Məhkəmə qərarları › İş №2(002)-3271/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3271/2022

02.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3271/2022 02.12.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə МÜƏYYƏNЕТDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1969-cu ildə Füzuli şəhərində doğulmuş həyat yoldaşı X3 xx.xx.2007-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi izahatında bildirdi ki, məcburi köçkün kimi rəsmi qaydada Qaradağ rayonunda məskunlaşmışdır. O, X9 ilə xx.xx.1988-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Onunla 1993-cü ildən faktiki ayrılsa da, rəsmi qaydada nikahlarını ləğv etdirməmişdir. E.Quliyev içki düşkünü olmuş, onunla və uşaqları ilə əlaqə saxlamamışdır. Sonradan qohumlarından öyrənmişdir ki, X9 xx.xx.2007-ci il tarixdə vəfat etmiş və Qaradağ rayonu ümumşəhər (Qurd qapısı) qəbirstanlığının kimsəsizlər sektorunda dəfn olunmuşdur. Bu barədə Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Tresti tərəfindən xx.xx.2022-ci il tarixli, 50 nömrəli arayış verilmiş və həmin arayışda da həyat yoldaşı X3 Qaradağ rayonu ümumşəhər (Qurd qapısı) qəbirstanlığının kimsəsizlər sektorunda dəfn olunduğu bildirilmiş və qəbirüstü abidəsinin olduğu göstərilmişdir. Daha sonra o, Füzuli və Abşeron rayon Qeydiyyat şöbələrinə müraciətlər etmiş, ölüm haqqında tibbi şəhadətnamə olmaması səbəbindən ölümün dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Sonradan poliklinikaya müraciət etmiş, lakin ona ölüm haqqında şəhadətnaməni almaq üçün tibbi şəhadətnamə verilməmişdir. Hazırda ölüm haqqında şəhadətnamə bəzi hüquqi sənədləri əldə etmək üçün lazımdır. Qeyd olunanlara əsasən o, ərizə ilə məhkəməyə müraciət etmişdir və hazırda məhkəmədən ərizəsinin təmin edilməsini xahiş edir. Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq, işə onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsaslanaraq işə onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X4 ifadə verərək bildirdi ki, o, ərizəçinin bacısıdır. Ərizəçi mərhum X9 ilə 1988-ci ildə ailə qurmuş, 1993-dən faktiki olaraq ayrılmışdır. Mərhum o, vaxtdan ailəsi ilə əlaqə saxlamamışdır. Belə ki, mərhum içki düşkünü olmuşdur. Bacısı oğlunun verdiyi məlumata görə, xx.xx.2007-ci ildə vəfat etmiş, kimsəsizlər qəbirstanlığında dəfn olunmuşdur. Qəbir daşının üstündəki şəkil mərhuma məxsusdur. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X7 ifadə verərək bildirdi ki, o, ərizəçinin bacısı yoldaşıdır. Həmyerlisi olan mərhum içki düşkünü olmuşdur. xx.xx.2007-ci ildə vəziyyəti ağırlaşmaqla vəfat etmiş, Bakı şəhərində kimsəsizlər qəbirstanlığında dəfn olunmuşdur. Qəbir daşının üstündəki şəkil mərhuma məxsusdur. Məhkəmə iş materiallarını araşdırıb, izahatı və şahidlərin ifadələrini dinləyib, təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə ərizə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Abşeron rayon Mərkəzi Xəstəxanası” X10 xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X3 ölümünün baş vermə səbəbi məlum olmadığından “ölüm haqqında tibbi şəhadətnamənin” verilməsi mümkün olmamışdır. İş materiallarında olan İV-JQ seriyalı 440874 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1969-cu ildə Füzuli şəhərində doğulmuş X9 ilə X2 xx.xx.1988ci il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında Füzuli rayon VVAQ şöbəsində 229 saylı nömrəsi ilə qeydiyyat aparılmışdır, nikah bağlandıqdan sonra qadına Quliyeva soyadı verilmişdir. İş materiallarında olan AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1969-cu il tarixdə Füzuli rayonunda anadan olmuşdur, Füzuli rayonu, İnşaatçılar küçəsində yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Tresti tərəfindən verilmiş 50 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Ərizəçi həyat yoldaşı X1 rayonu Ümumşəhər (Qurd qapısı) qəbirstanlığının kimsəsizlər sektorunda xx.xx.2007-ci il tarixində dəfn olunmuşdur. Qəbirüstü abidəsi vardır. İş materiallarında olan Məcburi Köçkün vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Füzuli rayonunda anadan olmuşdur və Qaradağ rayonunda məskunlaşmışdır. İş materiallarında olan XİV-JQ seriyalı, 474709 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1991-ci il tarixdə anadan olmuşdur. Quliyeva Qaratelin atası X9, anası Ərizəçidır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. İş üzrə sübutlara hüquqi qiymət verərək məhkəmə müəyyən edir ki, təqdim olunmuş sübutlarla ərizəçinin həyat yoldaşı xx.xx.1969-cu ildə Füzuli şəhərində doğulmuş X3 xx.xx.2007-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarının 9-cu bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi həyat yoldaşı xx.xx.1969-cu ildə Füzuli şəhərində doğulmuş X3 xx.xx.2007-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar