Məhkəmə qərarları › İş №2(002)-3181/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3181/2021

26.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3181/2021 26.10.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Məcidli Aysel Əli qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində qeyd etməklə, «şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində qeyd etməklə, «şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 20.11.1953-ci ildə doğulmuş X3 13.08.2021-ci il tarixdə müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Ərizəçi 16.11.1978-ci il tarixdə X8 ilə nikaha daxil olmuşdur. Həyat yoldaşı ilə ərizəsində qeyd etdiyi ünvanda yaşamışdır. Həyat yoldaşının səhhətində yaranmış xərçəng xəstəliyi səbəbindən o, bir müddət idi ki, müalicə alırdı. Lakin bunlara baxmayaraq 13 avqust 2021-ci il tarixdə yaşadığımız ünvanda xəstəliyi səbəbindən dünyasını dəyişmişdir. Həyat yoldaşının sözü gedən səhhəti pisləşdiyin X15 çağırsa da, lakin həkimlər gələnə kimi o artıq dünyasını dəyişmişdir. X15 Stansiyasından həkimlər gələn zaman yalnız onlara aid ünvanda kişi cinsindən meyid akşarlanması barədə arayış verilmişdir. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta X13 “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X14 “X12” X14ə ərizə ilə müraciət edərək X5 ölüm haqqında tibbi şəhadətnamənin verilməsini xahiş etsə də, lakin sonuncu, yaşayış yeri üzrə poliklinikada tibbi qeydiyyatda olmamışdır. Ona görə də, yaşadıqları ərazi üzrə tibbi mərkəz tərəfindən ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün olmamışdır. Əlavə olaraq qeyd edir ki, mərhum həyat yoldaşı 13.08.2021-ci il tarixində “Lökbatan qəbristanlığında” dəfn edilmişdir. O, həyat yoldaşının ölüm haqqında şəhadətnaməsini əldə etmək üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxsnə müraciət etmişdi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs təqdim etdiyi 08.09.2021-ci il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, ölümün qeydə alınması üçün zəruri sənədlər (“ölüm haqqında tibbi şəhadətnamənin” olmaması səbəbi ilə) təqdim edilmədiyi üçün ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsində mümkün olmamış və məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ona görə də o, məhkəməyə müraciət etmək qərarına gəldi. Ərizəçinin Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs 08.10.2021-ci il tarixli ərizəsi ilə mülki işə onların nümayəndəsinın iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iclasında dindirilmiş şahid X2 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki,o, Ərizəçi qonşusudur.Şahid ifadə verərək təsdiq etdi ki X8 xəstə idi və 13 avqust 2021-ci il tarixdə yaşadıqları ünvanda xəstəliyi səbəbindən dünyasını dəyişmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, ölüm faktının müəyyən edilməsi tələb edilən şəxs ərizəçinin həyat yoldaşıdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş İ-жг seriyalı 427966 saylı nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X6 ilə X8 arasında 16.11.1978-ci il tarixdə Füzuli rayon qeydiyyat şöbəsində 10 saylı akt qeydi ilə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada İbişova soyadı verilmişdir İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Maraqlı şəxs 08.09.2021-ci il tarixli 05/Q-1284/15 saylı məktubundan görünür ki, ölüm haqqında tibbi şəhadətnamə olmadığına görə, ərizənin təmin edilməsinin mümkün olmadığı bildirilmiş və qeyd olunan faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş İcbari Tibbi Sığorta X13 “ Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16 ”X12” X14 11.09.2021-ci il tarixli 1115 nömrəli məktubunun surətindən görünür ki, 20.11.1953-cü il təvəllüdlü, 13.08.2021-ci il tarixində vəfat etmiş X1 Tibb Mərkəzində ölümə səbəb olan diaqnozla qeydiyyatının olmadığı üçün tərəflərindən ölüm haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Qaradağ rayon Lökbatan bələdiyyəsinin sədri R.Əhmədov tərəfindən verilən 17.09.2021-ci il tarixli 02/451nömrəli arayışdan görünür ki, X8 13.08.2021-ci il tarixdə vəfat etmiş və Qaradağ rayon Lökbatan qəsəbə qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş BŞT və TTYS 15 saylı bölməsinin ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 20.11.1953-cü il təvəllüdlü X8 13.08.2021-ci il tarixində həkim gələnə qədər ölmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Bu Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Qeyd olunan mülki prosessual hüquq normalarının məzmunundan görünür ki, həmin normalarda xüsusi icraat qaydasında məhkəmə tərəfindən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin şərtləri nəzərdə tutulmuşdur. Həmin şərtlər qeyd olunan maddələrdə aşağıdakı ardıcıllıqla göstərilmişdir: - ərizəçinin müəyyən edilməsini məhkəmədən xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır; - ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onları bərpa edə bilməməlidir. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədləri başqa qaydada ala bilməməsi dedikdə, həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Başqa sözlə, müəyyən edilməsi tələb edilən hüquqi əhəmiyyətli faktı təsdiq edən hər hansı sənədin əldə olunması və ya bərpa edilməsi mümkün olmamalıdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmə Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 1.4-cü bəndinə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göründüyü kimi, Ərizəçi həyat yoldaşının ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, 20.11.1953-ci il təvəllüdlü X8 13.08.2021-ci il tarixində Bakı şəhərində vəfat etmişdir. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmadığından ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir və onun həyat yoldaşi olan olan 20.11.1953-ci il təvəllüdlü X3 13.08.2021-ci il tarixdə vəfat etməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən olunmalıdır. Ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 20.11.1953-ci ildə Füzuli rayonun, Pirəhmədli kəndində doğulmuş X3 13.08.2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar