Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2990/2023 10.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə МÜƏYYƏNЕТDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1968-ci il təvəllüdlü X1nun 26 iyun 2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. . Məhkəmə baxışı zamanı Ərizəçi ərizəsinə uyğun izahat verərək bildirdi ki, X4 onun atasıdır. X1 xx.xx.1968-ci ildə Bakı şəhərində doğulmuş və onunla birlikdə yaşamışdır. Atası 26 iyun 2023-cü il tarixdə bayram tətili ilə əlaqədar iş yoldaşları ilə gəzməyə Lerik rayonuna getmiş və orada qayadan yıxılaraq vəfat etmişdir. Faktla bağlı Lerik rayon prokurorluğunda araşdırma aparılmış və xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanması rədd edilmişdir. Atasını el adəti ilə Sofi Həmid qəbirstanlığında dəfn etmiş və yas mərasimi keçirmişlər. Onun başı atasının dəfninə qarışdığına görə ölüm haqqında şəhadətnaməni həmin vaxt almamışdır. Sonradan poliklinikaya müraciət etmiş, lakin ona ölüm haqqında şəhadətnaməni almaq üçün tibbi şəhadətnamə verilməmişdir. Hazırda ölüm haqqında şəhadətnamə bəzi hüquqi sənədləri əldə etmək üçün lazımdır. Qeyd olunanlara əsasən o, ərizə ilə məhkəməyə müraciət etmişdir və hazırda məhkəmədən ərizəsinin təmin edilməsini xahiş edir. Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq, işə onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X5 ifadə verərək bildirdi ki, o, ərizəçinin əmisidir. xx.xx.2023-cü il tarixdə mərhum iş yoldaşları ilə səyahətə getmiş və qayadan yıxılaraq vəfat etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X6 ifadə verərək bildirdi ki, ərizəçi onun qonşusudur. xx.xx.2023-cü il tarixdə mərhum iş yoldaşları ilə Lerik rayonuna səyahətə getmiş və qayadan yıxılaraq vəfat etmişdir. Dəfn mərasimlərində iştirak etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, izahatları və şahidlərin ifadələrini dinləyib, təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə ərizə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 23 saylı Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2023-cü il tarixli arayışından görünür ki, xx.xx.1968-ci ildə doğulmuş və xx.xx.2023-cü il tarixdə vəfat etmiş X2 ölümünü təsdiq edən sənəd olmadığı üçün ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının Sanqaçala qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 285 saylı arayışdan görünür ki, Ərizəçi atası xx.xx.2023-cü il tarixdə vəfat etmiş və eyni tarixdə qəsəbə qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan AZE seriyalı, 17792256 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1968-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan XVİ-JQ seriyalı, 444962 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi X1, anası X3r. İş materiallarında olan Qaradağ rayonu Sahil qəsəbəsi “Cümə” məscidi dini icması tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Qaradağ rayonu, Səngəçal qəsəbə sakini Ərizəçi 26 iyun 2023-cü il tarixdə vəfat edən X1nun vəfat etməsi ilə əlaqədar Sahil qəsəbə məscidinə müraciət etmişdir. Mərhum yuyularaq həmin tarixdə qohumlarının və qəsəbə sakinlərinin iştirakı ilə Sofi Həmid qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan Lerik rayon Prokurorluğunun müstəntiqi R.Həsənovun xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbə sakini X2 dağdan yıxılaraq ölməsinə dair məlumat əsasında toplanmış 40-C-23 saylı material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Qərara əsasən, X4 26 iyun 2023-cü il tarixdə Lerik rayonunda gəzinti zamanı sərt qayalığa doğru yıxılmış, hadisə yerindəcə ölmüşdür. İş materiallarında olan “Məhkəmə-Tibbi Ekespertiza və X7” PHŞ-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, 26 iyun 2023-cü il tarixdə Lerik rayon Prokurorluğunun müstəntiqi R.Həsənovun iştirakı ilə X2 meyitinin xarici müayinəsi keçirilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən, ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Həmin Məcəllənin 194.2-ci maddəsinə əsasən, ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. İş üzrə sübutlara hüquqi qiymət verərək məhkəmə müəyyən edir ki, təqdim olunmuş sübutlarla ərizəçinin atası xx.xx.1968-ci ildə doğulmuş X2 26 iyun 2023-cü il tarixdə Lerik rayonunda vəfat etməsi faktı təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarının 9-cu bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi atası xx.xx.1968-ci ildə anadan olmuş X2 26 iyun 2023-cü il tarixdə Lerik rayonunda vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-2990/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2990/2023
10.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver