Məhkəmə qərarları › İş №2(002)-2928/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2928/2023

28.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2928/2023 28.09.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli olan ölüm faktının müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi oğlu hüquqi əhəmiyyətli olan ölüm faktının müəyyən olunması tələbinə dair ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1983-cü ildə Salyan rayonu, Nəvahi kəndində anadan olmuş atası X2 23 iyun 1998-ci ildə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Mərhum övladı X4 23 iyun 1998-ci il tarixdə vəfat etmişdir. Övladının ölümündən sonra böyük sarsıntı keçirərək, bu günə kimi ona ölüm haqqında şəhadətnamə ala bilməmişlər. Hazırda lazım olan sənədləri əldə etmək üçün müəyyən orqanlara müraciət etmişlər. Lakin ona bildirmişlər ki, mərhum övladının ölüm haqqında şəhadətnaməsi lazımdır Övladının ölüm haqqında şəhadətnaməsini vaxtında ala bilmədiyi üçün məsələ ilə əlaqədar aidiyyatı orqanlara müraciət etsə də, məhkəməyə müraciət etmək nəzərimə çatdırılmışdır. Mərhum övladı Hacıqabul rayonu, Nəvahi kənd qəbirstanlığında dəfn edilmişdir. X1 23 iyun 1998-ci il tarixdə vəfat etməsini təsdiq edən kifayət qədər şahidlər də məhkəməyə təqdim edə bilər. O bütün hadisələrlə əlaqədar Hacıqabul rayon məhkəməsinə ərazi ilə müraciət etmişdir. Hacıqabul Rayon Məhkəməsini xx.xx.2023-cü il tarixli, 2(071)-678/2023 saylı qərardadına əsasən onun qeydiyyatı ünvan 1 ünvanında olduğu üçün ərizə ərazi aidiyyatı üzrə Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinə baxılmalıdır. Ona görə də ona müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi oğlu ərizəni müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi Maraqlı şəxs Qaradağ rayon qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını və şahid ifadələrini dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində qeyd etmişdir ki, o ərizəçinin qonşudur. Mərhumun yas mərasimində iştirak etmişdir. Mərhum Salyan rayonu, Nəvahi qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində qeyd etmişdir ki, o ərizəçinin qonşudur. Mərhumun yas mərasimində iştirak etmişdir. Mərhumun nəşi Salyan rayonu, Nəvahi qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-16-5/8-24-/2023 nömrəli məktubdan görünür ki, ölümü təsdiq edən sənədin olmaması nəzərə alınaraq, ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X12 “Hacıqabul Rayon Mərkəzi Xəstəxanası” X12 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, PHŞ-6-41/2-412/2023 saylı məktub ilə bildirilmişdir ki, xx.xx.1983-cü il tarixdə Hacıqabul rayonunda doğulmuş vətəndaş X5 barədə Hacıqabul Rayon Mərkəzi Xəstəxanasında heç bir məlumat yoxdur. İş materiallarında olan Nəvahi kənd inzibati ərazi vahidi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X5 oğlu 23 iyun 1998-ci il tarixində Hacıqabul rayon Nəvahi kənd qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə belə qeydalınma üçün əsasdır. Yuxarıda sadalanan sübutlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, xx.xx.1983-cü ildə Salyan rayonu, Nəvahi qəsəbəsində doğulmuş X3 23 iyun 1998-ci il tarixdə Salyan rayonu, Nəvahi qəsəbəsində vəfat etmişdir. Onun ölməsi faktı iş materialları və şahid ifadələri ilə təsdiq olunur. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikasının MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 358- 360 və 362-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1983-cü ildə Salyan rayonu, Nəvahi qəsəbəsində doğulmuş X2 23 iyun 1998-ci il tarixdə Salyan rayonu, Nəvahi qəsəbəsində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar