Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3031/2024 31.10.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh2 və Cavabdeh4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın etibarsız hesab edilməsi və torpaq sahəsinin onun mülkiyyətinə verilməsi tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın etibarsız hesab edilməsi və torpaq sahəsinin onun mülkiyyətinə verilməsi tələbi barədə iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 birgə mülkiyyətçi kimi qeyd edildiyi, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində 0.08 ha torpaq sahəsinə (daşınmaz əmlakın reyestr nömrəsi: **********67) dair verilmiş xx.xx.2024-cü il tarixli çıxarışın etibarsız hesab edilməsi və həmin çıxarışda qeyd olunan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində 0.08 ha torpaq sahəsinin (daşınmaz əmlakın reyestr nömrəsi: **********67) tam payda onun mülkiyyətində olmasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, o, Cavabdeh2 ilə 1981-ci ildə rəsmi nikah daxil olaraq ailə qurmuş, birgə nikahdan digər cavabdehlər olan Xəyyam, Xəyal, Xəyalə anadan olmuşdur. 1990-cı ildə Bakı şəhərindən ev almaq qərarına gəldiyinə görə Cavabdeh2 ilə formal olaraq boşanmışlar. Lakin faktiki olaraq bu günə kimi ər-arvad kimi bir ailədə yaşayırlar və ailə üzvləri ilə heç bir problemi yoxdur. Mənzil axtararkən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsi, 45 saylı evin 10 saylı mənzilini satmaq istəyən Tatyana ilə 1992-ci ildə tanış olmuşdur. Mənzilin alqı-satqısı məqsədilə Tatyana ilə formal nikah bağlamaq, mənzilə qeydiyyata düşmək, sonradan mənzili öz adına sənədləşdirmək barədə razılaşmışlar. xx.xx.1992-ci il tarixdə Cavabdeh1 ilə formal nikaha daxil olmuşlar. Onlar nikaha daxil olsalar da, ər-arvad münasibətləri olmamış, nikah bağlamaqda əsas məqsəd Tatyananın qeydiyyatda olduğu mənzilə onun qeydiyyata alınması olmuşdur. Nikahdan sonra o, Tatyananın yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsi, 45 saylı evin 10 saylı mənzilinə qeydiyyata düşmüşdür. Aralarında olan razılaşmaya əsasən o, mənzilə görə Tatyanaya 100000 rubl məbləğində pul ödəmiş və bu barədə öz aralarında şahidlərin iştirakı ilə müqavilə bağlamışlar. Bundan sonra 1992-ci ilin sonlarında Tatyana bütün əşyalarını da götürüb daimi olaraq Rusiya Federasiyasına köçüb getmiş, bir daha onlarla əlaqə saxlamamışdır. Həmin vaxtdan qeyd olunan mənzildə o, ailə üzvləri ilə birlikdə yaşayır. Cavabdeh1 həmin mənzildə uzun müddət yaşamadığı və formal olaraq qeydiyyatda qaldığı üçün məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 08 may 2009-cu il tarixli qətnaməsi ilə Tatyananın Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsi, 45 saylı evin 10 saylı mənzilinə istifadə hüququnun itirilməklə pasport qeydiyyatından çıxarılması və həmin mənzilə dair iddiaçı ilə kirayə müqaviləsinin bağlanılması qət edilmişdir. Bundan sonra mənzilə dair onunla kirayə müqaviləsi bağlanılmış, daha sonra mənzil özəlləşdirilərək onun mülkiyyətinə keçmişdir. Cavabdeh1 ilə formal olaraq bağlanmış nikahları isə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Qeyd etmək istəyir ki, Cavabdeh1 soyadı bəzi sənədlərdə tərcümə səhvindən Musenko, Yuşenko kimi qeyd edilsə də, həmin sənədlərin mahiyyətindən onların eyni şəxsə aid olduğu başa düşülür. Bildirmək istəyir ki, Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli sərəncamı ilə ona Lökbatan qəsəbəsində 8 sot torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi yalnız ona ayrılmış, sərəncamda hər hansı ailə üzvü qeyd olunmamışdır. O, həmin torpaq sahəsini tamamilə öz vəsaiti ilə əldə etmiş, abadlaşdırmış, sonradan sənədləşdirmiş və çıxarış almaq üçün müraciət etmişdir. Lakin çıxarış alanda görmüşdür ki, cavabdehlər də onunla birgə mülkiyyətçi kimi qeyd edilmişlər. Cavabdehlərdən üçü övladı, Cavabdeh2 isə faktiki nikah münasibətində olduğu arvadıdır. Cavabdeh1 ilə isə onun heç bir ailə münasibəti olmamışdır. Tatyananın uzun müddətdir Rusiya Federasiyasnda yaşamasına baxmayaraq, o da birgə mülkiyyətçi kimi çıxarışda qeyd edilmişdir. Halbuki, onun Cavabdeh1 ilə nikahı formal olmuş, 1992-ci ildən əlaqəsi tam kəsilmiş və Tatyananın torpaq sahəsinin alınmasında heç bir iştirakı olmamışdır. Çıxarışdan görünür ki, Cavabdeh1 və Cavabdeh2 həmin torpaq sahəsində birgə mülkiyyətçi kimi qeyd edilmişlər. Onların hər ikisinin çıxarışda ümumi birgə mülkiyətçi kimi qeyd olunması da tamamilə yanlış və əsassızdır. Həmçinin, qeyd olunan torpaq sahəsi ona əvəzsiz olaraq verilmişdir. Həmin torpaq sahəsi ona 2000-ci ildə ayrılmış, Cavabdeh1 isə 1992-ci ildə Azərbaycan Respublikasından daimi olaraq köçüb getmişdir. Çıxarışda qeyd edilən digər cavabdehlərin də torpaq sahəsinin əldə olunmasında heç bir iştirakı olmamışdır. Çıxarışda onun cavabdehlərlə birgə mülkiyyətçi kimi qeyd edilməsi tamamilə qanunsuzdur, ona görə də çıxarış etibarsız hesab edilməli və torpaq sahəsinin tam payda onun mülkiyyətində olması müəyyən edilməli, bu barədə müvafiq düzəliş aparılmaqla ona yeni çıxarış verilməlidir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda o, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh2 izahat verərək bildirdi ki, o və digər cavabdehlər olan övladları Xəyyam, Xəyal, Xəyalə iddia tələbini qəbul edirlər. Bu barədə məhkəməyə ərizə təqdim etmişlər. Belə ki, iddiaçı ilə 1981-ci ildə rəsmi nikaha girmişlər. Daha sonra Bakı şəhərində mənzilin alınması üçün iddiaçı ilə onun arasında nikah pozulmuş və iddiaçı formal olaraq digər cavabdeh Tatyana ilə 1992-ci ildə rəsmi nikaha daxil olmuş, Tatyana mənzilə görə pulu aldıqdan və iddiaçını mənzilə qeydiyyata saldırdıqdan sonra bütün əşyalarını da götürüb Rusiyaya köçüb getmişdir. Həmin vaxtdan mənzildə özləri yaşayır, iddiaçı ilə onun arasında ailə münasibətləri heç vaxt pozulmamışdır və hazırda da davam edir. Ona qarşı irəli sürülən iddia tələbi ilə tam razıdır. Belə ki, torpaq sahəsini iddiaçı özü almışdır, həmin dövrdə onunla ümumiyyətlə rəsmi nikahda olmamışdır, digər cavabdehlərin də torpaq sahəsinin alınmasında hər hansı iştirakı olmamışdır. Nə onun, nə də digər cavabdehlərin mülkiyyətçi kimi hüquqları yoxdur. Qeyd olunanlara əsasən, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh4 Cavabdeh2 izahatına uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh3 və Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 135.7, 185.5-ci maddələrinin tələblərinə istinad edərək, mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Bununla yanaşı, iş materiallarından görünür ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh5 məhkəməyə xx.xx.2024-cü il tarixdə ərizə ünvanlayaraq iddia tələbini qəbul etdiklərini bildirmiş və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq, işə onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdeh1 faktiki olduğu yer məlum olmadığından və onun məlum olan sonuncu yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanının məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduğundan, məhkəmə Azərbaycan Respublikasının MPM-nin 147-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X5 ifadə verərək bildirdi ki, o, iddiaçının qonşusudur. İddiaçı 1992-ci ildə hazırda yaşadığı mənzili Tatyanadan 100000 rubla almışdır. Həmin dövrdə bağlanmış müqaviləyə özü də şahid kimi imza atmışdır. Cavabdeh1 pulu aldıqdan və mənzili təhvil verdikdən sonra köçüb getmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X11 ifadə verərək bildirdi ki, o, 1992-ci ildən iddiaçı ilə qonşuluq münasibətindədir. İddiaçının ailəsi ilə birgə yaşadıqları mənzil əvvəl Tatyanaya məxsus olmuşdur. Cavabdeh1 1992-ci ildə həmin mənzili satmaq istəyirdi, iddiaçı da mənzili həmin dövrdə ondan satın almışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X1 ifadə verərək bildirdi ki, o, iddiaçı ilə 1990-cı illərdən qonşuluq münasibətində olmuşdur. İddiaçı hazırda yaşadıqları mənzili onun əvvəlki sahibi Tatyanadan almışdır, alqı-satqı kağız üzərində olmuş, iddiaçı mənzili 100000 rubla almışdır. Həmin vaxt bağlanmış müqaviləyə özü də şahid kimi imza atmışdır. İddiaçının həyat yoldaşı Cavabdeh2dır, həmin vaxtdan onlar birgə yaşayır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X3 ifadə verərək bildirdi ki, o, iddiaçı ilə 1990-cı illərdən qonşuluq münasibətində olmuşdur. İddiaçı hazırda yaşadığı mənzili onun əvvəlki sahibi Tatyanadan almışdır, mənzilin alınmasına görə Tatyana ilə formal olaraq nikaha girmiş, daha sonra ayrılmışdır. Pulu aldıqdan və mənzili təhvil verdikdən sonra Tatyana köçüb getmişdir, həmin vaxtdan onunla əlaqə yoxdur, hazırda harada yaşaması məlum deyildir. İddiaçının həyat yoldaşı Cavabdeh2dır, həmin vaxtdan onlar birgə yaşayır. Məhkəmə, izahatları və şahidlərin ifadələrini dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İ-Tİ seriyalı, 382821 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh2 arasında rəsmi nikah 06 dekabr 1990-cı il tarixində pozulmuş və bu barədə akt qeydləri kitabında 120 nömrəsi ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan V-Tİ seriyalı, 326346 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh4 xx.xx.1982-ci il tarixdə anadan olmuşdur, Cavabdeh4 atası İddiaçı, anası Cavabdeh2dır. İş materiallarında olan V-Tİ seriyalı, 375189 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 xx.xx.1983-cü il tarixdə anadan olmuşdur, Cavabdeh3 atası İddiaçı, anası Cavabdeh2dır. İş materiallarında olan Vİİ-Tİ seriyalı, 313206 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.1988-ci il tarixdə anadan olmuşdur, Məhərrəmova Xəyalənin atası İddiaçı, anası Cavabdeh2dır. İş materiallarında olan AZ-İ seriyalı, 587974 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X2 01 iyun 2010-cu il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar, nikahları Qaradağ rayon Qeydiyyat şöbəsində rəsmiləşdirilmişdir, nikah bağlandıqdan sonra arvada “İsmayılova” soyadı verilmişdir. İş materiallarında olan **********6 saylı nikahın bağlanması haqqında şəhadətnamənin tərcüməsinin surətindən görünür ki, İddiaçı ilə Tatyana Yuşenko 03 sentyabr 1992-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar, nikahları Gürcüstan Ədliyyə Nazirliyinin müvafiq qeydiyyat şöbəsində rəsmiləşdirilmişdir. İş materiallarında olan xx.xx.1992-ci il tarixli borc müqaviləsinin surətindən görünür ki, İddiaçı Lökbatan qəsəbəsi, 28 may küçəsi, 45 saylı evin 10 saylı mənzilində yaşayan Cavabdeh1 100000 rubl məbləğində faizsiz borc pul vermiş, tərəflər və şahidlər (o cümlədən S.Vaqif, S.Rübabə) həmin razılaşmanı öz imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-496/2009 saylı, xx.xx.2009cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddianın təmin edilməsi, X4 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsi, 45 saylı evin 10 saylı mənzilinə istifadə hüquqları itirilməklə pasport qeydiyyatından çıxarılması, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsi, 45 saylı evin 10 saylı mənzilinin icarə müqaviləsinin İddiaçı adına dəyişdirilməsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil-Kommunal Xidmətlər Departamentinə həvalə edilməsi qət edilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İntiqam Nəbiyev küçəsi, ev 45, 10 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir və bu barədə reyestr kitabında ********* nömrəsi ilə xx.xx.2019-ci il tarixində qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli texniki pasportun surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İntiam Nəbiyev küçəsi, ev 45, 10 saylı mənzil üzrə hüquq subyekti İddiaçıdur. İş materiallarında olan AZ-İ seriyalı, 492997 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Yuşenko Tatyana arasında nikahın ləğv edilməsi 10 may 2024-cü il tarixində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2024-cü il tarixli məktubunun və Qaradağ rayon İcra Hakimiyyəti Başçısının “Fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında” xx.xx.2000-ci il tarixli, 1094 saylı sərəncamının surətindən görünür ki, Lökbatan qəsəbəsi, 28 May küçəsi, 45 saylı evin 10-cu mənzilində yaşayan İddiaçı fərdi yaşayış evinin tikintisi üçün Lökbatan qəsəbəsi ərazisindən 8 sot torpaq sahəsinin ayrılmasına dair sərəncam verilmişdir. İş materiallarında olan xx.xx.2003-cü il tarixli, JN seriyalı 6182H saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, həmin şəhadətnamədə Lökbatan qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsinin mülkiyyətçisi kimi İddiaçı qeyd olunmuş, onun ailə üzvləri kimi Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X2 qeyd olunmuşdur. Həmçinin, şəhadətnamənin iki nüsxədə tərtib edildiyi və bir nüsxəsinin İddiaçı verildiyi qeyd olunmuşdur. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsi İddiaçı, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh1 ümumi birgə olmaqla xüsusi mülkiyyətindədir və bu barədə xx.xx.2024-cü il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsinin hüquq sahibi İddiaçı və başqalarıdır. İş materiallarında olan X11, X3 və X1 tərəfindən tərtib edilmiş və imzaları ilə təsdiq edilmiş xx.xx.2024cü il tarixli aktdan görünür ki, həqiqətən də Cavabdeh1 1992-ci ilin sonuna qədər Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsi, 45 saylı evin 10 saylı mənzilində yaşamışdır. 1992-ci ilin sonlarında mənzili tərk edərək daimi yaşamaq üçün Rusiya Federasiyasına getmişdir. Həmin vaxtdan onlar Cavabdeh1 görməmişlər. 1992-ci ildən hal-hazıra kimi mənzildə İddiaçı ailə üzvləri ilə birlikdə yaşayır. İş materiallarında olan Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 152 saylı MKİS tərəfindən verilmiş 886 saylı, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsi, ev 45, mənzil 10 ünvanında yaşayır, qeydiyyatdadır. Həqiqətən keçmiş həyat yoldaşı Cavabdeh1 1992-ci ilin dekabr ayından yaşamır, xx.xx.2009-cu ildən isə mənzildən pasport qeydiyyatından məhkəmə qərarına əsasən çıxarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ünvanında yerləşən 0.08 ha torpaq sahəsi Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 1094 nömrəli xx.xx.2000-ci il tarixli sərəncamına, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının 3-48-2F/2-M-2015-8-2264/2024 nömrəli xx.xx.2024-cü il tarixli arayışına, yerləşmə cizgisinə və JN-6182H nömrəli xx.xx.2003-cü il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə əsasən ümumi birgə əsaslarla İddiaçı, Cavabdeh3, Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh4 adlarına qeydiyyata alınmışdır və onların adı ilə bağlı ********** qeydiyyat (reyestr: **********67) nömrəli xx.xx.2024-cü il tarixli çıxarış tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, Cavabdeh1 qeydiyyatı və şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilməsinə dair hər hansı bir məlumat yoxdur. İş materiallarında olan Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 məhkəməyə ünvanladıqları xx.xx.2024-cü il tarixli ərizənin surətindən görünür ki, onlar iddia tələbini qəbul edirlər və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edirlər. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara əsasən müəyyən edildi ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsi (daşınmaz əmlakın reyestr nömrəsi **********67) Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 1094 saylı sərəncamına əsasən İddiaçı ayrılmış, sonradan xx.xx.2003-cü il tarixli, JN seriyalı 6182H saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən xüsusi mülkiyyətə verilmiş, həmin şəhadətnamədə torpaq sahəsinin mülkiyyətçisi kimi İddiaçı, onun ailə üzvləri kimi cavabdeh fiziki şəxslər qeyd olunmuşdur. Həmçinin, şəhadətnamənin iki nüsxədə tərtib edildiyi və bir nüsxəsinin İddiaçı verildiyi qeyd olunmuşdur. Həmin torpaq sahəsinə dair verilmiş xx.xx.2024-cü il tarixli çıxarışda isə iddiaçı və cavabdeh fiziki şəxslər birgə mülkiyyətçilər kimi qeyd olunmuşlar. İddiaçı hazırda həmin çıxarışın etibarsız hesab edilməsini və torpaq sahəsi üzərində tam payda mülkiyyətçi olduğunun müəyyən edilməsini tələb etməkdədir. Məhkəmə, mülki iş üzrə sübutları, o cümlədən izahatları, yazılı sübutları, qüvvədə olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-496/2009 saylı, xx.xx.2009-cu il tarixli qətnaməsi ilə müəyyən edilən halları, şahidlərin ifadələrini, habelə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh3, Cavabdeh5 iddia tələbini yazılı etiraf etməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, mülki iş üzrə sübutlara və məhkəmə iclasında müəyyən edilən hallara əsasən, həmin torpaq sahəsinin iddiaçıya ayrılması, onun mülkiyyətinə verilməsi mübahisə doğurmur, həmçinin qeyd olunan torpaq sahəsi üzərində cavabdeh fiziki şəxslərin ümumi mülkiyyət hüququnun qeydə alınması üçün hər hansı hüquqi əsas olmamışdır. Cavabdeh2 ilə iddiaçının nikahı 1990-cı ildə pozulmuş, torpaq sahəsi isə 2000-ci ildə əldə edilmişdir. Cavabdehlər Cavabdeh3, Cavabdeh3, Cavabdeh5 iddiaçının övladları olmaqla onların torpaq sahəsinin əldə olunmasında hər hansı iştirakı və rolu olmamışdır, onların da birgə mülkiyyətçi kimi qeydə alınması üçün hüquqi əsas yoxdur. Bundan əlavə, məhkəmə iclasında tədqiq olunan sübutlara, o cümlədən yazılı sübutlara, qüvvədə olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-496/2009 saylı, xx.xx.2009-cu il tarixli qətnaməsi ilə müəyyən edilən hallara, şahidlərin ifadələrinə əsasən müəyyən olunur ki, Cavabdeh1 (bəzi sənədlərdə və onların tərcüməsində soyadı İşenko ilə yanaşı Musenko, Yuşenko kimi qeyd olunur) ilə iddiaçının nikahı formal olmaqla onlar 1992-ci ildən ayrılmışlar və torpaq sahəsinin iddiaçı tərəfindən əldə olunması onların birmənalı olaraq ayrı yaşadıqları dövrdə baş vermişdir, ona görə də qeyd olunan cavabdehin də ümumi birgə mülkiyyətçi kimi tanınması üçün hüquqi əsas mövcud olmamışdır. Beləliklə, çıxarışın etibarsız hesab edilməsi və qeyd olunan torpaq sahəsi üzərində iddiaçının tam payda mülkiyyətçi olduğunun müəyyən edilməsi barədə iddia tələbi əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 213.4-cü maddəsinə əsasən, ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Həmin Məcəllənin 223.1-ci maddəsinə əsasən, birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir. Həmin Məcəllənin 225.4-cü maddəsinə əsasən, ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən, dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 141.1-ci maddəsinə əsasən, əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Həmin Məcəllənin 141.2-ci maddəsinə əsasən, bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Həmin Məcəllənin 141.3-cü maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 16.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 36.5-ci maddəsinə əsasən, məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Azərbaycan Respublikasının MPM-nin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarının 5.13-cü bəndinə əsasən, qanunvericilik həmçinin rəsmi nikahda olsalar da, onların birgə təsərrüfat aparmadığı dövrdə hər birinin qazandığı əmlakı ümumi əmlaka aid etmir. Belə ki, Ailə Məcəlləsinin 36.5-ci maddəsinə müvafiq olaraq, məhkəmə ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Bu baxımdan birgə nikah dövründə əldə olunmuş əmlakın bölgüsü zamanı faktiki nikah münasibətlərinə xitam verildiyi və birgə təsərrüfatın başa çatdığı tarixin müəyyən olunması işin düzgün həlli baxımından mühüm əhəmiyyət kəsb edir. Beləliklə, məhkəmə mülki iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 birgə mülkiyyətçi kimi qeyd edildiyi Bakı şəhəri, Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsinə (daşınmaz əmlakın reyestr nömrəsi **********67) dair verilmiş xx.xx.2024-cü il tarixli çıxarış etibarsız hesab edilsin və həmin çıxarışda qeyd olunan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsinin (daşınmaz əmlakın reyestr nömrəsi **********67) tam payda İddiaçı mülkiyyətində olması müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-3031/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3031/2024
31.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver