Məhkəmə qərarları › İş №2(002)-3189/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-3189/2024

11.12.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-3189/2024 11.12.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi ilə, Cavabdeh2 iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(002)-1812/2021 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş müddətin bərpasına dair Cavabdeh2 ərizəsinə və apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı «pul və avtomobil» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ona-İddiaçı qızma ondan satın aldığı VAZ- 21154 markalı, 2011-ci il buraxılışlı, 99VP681 dövlət qeydiyyat nişanlı avtomobilə görə avtomobilin onda olduğu müddətdə hər ay üçün 435 manat qətnamə qəbul edilib qüvvəyə minənə kimi müddət üçün hesablanaraq, ödənilmiş 30 manat dövlət rüsumu ilə birlikdə Cavabdeh1 alınıb ona- İddiaçı ödənilməsi, VAZ-21154 markalı, 2011-ci il buraxılışlı, 99VP681 dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh1 alınaraq ona-X1ma təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 16 avqust 2021-ci il tarixinə kimi, yəni 15 aylıq ödəmədikləri 6525 manat pul məbləğində borcunun və mübahisə predmeti olan VAZ-21154 markalı, 2011-ci il buraxılışlı, 99VP681 dövlət qeydiyyat nişanlı avtomobilin qaytarılması (avtomobilin özü olmasa onun dəyəri 10440-870=9570 manat məbləğində pulun ödənilməsi) barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(002)-1812/2021 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq Cavabdeh2 6525(altı min beş yüz iyirmi beş) manat məbləğində pul və iddiaçıya məxsus AZ-21154 markalı, 2011-ci il buraxılışlı, 99VP681 dövlət qeydiyyat nişanlı avtomobil (o olmadıqda isə dəyəri-9570 manat pul) alınaraq İddiaçı verilməsi qət olunmuşdur. Cavabdeh2 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(002)-1812/2021 saylı qətnaməsindən apellyasiya şikayətini və eyni zamanda apellyasiya şikayəti üçün ötürülmüş müddətin bərpa edilməsinə dair vəsatəti məhkəməyə daxil olmuşdur Vəsatəti onunla əsaslandırmışdır ki, məhkəmənin vaxtı və yeri barədə ona rəsmi qaydada məlumat verilməmişdir, Belə ki, o, Bakı şəhəri Nizami rayonu, Ə.Kürçaylı küçəsi ev 20,mənzil 36-də qeydiyyatda olsa da faktiki olaraq Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Qurbanov küçəsi, dalan 12, mənzil 12-də yaşayır. Ona görə də məhkəmə iclaslarından onun xəbəri olmamış, məhkəmə bildirişlərini qeydiyyatda olduğu ünvanlara göndərilmişdir. Sonradan isə xx.xx.2022-ci il tarixdə həbs olunmuş və cəzasını çəkib qurtardıqdan sonra 08 avqust 2024-cü il tarıxdə onu icra şöbəsinə cağırdıqdan sonra qətnamədən xəbəri olmuşdur. Göründüyü kimi o, üzürlü səbəblə əlaqədar qətnamədən apellyasiya şikayəti vermə müddətini ötürmüşdür. Qəbul edilmiş qətnamənin qanunsuz və əsassız olduğunu düşünür. Ona görə də həmin işə apellyasiya məhkəməsi tərəfindən baxılıb qətnaməyə hüquqi qiymət verilməsi barədə qərar qəbul edilməsi üçün onun tərəfindən apellyasiya şikayətinin verilməsi üçün müddətin ötürülməsi üzrlü hesab olunmasını xahiş etmişdir. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Qaradağ rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(002)-1812/2021 saylı qətnaməsi ilə məndən 6525 manat məbləğində pulun və İddiaçı məxsus AZ-21154 markalı, 2011-ci il buraxılışlı, 99VP681 dövlət qeydiyyat nişanlı avtomobil (o olmadıqda isə dəyəri 9570 manat pul) alınaraq İddiaçı verilməsi qət edilmişdir. Həmin qətnamə tamamilə qanunsuz və əsassızdır. Belə ki, iddiaçı ilə mənim aramda avtomobilə dair xx.xx.2020-ci il tarixdə müqavilə bağlanmış və mən 24 ay müddətində hər ay 435 manat ödəmək şərti iə avtomobili alsa da cəmi bir ay idarə etdikdən sonra avtomobili iddiaçıya qaytarmışdır. Ona etibarnamə iki ay müddətinə verilmişdir və aramızdakı müqaviləyə əsasən növbəti ödənişi etdikdən sonra növbəti ay üçün etibarnamə verməli idi. Lakin ödənişi edə bilmədiyindən avtomobili İddiaçı bir aydan sonra geri qaytardı. Aramızda olan müqaviləni ləğv etdirməmişdirlər, ona görə ki, etibarnamə olmadığı təqdirdə müqavilənin də heç bir əhəmiyyəti yoxdur. Bundan sonra da iddiaçı avtomobili Cavabdeh1 vermiş və xx.xx.2020ci il tarixdə Cavabdeh1 etibarnamə vermişdir. Burdan göründüyü kimi onunla bağlanmış müqavilədən sonra Cavabdeh1 etibarnamə verilmişdir. Göründüyü kimi iki aydan sonra avtomobil onda deyil Cavabdeh1 olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 26-cımaddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarınımüdafiə etmək hüqüqü vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunveriçilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Məhkəmə öz qətnaməsində mülki məcəllənin 157.2-ci və 152.1-ci maddələrinə istinad etmişdir. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahiubliyindən öz əmlakını geri tələb edə bilər. Halbuki iş materialları ilə və iddiaçının öz ərəzəsi ilə sübut olunmuşdur ki, avtomobili o mülkiyyətçi özü Cavabdeh1 vermişdir və avtomobili də ondan tələb etməlidir. İddiaçı öz iddia ərizəsində də qeyd etmişdir ki,o özünə məxsus VAZ-21154 markalı 2011-ci il buraxılışlı 99VP681 dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2020-ci il tarixdə razılaşma əsasında Cavabdeh1 22 ay müddətinə hər ay 435 manat ödəmək şərti ilə 9570 manata satmışdır. İlkin olaraq ona 01 ay müddətinə avtomobili idarə etmək üçün etibarnamə vermişdir. Avtomobili Cavabdeh1 ondan qəbul etmiş və bundan sonra onun telefonuna zəng çatmamışdır. İddiaçı özü də təsdiq edir ki, avtomobili şəxsən özü Cavabdeh1 təhvil vermişdir. Sonrada isə heç bir əsas olmadan avtomobili ondan tələb edir. Məhkəmə isə buna əhəmiyyət vermədən həmin avtomobil görə pulu və avtomobilin özünü ondan tələb edir. Belə ki, MPM-nin 8.1-ci maddəsisndə göstərildiyi kimi ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilməmişdir. MPMnin 9-cu maddəsində ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi nəzərdə tutulsa da bu tələb yerinə yetirilməmişdir. Məhkəmənin vaxtı və yeri barədə mənə rəsmi qaydada məlumat verilməmişdir, ona görə də o, Bakı şəhəri Nizami rayonu, Ə.Kürçaylı küçəsi ev 20,mənzil 36-də qeydiyyatda olsa da faktiki olaraq Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Qurbanov küçəsi, dalan 12, mənzil 12-də yaşayır.. Ona görə də məhkhəmə iclaslarından onun xəbəri olammışdır. MPM-nin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazimi şərait yaradır. Lakin məhkəmə bu və irəli sürülmüş digər tələblərə əməl etməmişdir. MPM-nin 14.2-ci maddəsində göstərildiyi kimi tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli olduğu halda, məhkəmə bunları etməmişdir. Digər Cavabdeh1 məhkəmədə iştirak etmiş və məhkəməyə etiraz ərizəsini təqdim etmişdir. Lakin etirazında heç bir sübut təqdim etməmiş, əsassız olaraq həmin avtomobili məndən aldığını bildirmiş, onu avtomobilin mülkiyyətçisi kimi qələmə vermişdir. Halbuki avtomobilin mülkiyyətçisi İddiaçıdır və etibarnaməni də Rövşənə o vermişdir. Hər bir tərəf istinad etdiyi halları sübut etməli olduğu halda Cavabdeh1 bunu etməmiş (edə də bilməzdi), məhkəmə isə bunlara əhəmiyyət verməyərək qanunsuz və əsassız qətnamə qəbul etmişdir. MPM-nin sübutlara aid edilən 76,77.1,88-ci maddələrinin tələblərini pozmuşdur. İddiaçı öz iddia ərizəsində də qeyd etmişdir ki,o özünə məxsus VAZ-21154 markalı 2011-ci il buraxılışlı 99VP681 dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2020-ci il tarixdə razılaşma əsasında Cavabdeh1 22 ay müddətinə hər ay 435 manat ödəmək şərti ilə 9570 manata satmışdır. İlkin olaraq ona 01 ay müddətinə avtomobili idarə etmək üçün etibarnamə vermişdir. Avtomobili Cavabdeh1 ondan qəbul etmiş və bundan sonra onun telefonuna zəng çatmamışdır. İddiaçı özü də təsdiq edir ki, avtomobili şəxsən özü Cavabdeh1 təhvil vermişdir. Sonrada isə heç bir əsas olmadan avtomobili ondan tələb edir. Məhkəmə isə buna əhəmiyyət vermədən həmin avtomobil görə pulu və avtomobilin özünü ondan tələb edir. Cavabdeh2 məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək, bildirmişdir ki, ərizəni müdafiə edir, xəstə olduğundan onun baş verən hadisələrdən xəbəri olmamışdır. Ona görə də apelyasiya şikayəti vermişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, qətnamə qəbul olunmasına baxmayaraq icra olunmamış, hazırda da cavabdeh şikayət verərək icra işin daha da ləngitmək istəyir. Digər Cavabdeh1 əvvəlki məhkəmə iclasında bildirmişdir ki, onun məsuliyyəti olmayıb, artıq uzun müddət keçdikdən sonra qətnamənin yenidən mübahisələndirilməsinə ehtiyac yoxdur. İş materiallarında (səh 72-də) olan sifarişli xəbərnamədən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(002)-1812/2021 saylı qətnaməsi xx.xx.2021-ci il tarixdə Cavabdeh2-ünvan 1 ünvana göndərilmiş və xx.xx.2021-ci il tarixdə isə həmin məhkəmə aktı Cavabdeh2 tərəfindən şəxsən imzalanmaqla rəsmi şəkildə təhvil alınmışdır. Həmçinin mülki işin 41-ci səhifəsində olan sifarişli xəbərnamədən görünür ki, Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş göndərilmiş, Cavabdeh2 tərəfindən şəxsən imzalanmaqla rəsmi qaydada təhvil alınmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(002)- 1812/2021 saylı qərardad ilə mülki iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 4/1610 saylı ekspertiza rəyindən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1812/2021 saylı mülki işin 41-ci vərəqində olan xx.xx.2021-ci il tarixli 2-1812/2021 nömrəli və 72-ci səhifədə olan xx.xx.2021-ci il tarixli 2-1812/2021 nömrəli xəbərnamələrdə “şəxsən” qrafalarındakı imzalar- Cavabdeh2 tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. Məhkəmə ərizə və ona əlavə edilmiş sənədləri iş materialları ilə birlikdə araşdırıb,tərəflərin izahatlarını dinləyərək hesab edir ki, Cavabdeh2 buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1.). Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər (maddə 360). Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir (maddə 364). Apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır (maddə 363.1.1) Eyni Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosesual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 135.3-cı maddəsinə əsasən, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.5-ci maddəsinə əsasən müddətin bərpasından imtina barədə qərardad çıxarılır. Bununla yanaşı, məhkəmə buraxılmış prosessual müddətin bərpası ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini əks etdirən bir sıra aktların da qeyd olunmasını zəruri hesab edir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. “C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 iyun 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Hüquqi müəyyənlik prinsipi hüquqi tənzimləmənin sabitliyini nəzərdə tutur; hüquqi münasibətlərin iştirakçıları ağlabatan müddət çərçivəsində öz hərəkətlərinin nəticələrini əvvəlcədən görmək və öz rəsmi statuslarının, əldə olunmuş hüquq və vəzifələrinin dəyişilməz olduğuna əmin olmaq imkanına malik olmalıdırlar. Hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Burada əsas amil ondan ibarətdir ki, tərəflərdən heç biri həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədilə qüvvəyə minmiş yekun məhkəmə qərarının yenidən baxılmasını tələb edə bilməz. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və ya dəyişdirilməsi üçün əsaslar konstitusiya əhəmiyyətli məqsədlərə cavab verməli və mütənasiblik prinsipinə uyğun olaraq məhkəmə qərarının ədalətliliyini, stabilliyini və tarazlığını pozmamalıdır. Konstitusiya Məhkəməsinin adı çəkilən Qərarda hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illuziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. Göründüyü kimi, qanunvericilikdə prosessual hüquq və vəzifələrin müəyyən müddət çərçivəsində icra edilə bilməsinin imperativ norma kimi nəzərdə tutulması qəbul edilmiş məhkəmə aktlarının qeyri-müəyyən zaman kəsiyində mübahisələndirilə bilməsinin qarşısının alınmasına, bununla da ədalət mühakiməsinin həyata keçirilməsində hüquqi müəyyənlik prinsipinə əməl olunmasına, yekun məhkəmə aktlarının sabitliyinə, davamlılığına xələl gətirilməsinə, habelə həmin məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alınmasının yol verilməməsinə yönəlmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(002)-1812/2021 saylı qətnaməsi xx.xx.2021-ci il tarixdə sifarişli poçt göndərişi (məktubu) ilə Cavabdeh2 ünvanına göndərilmişdir. İş materiallarının 72-ci səhifəsində olan xx.xx.2021-ci il tarixli sifarişli xəbərnamədən görünür ki, qətnamə xx.xx.2021-ci il tarixdə “Mustafayev” qeydi və imzası ilə təhvil alınmışdır. Həmçinin, mülki iş üzrə təyin edilmiş ekspertiza rəyindən də görünür ki, mülki iş üzrə sifarişli xəbərnamələrdə olan imzalar Cavabdeh2 məxsusdur. Beləliklə, məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən cavabdehin müvafiq məhkəmə qətnaməsini rəsmi qaydada təhvil aldığı gündən 30 gün müddətində şikayət vermək hüququna malik olduğu halda, onun tərəfindən həmin prosessual müddət ötürülmüşdür. Bu halda, məhkəmə hesab edir ki, məhkəmə qətnaməsi cavabdehə rəsmi qaydada verilmiş olduğundan, cavabdehin prosessual müddətin ötürülməsi ilə bağlı istinad etdiyi hallar üzrlü hesab edilə bilməz. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin Cavabdeh2 tərəfindən buraxılmasına səbəb olan hal üzrlü hesab edilməməli və müddətin bərpa edilməsi barədə ərizə təmin edilməməlidir. Bundan başqa məhkəmə bir sıra məsələlərə aydınlıq gətirərək qeyd edir ki, icranın uzanması məsələsi isə icra məmurunun səhvi olmuşdur. Belə ki, Cavabdeh2 adlı başqa bir şəxs də olmuş, o isə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur.İcra məmuru da elə hesab etmişdir ki, hazırkı mülki iş üzrə cavabdeh olan Sərxan həmin azadlıqdan məhrumetmə cəzasına məhkum olan şəxsdir.Ona görə də icra tədbirlərini davam etdirməmişdir. Hazırkı iş üzrə cavabdeh olan Cavabdeh2 barəsində də hökm olmuş, lakin onun cəzası azadlığın məhdudlaşdırılması cəzası olmuşdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Cavabdeh2 tərəfindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(002)-1812/2021 saylı qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair verilmiş ərizə təmin edilməsin. Qərardaddan, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər Hakim: Qamət Əbilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar