Məhkəmə qərarları › İş №2(002)-3190/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3190/2023

06.12.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3190/2023 06.12.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Həsənzadə Zöhrə Ədalət qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı cavabdehlərin mənzildən çıxarılması və iddiaçının mənzilə köçürülməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı cavabdehlərin mənzildən çıxarılması və iddiaçının mənzilə köçürülməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 ailə üzvləri X13, X6 və əşyaları ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Hərbi şəhərcik, ev 2, 10 saylı mənzildən çıxarılması, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Hərbi şəhərcik, ev 2, 10 saylı mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, iddiaçının atası X29 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində yerləşən N saylı hərbi hissəsində zabit kimi xidmət etdiyinə görə 1995-ci ildə ünvan 1 ünvanında yerləşən 3 (üç) otaqlı mənzil xx.xx.1995-ci il tarixli, 12 saylı order əsasında ona verilmişdir, iddiaçı 4 (dörd) nəfərdən ibarət ailə üzvləri ilə birlikdə həmin orderdə göstərilməklə və həmin ünvanda qeydiyyata alınmaqla mənzildə yaşamağa başlamışlar. 22 mart 2010-cu il tarixdə həmin mənzildə həyat yoldaşı və 3 (üç) azyaşlı uşağı ilə yaşayan iddiaçının qardaşı X30, xx.xx.2010-cu il tarixdə isə iddiaçının anası rəhmətə getmişdir. 2011-ci ilin sentyabr ayında iddiaçının atası X2 (Əmirova) Sədaqət Bəxtiyar qızı ilə rəsmi nikaha girərək ikinci dəfə ailə həyatı qurmuş və Mürsəliyeva (Əmirova) Sədaqət Bəxtiyar qızı da Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Hərbi şəhərcik, ev 2, 10 saylı mənzilə qeydiyyata düşməklə onlarla birlikdə yaşamağa başlamışdır. xx.xx.2021-ci il tarixdə iddiaçının atası X29 vəfat etmiş və vəfat etməsinə baxmayaraq Mürsəliyeva (Əmirova) Sədaqət Bəxtiyar qızı iddiaçı ilə birlikdə yaşamağa davam etmişdir. xx.xx.2021-ci il tarixdə iddaçı əmək fəaliyyəti ilə əlaqədar olaraq Xaçmaz rayonunda olarkən, N saylı hərbi hissənin komandiri Ceyhun Bağırovun şəxsi təşəbbüsü ilə Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Hərbi şəhərcik, ev 2, 10 saylı mənzil qeyri-qanuni olaraq 4 nəfərdən ibarət ailə tərkibi olan Cavabdeh1 verilmişdir. İddiaçı Xaçmazdan qayıtdıqdan sonra həmin mənzilə gedərkən Cavabdeh1 onu həmin mənzilə buraxmamış, iddiaçı və mərhum qardaşının ailəsinə məxsus olan əşyaları həmin mənzildən çıxarmasını tələb etmişdir. Daha sonra bununla bağlı iddiaçı Sədaqətə müraciət etmiş və Sədaqət həmin mənzili cavabdehlərə N saylı hərbi hissənin komandiri Ceyhun Bağırovun verdiyini bildirmişdir. N saylı hərbi hissənin komandiri Ceyhun Bağırov isə həmin şəxsləri Sədaqət Mürsəliyeva (Əmirova) öz qohumu kimi təqdim etdiyini və tək qalmamaq üçün mənzili cavabdehlərə onun verdiyini bildirmişdir. İddiaçı dəfələrlə N saylı hərbi hissənin komandiri Ceyhun Bağırovla, Sədaqət Mürsəliyeva (Əmirova) ilə söhbətlər aparsa da, heç bir nəticə əldə etmək mümkün olmamış, onlar həmin qanunsuz əməllərini birbirinin üzərinə atmaqla özlərinin günahsız olduqlarını bildirmişlər. Mübahisəli mənzil Müdafiə Nazirliyinin balansındadır, həmin şəhərciyə icazəsiz daxil olmaq mümkün deyildir, hərbi hissənin komandirinin icazəsi olmadan mülki şəxs ora daxil ola bilməz. Ərizələr və sorğular əsasında iddiaçıya həmin mənzildə yaşamaq hüququnun olduğu barədə arayışlar verilmiş, lakin cavabdehlər onu mənzilə buraxmamışlar. Qeyd etmək istəyir ki, Ceyhun Bağırov, Sədaqət Mürsəliyevanın (Əmirovanın) və Cavabdeh1 qanunsuz hərəkətləri nəticəsində 5 (beş) nəfərdən ibarət olan iddiaçının ailə üzvləri və 4 (dörd) nəfərdən ibarət olan mərhum qardaşının ailə üzvləri küçədə qalmışdır. Bu səbəbdən hesab edir ki, iddiaçı cavabdehlərin həmin mənzildən çıxarılmasını və iddiaçının həmin mənzilə köçürülməsini tələb etməkdə haqlıdır. Bundan əlavə qeyd etməyi zəruri hesab edir ki, X7 mübahisəli mənzildə yaşamır, onun mənzildə tək qalması və cavabdehləri ora gətirməsi tamamilə yalandır, həmin şəxs Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Dəmiryolçular küçəsi, ev 4, mənzil 21-də yaşayır, qeyd olunan mənzil isə iddiaçının atası tərəfindən Sədaqət Mürsəliyevanın (Əmirovanın) adına alınmış, sonradan Sədaqət Mürsəliyeva (Əmirova) həmin mənzili öz bacısına bağışlamışdır. O, cavabdehləri əvvəl qohumu kimi, sonradan tanışı kimi təqdim etmiş, həqiqəti gizlədərək iddiaçının cavabdehlər tərəfindən qanuni yaşayış yerindən məhrum edilməsinə şərait yaratmışdır. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh1 izahat verərək bildirdi ki, iddia tələbinə etiraz edir. Belə ki, əvvəllər məcburi köçkün kimi həmin Hərbi şəhərcikdə ev 4, mənzil 6 ünvanında müvəqqəti məskunlaşmışdır. 2006-cı ildən qeyd olunan ünvandan çıxaraq kirayə yaşamağa başlamışdır. Sədaqət Mürsəliyeva (Əmirova) ilə heç bir qohumluğu yoxdur, sadəcə tanışlıq münasibətləri var. Belə ki, həmin Hərbi şəhərcikdə ev 2, 10 saylı mübahisəli mənzildə həyat yoldaşı Cavabdeh2, iki yetkinlik yaşına çatmayan uşaqları və Sədaqət xanımla 2022-ci ildən birlikdə yaşayır, onları Sədaqət xanım müvəqqəti olaraq qonaq kimi həmin mənzilə özü yerləşdirmişdir. Sədaqət xanım nə zaman tələb etsə, çıxmağa hazırdır. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Digər Cavabdeh2 məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 135, 185ci maddələrinin tələblərinə istinad edərək, mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclaslarında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185ci maddəsinə əsaslanaraq işə onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bununla yanaşı, xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edən X7 izahat verərək bildirmişdir ki, iddiaçı onun mərhum həyat yoldaşının ilk evliliyindən olan oğludur. Həyat yoldaşı hərbi həkim olmuşdur. O, X29 ilə 2011-ci ildə evlənmişdir. Mübahisə predmeti olan mənzildə həyat yoldaşı və özü yaşamış, iddiaçı və onun qardaşının ailəsi gəlib-getmişdir. Həmin vaxt münasibətləri normal olmuşdur. Həyat yoldaşı 2021-ci ildə vəfat etmişdir. Həyat yoldaşı vəfat etdikdən sonra iddiaçının ona qarşı olan münasibəti dəyişməyə başlamışdır. Ona dəfələrlə hədə-qorxu gəlmişdir. O, qadın olaraq evdə tək yaşamaqdan qorxmuş və həmin zamanlar evsiz qalmış, bir zamanlar qonşuluqda kirayədə yaşayan Cavabdeh1, Cavabdeh2 övladları ilə birlikdə öz yanında yaşamağa gətirmişdir. Cavabdehlərlə heç bir qohumluğu yoxdur. Onun cavabdehləri evə gətirməyinin tək səbəbi humanistliyidir. Başqa aralarında heç bir razılaşma olmamışdır. Cavabdehlər məcburi köçkün kimi evlə təmin olunduqdan sonra gedəcəklər. Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Dəmiryolçular küçəsi, ev 4, mənzil 21 bacısı Abbasova Cahana məxsusdur. Həyat yoldaşı hərbçi olduğu və ev növbəsində olduğu üçün onlar həyat yoldaşının sağlığında heç bir ev almamışlar. Cavabdeh1 Qarabağ bölgəsində işlədiyi üçün bəzən evdə olmur. Raqub işdən evə gələn zaman gənc ailə olduqları üçün o, bacısına məxsus olan 21 saylı mənzilə gedib orada qalır, həmin mənzildə başqa heç kim yaşamır. Bundan əlavə, qeyd edir ki, tədqiq olunan səs yazısı ona məxsusdur, əvvəl vəziyyət orada qeyd olunduğu kimi olmuş, lakin sonradan fikrini dəyişərək cavabdehləri evə gətirmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X17 ifadə verərək bildirdi ki, iddiaçı onun qaynıdır. Həyat yoldaşı vəfat etmişdir. O, həyat yoldaşı, övladları, qaynı və ailəsi, həmçinin qaynatası və qaynanası Sədaqət xanım eyni mənzildə yaşamışlar. O, 2003-cü ildən qaynatası rəhmətə gedən tarixə qədər mübahisə predmeti olan mənzildə yaşamışdır. Cavabdehlər qonşuları idi. Həyat yoldaşı rəhmətə gedəndən sonra bəzən anasıgilə gedib-gəlirdi, ondan maddi dəstək alırdı. Qaynatası rəhmətə gedən vaxt o, övladları ilə birlikdə koronavirusa yoluxmuş, övladları ilə birlikdə həmin vaxt anasıgildə qalmışdır. Sədaqət xanım ona səsli mesaj göndərərək evi komandirə təhvil verdiyini, evdən öz əşyalarını götürüb getdiyini, onun əşyalarını isə bir otağa yığdığını, otağın açarını qonşuya verdiyini, evin açarının isə komandirdə olduğunu bildirmişdir. Həmin səs yazısını qaynı Zaura göndərmiş, Zaur araşdıracağını demişdir. 2022-ci ilin mart ayında həmin 10 nömrəli mənzilə getmişdir. Ona qapını cavabdehlər açdılar və bildirdilər ki, təmir xərclərini ödəyərək Sədaqət xanımdan mənzili alıblar, komandirlə də danışıblar, mənzil artıq onlarındır, mənzildən çıxmayacaqlar. Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Dəmiryolçular küçəsi, ev 4, mənzil 21-i qaynatası sağlığında Sədaqət xanımın adına almışdır. Daha sonra, qaynatası hərbçi olduğuna və ev növbəsində olduğuna görə həmin mənzili Sədaqət xanımın bacısının adına keçirdilər. Qaynatası sağ olarkən özü həmin mənzili aldığını onlara demişdir. Mübahisə predmeti olan mənzil isə üçotaqlıdır. Otaqlardan birində o, yaşamışdır. Hal-hazırda bəzi əşyaları, o cümlədən yataq, mətbəx mebeli, soyuducusu həmin mənzildədir. Məhkəmə izahatları və şahidin ifadəsini dinləyib, iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Salyon rayon Mənzil-İstismar hissəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, 53 saylı məktubdan görünür ki, 28 iyun 1995-ci il tarixdə Salyan rayon Mənzil-İstismar hissəsi tərəfindən hərbi qulluqçu X18 adına ailə tərkibi 4 (dörd) nəfər olmaqla 12 nömrəli xidməti order verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Salyon rayon Mənzil- İstismar hissəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, 1928 saylı məktubdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, hərbi şəhərcik, ev 2, 10 saylı mənzildə vətəndaş X3 qeydiyyatdadır və həmin mənzil sonuncu tərəfindən N nömrəli hərbi hissəyə təhvil verilməmişdir. Həmin mənzildə vətəndaş X3 qohumu olaraq göstərdiyi Cavabdeh1 ailəsi ilə birgə yaşadığını bildirmişdir. Qeyd olunan mənzil Müdafiə Nazirliyinin balansında olduğu üçün Müdafiə Nazirinin 05 aprel 2014-cü il tarixli 2 nömrəli qərarının 1.13-cü bəndinə əsasən heç bir halda mülki vətəndaşa verilə bilməz. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Salyon rayon Mənzil- İstismar hissəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, 298 saylı məktubdan görünür ki, Salyon rayon Mənzil-İstismar hissəsi tərəfindən İddiaçı mərhum atası X18 adına verilmiş 28 iyun 1995-ci il tarixli 12 nömrəli xidməti orderə əsasən İddiaçı həmin mənzildə yaşamaq hüququ vardır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Salyon rayon Mənzil- İstismar hissəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 7028 saylı arayışdan görünür ki, X8 Bakı şəhəri, ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan 12 saylı xx.xx.1995-ci il tarixli orderin surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Hərbi şəhərcik, ev 2, 10 saylı mənzil X24 verilmişdir, ailə tərkibi onun özü, həyat yoldaşı Paşayeva A.K., oğlu İddiaçı, oğlu Əmirov S.N. olmaqla 4 (dörd) nəfərdən ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında çıxarılmış qərarın dəyişdirilmədən saxlanılması barədə qərarının surətindən görünür ki, vətəndaş İddiaçı xx.xx.2022-ci il tarixdə Respublika Hərbi Prokurorluğuna daxil olmuş şikayət ərizəsinin təmin edilməməsi, 59C-22 nömrəli araşdırma materialı üzrə Hərbi təsisatlarda qanun pozuntuları barədə məlumatların araşdırılması şöbəsinin prokuroru, ədliyyə kapitanı E.Novruzzadə tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərara əsasən, vətəndaş İddiaçı təqdim etdiyi 2 ədəd diskə baxış protokolundan görünür ki, Cavabdeh1 Nuranə Əmirova ilə danışıqları zamanı S.Mürsəliyevaya təmir pulu verdiyini və mənzilin sənədi hazır olduqdan sonra hərbi hissəyə pul verəcəyini bildirmişdir. Həmin qərara əsasən, Cavabdeh1, S.Mürsəliyeva (Əmirova) öz izahatlarında qohum olduqlarını qeyd etmişlər. İş materiallarında olan X3 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ərizənin surətindən görünür ki, X3 xx.xx.2021-ci il tarixində vəfat etmiş həyat yoldaşı X25 Azərbaycan ordusunda xidməti zamanı verilmiş Qaradağ rayonu, Səngəçal qəsəbəsi, hərbi şəhərcik, ev 2, 10 saylı mənzildə qeydiyyatdadır və yaşayır. Həyat yoldaşı X29 vəfat etdikdən sonra tək qalmaqdan qorxduğu üçün hazırda qeyd olunan mənzildə qohumu olan Cavabdeh1 ailəsi ilə birlikdə onunla yaşamasına icazə vermişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli iddia ərizəsinin surətindən görünür ki, iddiaçı N nömrəli Hərbi Hissənin komandiri polkovnik X1 Raqub İbrahim oğluna qarşı mənzil sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ailə üzvləri ilə birlikdə qanunsuz məskunlaşdıqları Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, hərbi şəhərcik zabit heyətinin evi 2, 10 saylı mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2966/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının surətindən görünür ki, iddiaçı X11 Cavabdeh1 qarşı mənzil sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-1105/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdeh İddiaçı qarşı yaşayış sahəsinin sosial kirayə müqaviləsinin cavabdehin köçdüyü gündən ləğv edilməsi barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan AZ-İ seriyalı No 383023 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 24 iyun 2010-cu il tarixdə Bakı şəhərində vəfat etmişdir. Bu barədə Qaradağ rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında 30 iyun 2010-cu il tarixində 284 nömrəsi ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan AZ-İ seriyalı No 383006 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X30 22 mart 2010-cu il tarixdə Bakı şəhərində vəfat etmişdir. Bu barədə Qaradağ rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında 23 iyun 2010-cu il tarixində 268 nömrəsi ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan AZ-İİ seriyalı No 226099 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X29 08 oktyabr 2021-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Bu barədə Qaradağ rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında 13 oktyabr 2021-ci il tarixində 681 nömrəsi ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsi Bakı şəhəri Qaradağ rayonu sektoru 2878 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 ünvan 4 ünvanında məskunlaşmışdır. Ailə tərkibi X14, X13 və X6 olmaqla 3 (üç) nəfərdən ibarətdir. Məhkəmə baxışı zamanı iş materiallarına diskdə əlavə edilmiş səsyazısının Azərbaycan Respublikası MPM-nin 200, 203-cü maddələrinə əsasən tədqiqi zamanı müəyyən edilmişdir ki, X7 həmin səs yazısında: “Nuranə, salam. Nuranə, evin açarı komandirdədi. Ancaq sizin otağın açarı məndədi. Mən evdən çıxanda sizin əşyaları yığdım sizin otağa. Mən özümə məxsus olan bütün əşyaları götürdüm, evdən tam şəkildə çıxdım. Evin çöl qapısına komandir başqa bir qıfıl vurdu. Məndə olan açarı mən verəcəm qapı qonşumuz Sevincə. Sən nə vaxt bu evə gəlib əşyalarını götürmək istəsən Sevincdən otağın açarını və komandirdən qıfılın açarını götürərsən. Sağol.” ifadələrini işlətmişdir. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən notarial hərəkətlər barədə çıxarışlardan görünür ki, X3 xx.xx.2021-ci il tarixdə mülkiyyətçi kimi Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Dəmiryolçular küçəsi, ev 4, 21 saylı mənzili X5 bağışlamışdır. Beləliklə, məhkəmə mülki iş üzrə təqdim edilmiş sübutlara, o cümlədən izahatlara, şahid ifadəsinə, səs yazısına, yazılı sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən edir ki, 12 saylı xx.xx.1995-ci il tarixli orderə, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Salyon rayon Mənzil-İstismar hissəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, 298 saylı məktuba və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-1105/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilən hallara əsasən, iddiaçı ünvan 1 ünvanında yaşamaq hüququna malikdir. Bu səbəbdən iddiaçının həmin mənzilə köçürülməsi və onun orada yaşamasına maneçilik törədən cavabdehlərin qeyd olunan mənzildən çıxarılması barədə iddia tələbləri əsaslı hesab olunmalıdır. Cavabdeh tərəfin Sədaqət Əmirovanın qonağı kimi 2022-ci ildən həmin mənzildə yaşaması ilə bağlı dəlilləri isə mülki iş üzrə sübutlarla, o cümlədən şahidin ifadəsi, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli qərarında qeyd olunan hallar, səs yazısı, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli iddia ərizəsinin surəti ilə təkzib olunur. Həmin dəlillərin əsaslı və həqiqətə uyğun olmadığı həmçinin Cavabdeh1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 Hərbi Prokurorluqda araşdırma zamanı özlərini qohum kimi, məhkəmə iclasında isə tanış kimi təqdim etmələri, S.Əmirovanın tək yaşamağa qorxduğu üçün cavabdehi mənzildə yaşamağa gətirdiyini dediyi halda, izahatında Cavabdeh1 işdən gələrkən hazırda bacısına məxsus Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Dəmiryolçular küçəsi, ev 4, 21 saylı mənzilə gedərək orada tək qaldığını bildirməsi ilə də təsdiq olunur. Göstərilən hallar, rəsmi qaydada başqa ünvanda məskunlaşan, yaşayış sahəsinin kirayəçisinin ailə üzvlərinə heç bir aidiyyəti olmayan cavabdehlərin mübahisəli mənzilə qeyri-qanuni sahiblik etdiyini birmənalı olaraq təsdiq edir. Beləliklə, yuxarıda qeyd olunan və məhkəmə iclasında müəyyən edilən hallara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən, hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Həmin Məcəllənin 99.6-cı maddəsinə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir. Həmin Məcəllənin 99.4-cü maddəsinə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz. Həmin Məcəllənin 99.5-ci maddəsinə əsasən, kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair bu Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Həmin Məcəllənin 68.1ci maddəsinə əsasən, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 68.3-cü maddəsinə əsasən, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər. Həmin Məcəllənin 79.2-ci maddəsinə əsasən, müvəqqəti sakinlərin yaşayış sahəsində yaşadıqları müddət ardıcıl olaraq altı aydan artıq ola bilməz. Həmin Məcəllənin 79.3-cü maddəsinə əsasən, müvəqqəti sakinlər müvafiq yaşayış sahəsindən müstəqil istifadə etmək hüququna malik deyil. Həmin Məcəllənin 79.4-cü maddəsinə əsasən, müvəqqəti sakinlər onlarla razılaşdırılmış müddət bitdikdən sonra, belə müddət razılaşdırılmadıqda isə kirayəçinin və ya onunla birlikdə yaşayan ailə üzvlərinin müvafiq tələbi irəli sürüldüyü gündən yeddi gün müddətində yaşayış sahəsini boşaltmağa borcludurlar. Həmin Məcəllənin 79.5-ci maddəsinə əsasən, yaşayış sahəsinin sosial kirayə müqaviləsinə xitam verildikdə, habelə müvəqqəti sakinlər onlarla razılaşdırılmış müddət bitdikdən sonra və ya bu Məcəllənin 79.4-cü maddəsində göstərilən tələb irəli sürüldükdən sonra yaşayış sahəsini boşaltmaqdan imtina etdikdə, onlar məhkəmə qaydasında başqa yaşayış sahəsi verilmədən yaşayış sahəsindən çıxarılmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə (xüsusilə Delkur Belçikaya qarşı işi üzrə xx.xx.1970-ci il tarixli, Piersack Belçikaya qarşı işi üzrə xx.xx.1982-ci il tarixli, X31rşı işi üzrə xx.xx.1984-cü il tarixli qərarlara) əsasən, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Beləliklə, mülki iş üzrə sübutlara və sadalanan hüquq normalarına əsasən məhkəmə müəyyən edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 yetkinlik yaşına çatmayan uşaqları X13, X6 və əşyaları ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Hərbi şəhərcik, ev 2, 10 saylı mənzildən çıxarılmalı, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Hərbi şəhərcik, ev 2, 10 saylı mənzilə köçürülməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 yetkinlik yaşına çatmayan uşaqları X13, X6 və əşyaları ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Hərbi şəhərcik, ev 2, 10 saylı mənzildən çıxarılsınlar, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Hərbi şəhərcik, ev 2, 10 saylı mənzilə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar