Məhkəmə qərarları › İş №2(002)-3063/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3063/2023

06.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3063/2023 06.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə МÜƏYYƏNЕТDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1962-ci il təvəllüdlü X2nun 04 sentyabr 2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. . Məhkəmə baxışı zamanı Ərizəçi ərizəsinə uyğun izahat verərək bildirdi ki, X8 onun atasıdır. X2 xx.xx.1962-ci ildə Salyan rayonunda doğulmuşdur. Atası ürək xəstəliyindən əziyyət çəkmiş, 04 sentyabr 2023-cü il tarixdə onun vəziyyəti ağırlaşdığına görə həkim çağırmışlar və həkim gələnə qədər atası artıq vəfat etmişdir. Atasını el adəti ilə Hacıqabul rayonu, Qızılburun kənd qəbirstanlığında dəfn etmiş və yas mərasimi keçirmişlər. Onun başı atasının dəfninə qarışdığına görə ölüm haqqında şəhadətnaməni həmin vaxt almamışdır. Sonradan poliklinikaya müraciət etmiş, lakin ona ölüm haqqında şəhadətnaməni almaq üçün tibbi şəhadətnamə verilməmişdir. Hazırda ölüm haqqında şəhadətnamə bəzi hüquqi sənədləri əldə etmək üçün lazımdır. Qeyd olunanlara əsasən o, ərizə ilə məhkəməyə müraciət etmişdir və hazırda məhkəmədən ərizəsinin təmin edilməsini xahiş edir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq, işə onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X12 ifadə verərək bildirdi ki, o, ərizəçinin həyat yoldaşıdır. xx.xx.2023-cü il tarixdə mərhumun vəziyyəti ağırlaşmış və təcili yardım çağırmışlar. Mərhum ürək xəstəsi idi. O, həmin vaxt orada idi. Təcili yardım gələnə kimi vəfat etmişdir, həkim öldüyünü təsdiq etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X11 ifadə verərək bildirdi ki, mərhum onun xalası oğludur. xx.xx.2023-cü il tarixdə mərhumun vəziyyəti ağırlaşmış və təcili yardım çağırmışlar. Mərhum ürək xəstəsi idi. Təcili yardım gələnə kimi vəfat etmişdir, həkim öldüyünü təsdiq etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, izahatları və şahidlərin ifadələrini dinləyib, təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə ərizə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə X19 Şəxs “X20” X22 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.1962-ci il təvəllüdlü X1 Tibb Mərkəzində ölümə səbəb olan diaqnozla dispanser qeydiyyatda olmadığı üçün ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün olmamışdır. İş materiallarında olan Bakı şəhəri Təcili və X9 Stansiyası 20 saylı bölməsi tərəfindən verilmiş arayışdan görünür ki, 04 sentyabr 2023-cü il tarixdə saat 03:39 radələrində X4 adına çağırış daxil olmuş, həkiməqədər ölüm, kişi cinsli meyit aşkar edilmişdir. İş materiallarında olan Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının Qızılburun kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 159 saylı arayışdan görünür ki, X8 xx.xx.2023-cü il tarixdə Hacıqabul rayon Qızılburun kənd qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan AZE seriyalı, 09947834 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.1962-ci il tarixdə Salyan rayonunda anadan olmuşdur. ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan XV-JQ seriyalı, 463107 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 X2, anası X5r. İş materiallarında olan AZ-İ seriyalı, 897160 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə X10 01 oktyabr 2013-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar, nikahları Maraqlı şəxsndə rəsmiləşdirilmişdir, nikah bağlandıqdan sonra arvada “Məmmədova” soyadı verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən, ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Həmin Məcəllənin 194.2-ci maddəsinə əsasən, ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. İş üzrə sübutlara hüquqi qiymət verərək məhkəmə müəyyən edir ki, təqdim olunmuş sübutlarla ərizəçinin atası xx.xx.1962-ci ildə doğulmuş X3 04 sentyabr 2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarının 9-cu bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi atası xx.xx.1962-ci ildə anadan olmuş X3 04 sentyabr 2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar