Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3233/2025 14.10.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə МÜƏYYƏNЕТDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 1921-ci ildə anadan olmuş atası X3 28 aprel 1982-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. . Məhkəmə baxışı zamanı Ərizəçi ərizəsinə uyğun izahat verərək bildirdi ki, X7 onun atası olmaqla 1921-ci ildə Bakı şəhərində anadan olmuş, 1971-ci ildə anasından boşanmış, Bakı şəhəri, Ələt qəsəbəsində yaşamışdır. Atası son illərində təzyiq xəstəsi olmuş, 28 aprel 1982-ci il tarixdə vəfat etmişdir, həmin vaxt təcili yardım həkimi gəlmiş və öldüyünü təsdiq etmişdir. Atasını el adəti ilə dəfn etmişlər və yas mərasimi keçirmişlər. Həmin vaxt başları dəfn mərasiminə qarışdığı üçün bu barədə lazımi orqana müraciət etməmişlər. Sonradan bu barədə poliklinikaya müraciət etsə də, atası uçotda olmadığından tibbi şəhadətnamə verilməmişdir. Hazırda atasının müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi bəzi hüquqi sənədləri əldə etmək, o cümlədən ölüm haqqında şəhadətnamə almaq üçün lazımdır. Qeyd olunanlara əsasən o, ərizə ilə məhkəməyə müraciət etmişdir və hazırda məhkəmədən ərizəsinin təmin edilməsini xahiş edir. Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq, işə onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X5 ifadə verərək bildirdi ki, ərizəçinin uzaq qohumudur. Özü də uzun müddətdir Ələtdə yaşayır. Mərhum içki aludəçisi olmaqla öz həyat yoldaşından ayrılmışdır. 28 aprel 1982-ci il tarixdə vəziyyəti ağırlaşmış və təcili yardım gələnə qədər vəfat etmişdir, həkim öldüyünü təsdiq etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X8 ifadə verərək bildirdi ki, ərizəçi onun baldızıdır. Mərhum qaynatası təzyiq xəstəsi olmuş, 28 aprel 1982-ci il tarixdə onun vəziyyəti ağırlaşmış və təcili yardım gələnə qədər vəfat etmişdir, həkim öldüyünü təsdiq etmişdir. Mərhum Ələt qəsəbəsində dəfn olunmuşdur. Məhkəmə iş materiallarını araşdırıb, izahatı və şahidlərin ifadələrini dinləyib, təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə ərizə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Ərizəçi, Adıgözəlov Aslan və Qarayeva Solmaz tərəfindən tərtib edilmiş aktdan görünür ki, X7 həqiqətən Ələt qəsəbəsində yaşamışdır və 1982-ci ilin 28 aprelində vəfat etmişdir, Ələt qəsəbə qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X15 “Bakı Baş Səhiyyə Mərkəzi” X15 32 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş 16 iyul 2025-ci il tarixli məktubdan görünür ki, 1921-ci ildə doğulmuş və xx.xx.1982-ci ildə vəfat etmiş X3 barəsində “Ölüm haqqında şəhadətnamə”nin alınması üçün 32 saylı Şəhər Poliklinikasına heç bir müraciət qeydə alınmadığına görə ölüm haqqında şəhadətnamə verilməmişdir. İş materiallarında olan İJ seriyalı, 120450 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi atası X4r. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 15 iyul 2025-ci il tarixli, 3-16-5/7- Q-70-449/2025 saylı arayışdan görünür ki, xx.xx.1982-ci ildə vəfat etmiş X3 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Arxiv məlumatları Bakı şəhəri Maraqlı şəxsndə 1979-1985-ci illərə dair ilkin, 1983-2003-cü illərə dair bərpa akt qeydləri üzrə yoxlanılmışdır. İş materiallarında olan AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1954-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan bosanma haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X9 arasında nikahın ləğv edilməsi 14 iyun 1971-ci il tarixində qeydiyyata alınmışdır. İş materiallarında olan şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə adi pasportun surətindən görünür ki, X7 41 nömrəli evin sahibi olmuşdur. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbə Bələdiyyəsi tərəfindən verilmiş 12/228 saylı, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, həqiqətən X2 qəsəbəsində yaşamış və 1982-ci ildə vəfat etmişdir. Mərhum Ələt qəsəbə qəbirstanlığında dəfn olunmuşdur. İş materialalrında olan Hacıyev Mirhüseyn, Hüseynova Aygün və Qarayeva Solmaz tərəfindən tərtib edilmiş aktdan görünür ki, X1 rayonu Ələt qəsəbəsində yaşamışdır. 1982ci il aprelin 28-də vəfat etmişdir. Ələt qəsəbə qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən, ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Həmin Məcəllənin 194.2-ci maddəsinə əsasən, ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. İş üzrə sübutlara hüquqi qiymət verərək məhkəmə müəyyən edir ki, təqdim olunmuş sübutlarla ərizəçinin atası 1921-ci ildə doğulmuş X3 28 aprel 1982-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarının 9-cu bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi atası X3 28 aprel 1982-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-3233/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3233/2025
14.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver