Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2966/2023 09.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə МÜƏYYƏNЕТDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1956-ci il təvəllüdlü atası X2 28 mart 2018-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. . Məhkəmə baxışı zamanı Ərizəçi ərizəsinə uyğun izahat verərək bildirdi ki, X5 atası olmaqla 02 iyul 1956-cı ildə Quba rayonunda anadan olmuşdur. Atası qaraciyər serrozu xəstəliyindən əziyyət çəkmiş, son dövrlərdə Xırdalan şəhərində ailəsi ilə birgə yaşamışdır. 28 mart 2018-ci il tarixdə atasının vəziyyəti ağır olduğuna görə X15 çağırış etməklə həkim çağırmışlar. Həkim gələnə kimi atası artıq vəfat etmişdir, həkim onun öldüyünü təsdiq etmişdir. Atasını el adəti ilə Quba rayonunda dəfn etmişlər və yas mərasimi keçirmişlər. Onlar vaxtında atasına ölüm haqqında şəhadətnamə almamışlar. Sonradan atasında ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin ölüm haqqında tibbi şəhadətnamə olmadığından, ona məhkəməyə müraciət etməsini tövsiyə etmişlər. Hazırda ölüm haqqında şəhadətnamə bəzi hüquqi sənədləri əldə etmək üçün lazımdır. Qeyd olunanlara əsasən o, ərizə ilə məhkəməyə müraciət etmişdir və hazırda məhkəmədən ərizəsinin təmin edilməsini xahiş edir. Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq, işə onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X6 ifadə verərək bildirdi ki, ərizəçi onun bacısıdır. xx.xx.2023-cü il tarixdə atasının vəziyyəti ağırlaşmış və təcili yardım çağırmışlar. Mərhum qaraciyər xəstəsi idi, həmin vaxt orada olmuşdur. Təcili yardım gələnə kimi vəfat etmişdir, həkim öldüyünü təsdiq etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X11 ifadə verərək bildirdi ki, o, ərizəçinin əmisidir. xx.xx.2023-cü il tarixdə qardaşının vəziyyəti ağırlaşmış və təcili yardım çağırmışlar. Mərhum qaraciyər xəstəsi idi, həmin vaxt orada olmuşdur. Təcili yardım gələnə kimi vəfat etmişdir, həkim öldüyünü təsdiq etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, izahatları və şahidlərin ifadələrini dinləyib, təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə ərizə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 23 saylı Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2023-cü il tarixli arayışından görünür ki, xx.xx.1956-cı ildə doğulmuş və xx.xx.2018-ci il tarixdə vəfat etmiş X7 ASM-də qeydiyyatda olmamış və xəstəliyi ilə əlaqədar müraciət etmədiyi üçün ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün olmamışdır. İş materiallarında olan Abşeron rayonu X9 və X8 Stansiyası tərəfindən verilmiş arayışdan görünür ki, 28 mart 2018-ci il tarixdə saat 05:30 radələrində X3 adına çağırış daxil olmuş, həkiməqədər ölüm, kişi cinsli meyit aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Quba rayonu Vladimirovka Bələdiyyəsi tərəfindən verilmiş 113 saylı arayışdan görünür ki, X7 xx.xx.2018-ci il tarixdə Quba rayonu Vladimirovka kəndində dəfn olunmuşdur. İş materiallarında olan AZE seriyalı, 09504318 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1956-ci il tarixdə Quba rayonunda anadan olmuşdur. Bakı şəhəri, ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1982-ci il tarixdə ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan Xİİİ-JQ seriyalı, 408350 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1 atası X7, anası X4r. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən, ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Həmin Məcəllənin 194.2-ci maddəsinə əsasən, ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. İş üzrə sübutlara hüquqi qiymət verərək məhkəmə müəyyən edir ki, təqdim olunmuş sübutlarla ərizəçinin atası xx.xx.1956-cı ildə doğulmuş X2 28 mart 2018-ci il tarixdə vəfat etməsi faktı təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarının 9-cu bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi atası xx.xx.1956-ci ildə anadan olmuş X2 28 mart 2018-ci il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-2966/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2966/2023
09.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver