Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2970/2023 07.09.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs qismində qeyd etməklə) «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs qismində qeyd etməklə) «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında 09 mart 2023-cü il tarixdə bağlanmış “Barışıq sazişi”nin atası Ərizəçi övladı 16 aprel 2021-ci il tarixində anadan olmuş X3 ilə həftə ərzində 1 gün şənbə və bazar günləri 7-dan 9-a qədər ünsiyyətdə olması hissəsinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizədə qeyd olunmuşdur ki, 09 mart 2023-cü il tarixdə Bakı Mediasiya Təşkilatında Maraqlı şəxs ilə aralarındakı fikir ayrılığı və mübahisəni qarşılıqlı razılıqla həll etmək üçün mediator X1 iştirakı ilə barışıq sazişi imzalanmışdır. Barışıq sazişində mübahisənin qısa təsviri verilmişdir. Belə ki, tərəflər razılaşır ki, 02 dekabr 2019-cu il tarixində aralarında bağlanmış nikaha xitam verilməsi, birgə nikahdan 16 aprel 2021-ci il tarixində anadan olmuş X2 anası Maraqlı şəxs himayəsində saxlanılması, atası Ərizəçi övladı 16 aprel 2021-ci il tarixində anadan olmuş X3 ilə həftə ərzində 1 gün şənbə və ya bazar günləri saat 7-dən 9-a qədər ünsiyyətdə olması barədə razılığa gəlmişlər və bu barədə barışıq sazişi bağlamışlar. Məhkəmənin qətnaməsi ilə Maraqlı şəxs ilə aralarında olan nikah pozulmuş və 16 aprel 2021-ci il tarixində anadan olmuş X2 anası Maraqlı şəxs himayəsinə verilməsi qət edilsə də barışıq sazişində razılığa gəldiyi kimi Maraqlı şəxs onun övladı ilə ünsiyyətdə olmağına imkan vermir və barışıq sazişinin şərtlərini pozur. Ərizəçi məhkəmə iclasında ərizə tələbini müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasında ərizəni qəbul etməyərək, ərizənin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 305.1, 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Ərizəçi ilə Maraqlı şəxs arasında 09 mart 2023-ci il tarixdə Bakı şəhəri 13 saylı Mediasiya Təşkilatı vasitəsi ilə bağlanmış Barışıq Sazişindən görünür ki: - Tərəflər razılaşır ki, 02 dekabr 2019-cu il tarixində aralarında bağlanmış (nikah şəhadətnaməsi AZ-İİ № 378046,4315 №si ilə qeydiyyata alınmış) nikaha xitam verilməsi, -Tərəflər razılaşır ki, bu sazişin 1-ci bəndində qeyd edilən nikahdan 16 aprel 2021ci il tarixində anadan olmuş X3 anası Maraqlı şəxs himayəsində saxlanılır. -Tərəflər razılaşır ki, atası Ərizəçi övladı 16 aprel 2021-ci il tarixində anadan olmuş X3 ilə həftə ərzində 1 gün şənbə və ya bazar günləri saat 07-dən 09-a qədər ünsiyyətdə olacaq. Barışıq sazişinin şərtlərindən göründüyü kimi, həmin sazişin təsdiq edilməsinə maneə yaradan (MPM-nin 355-26-cı maddəsində sadalanmış) hallar yoxdur. Ödəniş qəbzindən görünür ki, məhkəməyə ərizə təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Ərizəçi (Maraqlı şəxs qismində qeyd etməklə) «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizəsi təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında 02 dekabr 2019-cu il tarixdə Bakı şəhəri 13 saylı Mediasiya Təşkilatı vasitəsi ilə bağlanmış MŞB/13/2023-00122 saylı Barışıq Sazişi təsdiq olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi (Maraqlı şəxs qismində qeyd etməklə) «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizəsi təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında 02 dekabr 2019-cu il tarixdə Bakı şəhəri 13 saylı Mediasiya Təşkilatı vasitəsi ilə bağlanmış, şərtləri şağdakılardan ibarət olan: - onunla Maraqlı şəxs arasında 09 mart 2023-cü il tarixdə bağlanmış “Barışıq sazişi”nin atası Ərizəçi övladı 16 aprel 2021-ci il tarixində anadan olmuş X3 ilə həftə ərzində 1 gün şənbə və bazar günləri 7-dan 9-a qədər ünsiyyətdə olması hissəsi təsdiq edilsin. Qdənilmiş 100 manat dövlət rüsumu Ərizəçi özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-2970/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2970/2023
07.09.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver