Məhkəmə qərarları › İş №2(002)-2931/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2931/2023

04.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2931/2023 04.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, Ərizəçi etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə МÜƏYYƏNЕТDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1948-ci il təvəllüdlü atası X6 19 avqust 2023-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. . Məhkəmə baxışı zamanı Ərizəçi etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X9 ərizəyə uyğun izahat verərək bildirdi ki, X11 ərizəçinin atasıdır. X11 xx.xx.1948-ci ildə doğulmuş və ərizəçi ilə birlikdə yaşamışdır. Ərizəçinin atası təzyiq xəstəsi olmuş, başqa xəstəliyi olmamış, 19 avqust 2023-cü il tarixdə Masazır qəsəbəsində olan zaman vəziyyəti ağırlaşmış və həkim çağırılmış, həkim gələnə qədər vəfat etmişdir. Mərhum el adəti ilə Lökbatan qəbirstanlığında dəfn edilsə də, həmin vaxt ölüm haqqında şəhadətnamə ala bilməmişlər. Belə ki, həmin vaxt başları dəfn mərasiminə qarışmış və bu barədə lazımi orqana müraciət edilməmişdir. Ərizəçi sonradan poliklinikaya müraciət etmiş, lakin ona ölüm haqqında şəhadətnaməni almaq üçün tibbi şəhadətnamə verilməmişdir. Hazırda ölüm haqqında şəhadətnamə bəzi hüquqi sənədləri əldə etmək üçün lazımdır. Qeyd olunanlara əsasən o, hazırda məhkəmədən ərizənin təmin edilməsini xahiş edir. Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq, işə onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X7 ifadə verərək bildirdi ki, ərizəçinin qardaşı oğludur. Mərhum babasının vəziyyəti xx.xx.2023-cü il tarixdə Masazır qəsəbəsində olan zaman ağırlaşmış və təcili yardım çağırılmışdır. Təcili yardım gələnə kimi vəfat etmişdir, həkim öldüyünü təsdiq etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X4 ifadə verərək bildirdi ki, o, ərizəçinin qonşusudur. Mərhumun xx.xx.2023-cü il tarixdə Masazır qəsəbəsində vəziyyəti pisləşmiş, təcili yardım gələnə kimi vəfat etmişdir, həkim öldüyünü təsdiq etmişdir. Mərhumun hər hansı xəstəliyi ilə bağlı məlumatı olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, izahatları və şahidlərin ifadələrini dinləyib, təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə ərizə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 23 saylı Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2023-cü il tarixli arayışından görünür ki, xx.xx.1948-ci ildə doğulmuş və xx.xx.2023-cü il tarixdə vəfat etmiş X11 ASM-də qeydiyyatda olmamış və xəstəliyi ilə əlaqədar müraciət etmədiyi üçün ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün olmamışdır. İş materiallarında olan Təcili və X3 Stansiyası tərəfindən verilmiş arayışdan görünür ki, 19 avqust 2023-cü il tarixdə saat 18:20 radələrində X8 adına çağırış daxil olmuş, həkiməqədər ölüm, kişi cinsli meyit aşkar edilmişdir. İş materiallarında olan AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 xx.xx.1948-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1980-ci il tarixdə Ağdam rayonu, Seyidli kəndində anadan olmuşdur, Ağdam rayonu, Seyidli kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan Vİİ-JQ seriyalı, 34352 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi atası X11, anası X1r. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Bakı şəhəri Qaradağ rayonu sektoru tərəfindən verilmiş 976 saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Ərizəçi Ağdam rayonundan məcburi köçkündür və Lökbatan qəsəbəsi, Nizami 17/13 ünvanında müvəqqəti qeydiyyatdadır. İş materiallarında olan Lökbatan qəsəbə məscidi Dini icma sədrinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X11 xx.xx.2023-cü il tarixdə vəfat etmiş və Lökbatan qəsəbə qəbiristanlığında dəfn edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən, ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Həmin Məcəllənin 194.2-ci maddəsinə əsasən, ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. İş üzrə sübutlara hüquqi qiymət verərək məhkəmə müəyyən edir ki, təqdim olunmuş sübutlarla ərizəçinin atası xx.xx.1948-ci ildə doğulmuş X8 19 avqust 2023-cü il tarixdə vəfat etməsi faktı təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarının 9-cu bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi atası xx.xx.1948-ci ildə anadan olmuş X6 19 avqust 2023-cü il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar