Məhkəmə qərarları › İş №2(002)-3260/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3260/2025

02.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3260/2025 02.10.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə МÜƏYYƏNЕТDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1993-cü ildə anadan olmuş oğlu X4 04 aprel 1994-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. . Məhkəmə baxışı zamanı Ərizəçi ərizəsinə uyğun izahat verərək bildirdi ki, onun həyat yoldaşı X5 26 oktyabr 2024-cü il tarixdə vəfat etmişdir. Mərhum həyat yoldaşı ilə 1992-ci ildə faktiki ailə qurmuş, 1994-cü ildə rəsmi nikah bağlamışdır. Birgə nikahdan üç uşağları olmuş, oğlu Zaur 1994-cü ildə vəfat etmiş, sonradan iki qız övladı olmuşdur. Mirasın qəbul edilməsi üçün 2 saylı Bakı Asan Xidmət Mərkəzində yerləşən notariusa müraciət etmiş, orada ona xx.xx.1993-cü il təvəllüdlü X7 adında övladının olduğunu bildirmişlər. Halbuki, mərhum övladı Zaur 07 dekabr 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, doğulandan xəstə olmuş, təxminən 4 ay sonra, yəni 04 aprel 1994-cü ildə xəstəlik səbəbindən rəhmətə getmişdir. Uşağın öldüyünü çağırışa gələn təcili yardım həkimi də təsdiq etmişdir. Mərhumu qohum-əqrabanın iştirakı ilə dəfn etmişlər. Həmin vaxt ölüm haqqında tibbi şəhadətnamə alınmamışdır, o səbəbdən hazırda ölüm haqqında şəhadətnamə ala bilmirlər. Hazırda oğlunun müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi bəzi hüquqi sənədləri əldə etmək, o cümlədən həyat yoldaşının vəfatından sonra vərəsəliklə bağlı sənədləri almaq üçün lazımdır. Qeyd olunanlara əsasən o, ərizə ilə məhkəməyə müraciət etmişdir və hazırda məhkəmədən ərizəsinin təmin edilməsini xahiş edir. Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq, işə onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPMnin 185-ci maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X3 ifadə verərək bildirdi ki, o, ərizəçinin baldızıdır. Mərhum qardaşı ilə ərizəçi faktiki olaraq 1992-ci ildə ailə qurmuş, xx.xx.1993-cü il tarixdə onların X7 adında uşaqları doğulmuşdur. Mərhum qardaşı ilə ərizəçinin ümumilikdə 3 (üç) uşağı olmuşdur. Zaur doğulandan xəstə olmuş, dünyaya gəldikdən bir neçə ay sonra, yəni 04 aprel 1994-cü tarixdə vəfat etmişdir. Təcili tibbi yardım gəlmiş və həkim uşağın öldüyünü təsdiq etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X1 ifadə verərək bildirdi ki, o, ərizəçinin xalasıdır. Ərizəçi ilə mərhum həyat yoldaşinın birgə nikahlarından ümumilikdə 3 (üç) uşaqları olmuşdur. 1993-cü ildə anadan olan Zaur xəstə olmuş, dünyaya gəldikdən bir neçə ay sonra, yəni 04 aprel 1994-cü tarixdə vəfat etmişdir. Həmin vaxt onu da zəng edib çağırmışlar. O, gələndə uşağın artıq keçindiyini və təcili yardım həkiminin uşağın öldüyünü təsdiq etdiyini bilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, izahatı və şahidlərin ifadələrini dinləyib, təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə ərizə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1974-cü il tarixdə anadan olmuşdur. İş materiallarından olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, 1994-cü ildə vəfat etmiş X4 ölümü barəsində arxiv məlumatları yoxlanılmış və bu barədə Ərizəçi Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə arayış verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarından olan Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, Ərizəçi xx.xx.1993-cü ildə anadan olmuş oğlu X4 doğumu Sabunçu rayon Qeydiyyat şöbəsində xx.xx.1994-cü il tarixli 27 saylı doğum akt qeydi ilə qeydə alınmışdır. Valideynlər qrafasında atası X5, anası X2 qeyd edilmişdir. Həmin uşağın ölümü qeydə alınmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X11 “Bakı Baş Səhiyyə Mərkəzi” X11 3 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X4 (xx.xx.1993-xx.xx.1994) vəfatı zamanı Lökbatan ərazisinə başqa xəstəxana xidmət göstərdiyindən, ölüm haqqında tibbi şəhadətnamənin verilməsi müəssisənin səlahiyyətində deyildir. İş materiallarında olan Vİ-JQ seriyalı, 392078 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X2 xx.xx.1994-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsində 35 nömrəsi ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra arvada “Vəliyeva” soyadı verilmişdir. İş materiallarında olan AZ-İİ seriyalı, 484253 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən, ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Həmin Məcəllənin 194.2-ci maddəsinə əsasən, ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. İş üzrə sübutlara hüquqi qiymət verərək məhkəmə müəyyən edir ki, təqdim olunmuş sübutlarla ərizəçinin oğlu xx.xx.1993-cü ildə doğulmuş X4 04 aprel 1994-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarının 9-cu bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi övladı xx.xx.1993-cü ildə anadan olmuş X4 04 aprel 1994-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar