Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3035/2022 07.12.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, Salmanova Könül Xasay qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «hüquqi əhəmiyyətli ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində qeyd etməklə, «hüquqi əhəmiyyətli ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, atası, xx.xx.1968ci il tarixdə Gədəbəy rayonunda doğulmuş X3 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, atası X5 xx.xx.1968-ci il tarixdə Gədəbəy rayonunda doğulmuşdur. Atası sağlığında onunla eyni ünvanda birlikdə yaşamışdır. 16 avqust 2022-ci il tarixdə atasının vəziyyəti ağırlaşdığına görə yaşadıqları ünvana həkim çağırmışlar. Lakin həkim gələnə kimi atası vəfat etmişdir. Mərhum atasını el adəti ilə Gədəbəy rayonu Çanaqçı kənd qəbristanlığında dəfn etmişlər. Lakin həmin vaxt ölüm haqqında şəhadətnamə almamışlar. Belə ki, həmin vaxt başları dəfn və yas mərasimlərinə qarışdığı üçün bu barədə lazımi orqana müraciət etməmişlər. Sonradan bu barədə poliklinikaya müraciət etsə də, atasına ölüm şəhadətnaməsi almaq üçün tibbi şəhadətnamə verilməmişdir. Hazırda atasının müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi ona bəzi hüquqi sənədləri, o cümlədən atasının adına ölüm haqqında şəhadətnamə əldə etmək üçün lazımdır. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, atası xəstəxanada yatmamışdır. Həmin gün görmüşdür ki, atası yıxılıb. Dərhal təcili tibbi yardım çağırmışlar. Həkim gələnə qədər atası artıq keçinmişdi. Həkim bildirmişdir ki, atası insult keçirib. El adəti ilə atasını dəfn etmişlər. Yas mərasimləri olmuşdur. Atasının qəfil ölümündən sarsılmışlar, başları dəfn və yas mərasimlərinə qarışmışdır. Ona görə də, vaxtında ölüm haqqında şəhadətnamə ala bilməmişlər. Məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə məktub ünvanlayaraq ərizəyə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, nümayəndənin məhkəmə iclasına gələ bilməməsinin üzürlü səbəbi kimi iş həcminin çox olmasını göstərmişdir. Məhkəmə mülki işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, şahid X6 ifadəsində bildirdi ki, ərizəçigil qoşularıdır. Ərizəçinin atası Ədalət Məmmədov 16 avqust 2022-ci il tarixdə yaşadığı evdə qəflətən vəfat etmişdir. Təcili yardım çağırılsa da, həkim gələnə qədər ərizəçinin atası keçinmişdir. Mərhum Gədəbəy rayonu Çanaqçı kənd qəbristanlığında dəfn olunmuşdur. Yas mərasimində iştirak etmişdir. X2 ifadəsində bildirdi ki, İsmətgillə qoşudurlar. İsmətin atası Ədalət Məmmədov insultdan, avqustun 16-da vəfat edib. Mərhum el adəti ilə Gədəbəy rayonu Çanaqçı kənd qəbristanlığında dəfn olunub. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, ölüm faktının müəyyən edilməsi tələb edilən şəxs ərizəçinin atasıdır. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, X5 xx.xx.1968-ci il tarixdə Gədəbəy rayonunda doğulmuşdur. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Təcili və X4 Stansiyasının 17 saylı bölməsinin arayışından görünür ki, 16 avqust 2022-ci il tarixdə saat 13.15-də X3 adına Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi ünvan 2 ünvana gələn həkim həkimgələnə qədər ölüm baş verdiyini (kişi cinsli meyit) qeyd etmişdir. Gədəbəy RİHB Çanaqçı kənd üzrə nümayəndəliyinin 12 sentyabr 2022-ci il tarixli 75 saylı arayışından görünür ki, 16 avqust 2022-ci il tarixdə vəfat etmiş X1 rayonu Çanaqçı kənd qəbristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə X10 Ərazi Bölmələrini İdarəetmə Birliyi 23 nömrəli birləşmiş şəhər xəstəxanası tərəfindən verilmiş 23 sentyabr 2022-ci il tarxli 117 saylı məktubdan görünür ki, xx.xx.1968-ci il tarixdə doğulmuş və xx.xx.2022-ci il tarixdə vəfat etmiş X5 ASM-də qeydiyyatda olmamışdır və xəstəliyi ilə əlaqədar müraciət etmədiyi üçün ölüm haqqında tibbi şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmişdir. Maraqlı şəxs 23 sentyabr 2022-ci il tarixli 05/Q-1334/15 saylı məktubundan görünür ki, Ərizəçi 20 sentyabr 2022-ci il tarixli, atası X3 ölümünün qeydə alınmasına dair müraciətinə baxılmışdır. Ölüm faktını təsdiq edən sənəd (ölüm haqqında tibbi şəhadətnamə və ya ölüm faktını təsdiq edən məhkəmə qərarı) təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina olunmuş və məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, Ərizəçi atasının ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, xx.xx.1968-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş X5 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1968-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş X3 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-3035/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3035/2022
07.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver