Məhkəmə qərarları › İş №2(002)-3244/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-3244/2022

30.11.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-3244/2022 30.11.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X1 oğlunun katibliyi, Cavabdehin vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak və pul tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı əmlak və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə yazılı ərizə təqdim edərək, iddia tələbini geri götürdüyünü və işə baxılmamasını məhkəmədən xahiş etdi. Cavabdehin vəkili və nümayəndəsi məhkəmə hazırlıq iclasında iştirak edərək, işə baxılmasını tələb etməmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, iddiaçının iddia ərizəsinin geri qaytarılması barədə ərizəsini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən Bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iddia ərizəsi geri qayatrılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 162.3-cü maddəsinə əsasən iddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 266-268ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı əmlak və pul tələbinə dair iddia ərizəsi, ona əlavə olunmuş sənədlər İddiaçı geri qaytarılsın. İş üzrə xx.xx.2022-ci il tarixdə ödənilmiş 180 manat məbləğində dövlət rüsumu (təyinatı: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi, ödəyicinin adı: İddiaçı, FİN-i xxxxxxx, ünvanı: ünvan 2bzinin nömrəsi: 972075137, Ödəniş Tarixi:xx.xx.2022, Büdcə təsnifat kodu: 142211, Büdcə təsnifatı səviyyə kodu:1, Xəzinə hesabı: AZ17CTRE********************:) Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən ödənişi edən şəxsə İddiaçı geri qaytarılsın. Qərardad dövlət rüsumunun geri qaytarılması üçün əsasdır. İş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə mindiyi gün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16(002)-32/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı qüvvədən düşmüş hesab edilsin. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron kabinet vasitəsilə) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar