Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3248/2024 18.12.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində qeyd etməklə, «şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, oğlu, xx.xx.2022-ci il tarixdə Bakı şəhərində doğulmuş X6 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X10 onun oğludur. X4 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Oğlunun 20 mart 2023-cü il tarixdə vəziyyəti ağırlaşdığına görə yaşadığı ünvana həkim çağırmışlar, həkim gəlib oğlunu müayinə edərkən oğlu artıq vəfat etmişdir. Onu el adəti ilə Şanqar qəsəbə qəbristanlığında dəfn etsələr də, həmin vaxt ölüm haqqında şəhadətnaməsi almamışlar. Belə ki, həmin vaxt başları dəfn mərasiminə qarışdığı üçün bu barədə lazımi orqana müraciət etməmişlər. Sonradan bu barədə poliklinikaya müraciət etsə də, oğlunun adına ölüm haqqında şəhadətnamə almaq üçün tibbi şəhadətnamə verilməmişdir. Hazırda X4nun müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi ona bəzi hüquqi sənədlərin, o cümlədən ölüm haqqında şəhadətnamənin alınması üçün lazımdır. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə məktub ünvanlayaraq ərizəyə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, nümayəndənin məhkəmə iclasına gələ bilməməsinin üzürlü səbəbi kimi iş həcminin çox olmasını göstərmişdir. Məhkəmə mülki işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, şahid X5 ifadəsində bildirdi ki, ərizəçi onun dayısı oğludur. Divar qonşusudurlar. 2023-cü ilin mart ayı idi, uşağın qarnı gedirdi, təcili yardım çağırmışlar, yolda uşaq vəfat etmişdir. Uşağı Şonqar qəbristanlığında dəfn etmişlər. Yas və dəfn mərasimlərində iştirak etmişdir. X1 ifadəsində bildirdi ki, ərizəçinin qonşusudur. Ərizəçinin uşağı keçən il vəfat etmişdir. Uşağın qarnı gedirdi. Dəfn və yas mərasimlərində iştirak etmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, ölüm faktının müəyyən edilməsi tələb edilən şəxs ərizəçinin oğludur. İş materiallarına əlavə olunmuş 29 sentyabr 2022-ci il tarixdə Maraqlı şəxs tərəfindən verilmiş AZ-İV seriyalı 761595 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X10 18 sentyabr 2022-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Ərizəçi, anası X2r. Qaradağ rayonu Qızıldaş bələdiyyəsinin 20 sentyabr 2024-cü il tarixli 252 saylı arayışından görünür ki, xx.xx.2022-ci il tarixdə doğulmuş X10 xx.xx.2023-cü il tarixdə vəfat etmiş Qızıldaş qəsəbəsi Şanqar massivində olan qəbristanlıqda dəfn olunmuşdur. Bakı şəhəri Qaradağ rayon Prokurorluğunun məhkəmənin xx.xx.2024-cü il tarixli müraciətinə xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə X6 ölməsi ilə bağlı Bakı şəhəri Qaradağ rayon Prokurorluğuna hər hansı məlumat daxil olmamış və həmin xüsusatla əlaqədar araşdırma aparılmamışdır. Bakı şəhəri Maraqlı şəxs 19 sentyabr 2024-cü il tarixli məktubundan görünür ki, Ərizəçi xx.xx.2023-cü il tarixdə vəfat edən X6 ölümünün qeydə alınması barədə ərizəsinə baxılmış, ona qanunvericiliyin tələbləri izah edilmiş, ölüm haqqında tibbi şəhadətnamə olmadığından X6 ölümünün qeydə alınmasının mümkün olmadığı bildirilmişdir. 41 nömrəli şəhər poliklinikasının 17 sentyabr 2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə doğulmuş, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X8 ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina olunmuşdur. Səbəb kimi qeyd edilmişdir ki, ölüm TTTYS-nin avtomobilində baş verməsi, ümumilikdə qeyri-iş günləri olduğu üçün ölüm haqqında poliklinika şöbəsinə heç bir məlumat daxil olmamışdır. «Respublika Təcili və X3 Mərkəzi» PHŞ-nın 28 avqust 2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 03:46-da Qaradağ rayonu Səngəçal qəsəbəsi ünvanından Aydın Ağayevin (6 ay) adına daxil olan çağırışı 15 saylı bölmənin təcili tibbi yardım üzrə həkimi Fuad Cahangirli icra edərək, ünvanda Ərizəçi məxsus meyitlə rastlaşmış və «həkimə qədər ölüm» diaqnozu qoyulmuşdur. Hadisə barədə 38 saylı polis bölməsinin əməkdaşı Novruzova məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, Ərizəçi oğlunun ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhərində doğulmuş X10 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölmüşdür. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2022-ci il tarixdə Bakı şəhərində doğulmuş X6 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-3248/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3248/2024
18.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver