya müraciət etmiş, lakin ona ölüm haqqında şəhadətnaməni almaq üçün tibbi şəhadətnamə verilməmişdir. Hazırda ölüm haqqında şəhadətnamə bəzi hüquqi sənədləri əldə etmək üçün lazımdır. Qeyd olunanlara əsasən o, ərizə ilə məhkəməyə müraciət etmişdir və hazırda məhkəmədən ərizəsinin təmin edilməsini xahiş edir. Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq, işə onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X12 ifadə verərək bildirdi ki, o, ərizəçinin qonşusudur. X1 ilə 1963-cü ildən yaxın qonşuluq münasibətində olmuşdur. Əıizaman son vaxtlar ürək ağrısından şikayət edirdi, 14 avqust 2021-ci il tarixdə onun vəziyyəti ağırlaşmış və həkim gələnə qədər vəfat etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X11 ifadə verərək bildirdi ki, mərhum onun həm bibisi oğlu, həm də qonşusu olmuşdur. X2 vaxtlar ürək ağrısından şikayət edirdi, 14 avqust 2021-ci il tarixdə onun vəziyyəti ağırlaşmış və həkim gələnə qədər vəfat etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, izahatı və şahidlərin ifadələrini dinləyib, təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə ərizə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında 23 saylı Birləşmiş Şəhər Xəstəxanasının arayışından görünür ki, X8 23 saylı Birləşmiş Şəhər Xəstəxanasında ambulator və stasionar qeydiyyatda olmamışdır, bu səbəbdən ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün olmamışdır. İş materiallarında olan Ərizəçi məxsus AZE No ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxxx 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan X6 məxsus AZE No 05435633 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 10 oktyabr 1953-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhəri Təcili və X10 Stansiyasının 20 saylı bölməsi tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 14 avqust 2021-ci il tarixdə saat 08:42 radələrində X4 adına çağırış daxil olmuş, həkiməqədər ölüm, kişi cinsli meyit aşkar edilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının Sanqaçal qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayənəliyi tərəfindən verilmiş 578 saylı arayışdan görünür ki, Ərizəçi Sanqaçal qəsəbəsi, massiv 1, ev 7 ünavnında yaşayır. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayonu Səngəçal bələdiyyəsi tərəfindən verilmiş 02/34 saylı, 30.08.2021-ci il tarixli arayışdan görünür ki, qohumların tərtib etdikləri akta əsasən bildirilir ki, 01 oktyabr 1953-cü il təvəllüdlü X8 14 avqust 2021-ci il tarixdə vəfat etmiş və Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Sofihəmid qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan XİV-JQ seriyalı, 351814 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxxx 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ərizəçi atası X7r. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. İş üzrə sübutlara hüquqi qiymət verərək məhkəmə müəyyən edir ki, təqdim olunmuş sübutlarla ərizəçinin atası 10 oktyabr 1953-cü ildə Bakı şəhərində doğulmuş X3 14 avqust 2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12.04.2019-cu il tarixli Qərarının 9-cu bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi atası 10 oktyabr 1953-cü ildə Bakı şəhərində doğulmuş X3 14 avqust 2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar