Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3047/2024 15.10.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində qeyd etməklə, «şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, anası, xx.xx.1954-cü il tarixdə Astara rayonunda doğulmuş X2 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində (Qaradağ rayonunda) ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X5 onun anasıdır. X1 xx.xx.1954-cü il tarixdə Astara rayonunda doğulmuş, onunla birlikdə ünvan 1 ünvanda yaşamışdır. xx.xx.2024-cü il tarixdə anasının vəziyyəti ağırlaşmış və həkim çağırmışlar. Lakin həkim gələnə kimi anası artıq vəfat etmişdir. X8 el adəti ilə Lökbatan qəbristanlıqda dəfn etmişlər. Həmin vaxt ölüm haqqında şəhadətnamə almamışlar. Çünki, həmin vaxt başları dəfn və yas mərasimlərinə qarışdığı üçün bu barədə lazımi orqana müraciət etməmişlər. Sonradan bu barədə poliklinikaya müraciət etsə də, ölüm haqqında şəhadətnamə almaq üçün tibbi şəhadətnamə verilməmişdir. Hazırda – X1nın müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi ona bəzi hüquqi sənədləri, o cümlədən ölüm haqqında şəhadətnamə əldə etmək üçün lazımdır. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə məktub ünvanlayaraq ərizəyə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, nümayəndənin məhkəmə iclasına gələ bilməməsinin üzürlü səbəbi kimi iş həcminin çox olmasını göstərmişdir. Məhkəmə mülki işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, şahid X9 ifadəsində bildirdi ki, ərizəçinin anası bu il vəfat edib. El adəti ilə Lökbatan qəbristanlığında dəfn olunub. Yas mərasimi Savalan şadlıq evində olub. Ərizəçinin qonşusudur. Qonşu kimi yas və dəfn mərasimlərində iştirak etmişdir. Mərhumə yataq xəstəsi olmuşdur, ona vəfat edənədək qızları baxmışdır. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, ölüm faktının müəyyən edilməsi tələb edilən şəxs ərizəçinin anasıdır. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, X5 xx.xx.1954-cü il tarixdə Astara rayonunda doğulmuşdur. 125 saylı MKİS-in 27 avqust 2024-cü il tarixli 263 saylı arayışından görünür ki, Ərizəçi Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 1-ci D.Bünyadzadə döngəsində yerləşən 1B saylı binanın 29 nömrəli mənzilində qeydiyyatdadır və həmin ünvanda yaşayır. Təcili və X6 Stansiyasının statistika şöbəsi tərəfindən verilmiş 2472 saylı ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 26 iyul 2024-cü il tarixdə 09:16-da X2 adına ünvan 2 ünvana çağırış daxil olmuş, çağırışı 15 saylı bölmənin təcili tibbi yardım briqadası qəbul etmiş, həkim İ.İsmayılov ünvana çatdıqda, həkiməqədər ölüm baş verdiyini (qadın cinsli meyit) müəyyən etmişdir. Qaradağ rayon Lökbatan Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 02/232 saylı arayışından görünür ki, Ərizəçi X1 26 iyul 2024-cü il tarixdə Lökbatan qəbristanlığında dəfn olunmuşdur. 3 nömrəli birləşmiş şəhər xəstəxanasının 17 avqust 2024-cü il tarixli 31 saylı məktubundan görünür ki, ərizəçinin vəkilinin 16 avqust 2024-cü il tarixli sorğusuna baxılmışdır. Bildirilmişdir ki, xx.xx.1954-cü il tarixdə Astara rayonunda doğulmuş və xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində vəfat etmiş X4 xəstəxanada İİ şöbədə qeydiyyatda olmadığı və xəstəliyi ilə əlaqədar müraciət etmədiyi üçün ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. Maraqlı şəxs 17 avqust 2024-cü il tarixli 3-16-5/7-15-1118/2024 saylı məktubundan görünür ki, Ərizəçi 26 iyul 2024-cü il tarixdə vəfat etmiş X1nın ölümünün qeydə alınmasına dair müraciətinə baxılmışdır. Ölüm faktını təsdiq edən sənəd (ölüm haqqında tibbi şəhadətnamə və ya ölüm faktını təsdiq edən məhkəmə qərarı) təqdim edilmədiyi üçün ölümün qeydə alınması mümkün olmamışdır. Bu səbəbdən, ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, Ərizəçi anasının ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, xx.xx.1954-cü il tarixdə Astara rayonunda doğulmuş X5 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində (Qaradağ rayonunda) ölmüşdür. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1954-cü il tarixdə Astara rayonunda doğulmuş X2 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində (Qaradağ rayonunda) ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-3047/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3047/2024
15.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver