Məhkəmə qərarları › İş №2(002)-2991/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2991/2022

13.10.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2991/2022 13.10.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, Salmanova Könül Xasay qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs qismində qeyd etməklə) «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs qismində qeyd etməklə) «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında 14 may 2022-ci il tarixdə Bakı şəhəri 11 saylı Mediasiya Təşkilatı vasitəsi ilə bağlanmış Barışıq Sazişinin təsdiq olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizədə qeyd olunmuşdur ki, 14 may 2022-ci il tarixdə Bakı şəhəri 11 saylı X2 Fariz Aftandil oğlu ilə aralarındakı fikir ayrılığı və mübahisəni qarşılıqlı razılıqla həll etmək üçün mediator X1 iştirakı ilə barışıq sazişi imzalanmışdır. Barışıq sazişində mübahisənin qısa təsviri verilmişdir. Belə ki, Maraqlı şəxs xx.xx.2015-ci il doğum tarixli X3 yetkinlik yaşına çatanadək xx.xx.2022-ci il tarixdən başlayaraq hər ayın 14-də 200 manat sabit pul məbləğində aliment ödəməyi öz öhdəsinə götürməsi barədə razılığa gəlmişlər və bu barədə barışıq sazişi bağlamışlar. Lakin Maraqlı şəxs qeyd edilən barışıq sazişinin tələblərini yerinə yetirməmişdir. Nəticədə «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən edilmiş müddət keçmişdir. Aliment ödənilməmişdir. Ərizəçi məhkəmə iclasında ərizə tələbini müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Maraqlı şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 305.1, 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Ərizəçi ilə Maraqlı şəxs arasında 14 may 2022-ci il tarixdə Bakı şəhəri 11 saylı Mediasiya Təşkilatı vasitəsi ilə bağlanmış Barışıq Sazişindən görünür ki: - tərəflər rəsmi nikahdan doğulmuş övladlarının himayəyə verilməsi, aliment tutulması, cehiz əşyaların qaytarılması tələbi və ata ilə uşağın ünsiyyətinin təmin edilməsi barədə qarşılıqlı tələb üzrə mübahisəni barışıq sazişi bağlamaq yolu ilə həll etmək niyyətində olmuşlar; - həmin niyyəti barışıq sazişi tərtib edərək, öz imzaları ilə təsdiq etməklə mediasiya institutu vasitəsi ilə həll etmək üçün addımlar atmışlar. Barışıq sazişinin digər bəndləri ilə yanaşı, 2.2-ci bəndinə əsasən: - İkinci tərəf (Maraqlı şəxs) birinci tərəfə (Ərizəçi) xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ayın 14-də 200 manat sabit pul məbləğində aliment ödəməyi öz öhdəsinə götürmüşdür. Bu məbləğ birinci tərəfin açdığı bank hesabına köçürüləcək. Barışıq sazişinin şərtlərindən göründüyü kimi, həmin sazişin təsdiq edilməsinə maneə yaradan (MPM-nin 355-26-cı maddəsində sadalanmış) hallar yoxdur. Ödəniş qəbzindən görünür ki, məhkəməyə ərizə təqdim edilməsi üçün ***** manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Ərizəçi (Maraqlı şəxs qismində qeyd etməklə) «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizəsi təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında 14 may 2022-ci il tarixdə Bakı şəhəri 11 saylı Mediasiya Təşkilatı vasitəsi ilə bağlanmış MŞB/11-00114 saylı Barışıq Sazişi təsdiq olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi (Maraqlı şəxs qismində qeyd etməklə) «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizəsi təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında 14 may 2022-ci il tarixdə Bakı şəhəri 11 saylı Mediasiya Təşkilatı vasitəsi ilə bağlanmış, şərtləri şağıdakılardan ibarət olan: - İkinci tərəf (Maraqlı şəxs) birinci tərəfə (Ərizəçi) xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ayın 14-də 200 manat sabit pul məbləğində aliment ödəməyi öz öhdəsinə götürmüşdür. Bu məbləğ birinci tərəfin açdığı bank hesabına köçürüləcək - MŞB/11-00114 saylı Barışıq Sazişi təsdiq olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar