Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-318/2023 15.02.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli olan şəxsin müəyyən vaxtda və şəraitdə ölməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyətli olan faktın müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1980-cı ildə Bakı şəhərində doğulmuş X4 16 sentyabr 2021-ci il tarixdə Bakı şəhərində müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onuna əsaslandırımışdır ki, X9 onun qızı olmaqla, 06 aprel 1980-ci iı tarixdə doğulmuşdur. 16 sentyabr 2001-ci il tarixdə X5 tərəfindən qətlə yetirilmiş, nəşi 2004-cü il tarixdə tapılmış, cinayəti törətmiş şəxs cinayət əməlini etiraf etmiş, Ağır Cinayətlər Məhkəməsinin 16 iyul 2004-cü il tarixli hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2004-cü il tarixdə isə qızının nəşi Qızıldaş qəsəbəsindəkı qəbirstanlıqda dəfn edilmiş, baş daşında dəfn edildiyi gün ölüm günü kimi yazılsa da, əslində xx.xx.2001-ci il tarixdə qətlə yetirilmişdir. Sonradan ölüm haqqında şəhadətnamə almaq üçün poliklinikaya müraciət etsə də, ona tibbi şəhadətnamə verilməmişdir. X1 müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi ona bəzi hüquqi sənədləri, o cümlədən ölüm haqqında şəhadətnamə əldə etmək üçün lazımdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş üzrə Maraqlı şəxs məhkəməyə məktub ünvanlayaraq işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X11 mərhuməni tanıdığını, 15- 20 il bundan əvvəl X5 tərəfindən öldürüldüyünü, mərhumənin yas və dəfn mərasimində iştirak etdiyini, mərhumənin Qızıldaş qəbirstanlığında dəfn olunduğunu ifadəsində bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 mərhuməni tanıdığını 20 il bundan əvvəl X5 tərəfindən öldürüldüyünü, mərhumənin yas və dəfn mərasimində iştirak etdiyini, mərhuməni Qızıldaş qəbirstanlığında dəfn olunduğunu ifadəsində bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən X8 ünvanlanmış xx.xx.2022-ci il tarixli, 05/Q-1158/15 nömrəli məktubdan görünür ki, ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarında olan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X19 Bakı Baş Səhiyyə X18 Şəxsi 9 nömrəli birləşmiş şəhər xəstəxanasının Ərizəçi ünvanladığı xx.xx.2022-ci il tarixli, 208 saylı məktubundan görünür ki, xx.xx.1980-ci ildə Bakı şəhərində doğulmuş X4 ölümü haqqında 9 nömrəli BŞX-nın Poliklinika şöbəsində heç bir məlumat qeydə alınmamış, bu səbəbdən “ölüm haqqında şəhadətnamə” alınması üçün məhkəməyə müraciət etmələri tövsiyə edilmişdir. İş materiallarında olan Qızıldaş bələdiyyəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X2 qəbristanlığında xx.xx.2004-cü il tarixdə dəfn olunmuşdur. İş materiallarında olan Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin qanuni qüvvəsini almış A-0677/04 saylı, 16 iyul 2004-cü il tarixli hökmünün surətindən görünür ki, X5 16 sentyabr 2001-ci il tarixdə saat 21.00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində Bakı-Astara magistral yolunun 59-cu kmdən 350 metr sağ tərəfdə yerləşən dəmiryol xəttinin yanında qohumu X6 məxsus olan 550.000 manat pulu ələ keçirmək məqsədilə özündə olan bıçaqla sonuncunun həyat üçün vacib orqanlarının və ürəyinin yerləşdiyi kürəyinin və sinəsinin sol nahiyyələrindən daxilə nüfuz edən zərbələr vurmaqla onu qəsdən öldürərək, Yeganə İmanovaya məxsus 550.000 manat pulu ələ keçirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə belə qeydalınma üçün əsasdır. 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 mart 2003-cü il tarixli Qərarının 7-ci bəndində qeyd edilmişdir ki, Mülki Prosessual Məcəllənin 82.2 və 82.3-cü maddələrində qeyd olunan məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulur. Yuxarıda sadalanan sübutlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin qanuni qüvvəsini almış A-0677/04 saylı, 16 iyul 2004-cü il tarixli hökmü ilə müəyyən edilmişdir ki, X5 16 sentyabr 2001-ci il tarixdə saat 21.00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində Bakı-Astara magistral yolunun 59-cu km-dən 350 metr sağ tərəfdə yerləşən dəmiryol xəttinin yanında tamah məqsədilə özündə olan bıçaqla X4 həyat üçün vacib orqanlarının və ürəyinin yerləşdiyi kürəyinin və sinəsinin sol nahiyyələrindən daxilə nüfuz edən zərbələr vurmaqla onu öldürməsi, nəticəsində vəfat etmişdir. Həmçinin onun ölməsi faktı iş materialları və şahid ifadələri ilə təsdiq olunur. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən hesab edir ki, məhkəməyə ərizə verilməsi ilə bağlı ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin qanuni qüvvəsini almış A-0677/04 saylı, 16 iyul 2004-cü il tarixli hökmü ilə məhkum edilmiş X3 16 sentyabr 2001-ci il tarixdə saat 21.00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində Bakı-Astara magistral yolunun 59-cu km-dən 350 metr sağ tərəfdə yerləşən dəmiryol xəttinin yanında tamah məqsədilə özündə olan bıçaqla X4 həyat üçün vacib orqanlarının və ürəyinin yerləşdiyi kürəyinin və sinəsinin sol nahiyyələrindən daxilə nüfuz edən zərbələr vurmaqla onu öldürməsi, ölməsi faktı müəyyən edilsin. X4 adına ölüm haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-318/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-318/2023
15.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver