Məhkəmə qərarları › İş №2(002)-3289/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3289/2025

18.08.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3289/2025 18.08.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, X14 iclas katibliyi ilə, Ərizəçi X1, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi X1 Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiqi” barədə ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа xüsusi icraat qaydasında bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi X7 Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiqi” barədə ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək Bakı 11 saylı Mediasiya təşkilatında onunla Maraqlı şəxs arasında xx.xx.2022-ci il tarixdə bağlanmış "Barışıq sazişi"nin aliment hissəsinin təsdiq edilməsi barədə qətnamə qəbul etməklə qəbul edilmiş qətnamənin məcburi icraya yönləndirilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə Bakı 11 saylı X2 Elnur Nağdəli oğlu ilə aralarında fikir ayrılığı və mübahisəni qarşılıqlı razılıqla həll etmək üçün mediator X11 iştirakı ilə barışıq sazişi imzalanmışdır. Barışıq sazişində mübahisənin qısa təsviri verilmişdir. Belə ki, Maraqlı şəxs xx.xx.2022-ci il tarixdən başlayaraq övladları xx.xx.2018-ci il təvəllüdlü X9, xx.xx.2020-ci il təvəllüdlü X12, xx.xx.2020-ci il təvəllüdlü X10, xx.xx.2021-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək hər ayın 12-nə qədər hər birinə 100 manat məbləğində aliment ödəməyi öhdəsinə götürmüşdür. Lakin Maraqlı şəxs qeyd edilən barışıq sazışınin tələblərini yerinə yetirməmiş, alimenti ödəməmişdir. Nəticədə "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanunun 34.1-ci maddəsi ilə müəyyən edilmiş müddət keçmişdir. Aliment ödənilməmişdir. Lakin Maraqlı şəxs qeyd edilən barışıq sazışınin tələblərini yerinə yetirməmiş, alimenti ödəməmişdir. Nəticədə "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanunun 34.1-ci maddəsi ilə müəyyən edilmiş müddət keçmişdir. Aliment ödənilməmişdir. Ərizəçi X7 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, öz izahatında bildirdi ki, barışıq sazişi ilə razılaşdırılmış məbləğin təsdiqlənməsini istəyir.Onların birgə nikahdan dörd uşaqları var. Qarşı tərəf barışıq sazişi ilə aralarında razılaşdırılmış məbləğdə alimenti vaxtında ödəməmişdir. Maraqlı şəxs məhkəmə iclasında izahatında qeyd etdi ki, barışıq sazişinin təsdiq edilməsinə etiraz etməmiş və alimenti ödəyəcəkdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi təsdiq edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarına əlavə edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 426/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Xankişiyeva (Dəmirova) Könül Sərvər qızı ilə Maraqlı şəxs arasında xx.xx.2022-ci il tarixdə 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsində 346 saylı akt ilə bağlanmış nikah qeydi pozulması və 24 dekabr 2018-cü il təvəllüdlü X9, xx.xx.2020-cı il təvəllüdlü X10, xx.xx.2020-cı il təvəllüdlü X12 və xx.xx.2021-ci il təvəllüdlü X15 iddiaçı Xankişiyeva (Dəmirova) Könül Sərvər qızının himayəsində və yanında saxlanılması qət edilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İ seriyalı 444929 saylı nikahın pozulması haqqında şəhadətnaməsindən görünür ki, X13 ilə Maraqlı şəxs arasındakı nikah xx.xx.2023-cü il tarixdə xitam verilərək, bu barədə nikah pozulması akt qeydləri kitabında 83 nömrə ilə qeyd edilmişdir. X7 və Maraqlı şəxs arasında mediasiya prosesində bağlanılmış Bakı 11 saylı Mediasiya Təşkilatının xx.xx.2022-ci il tarixli MŞB/11-01343 saylı Barışıq Sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışıq sazişi bağlamışlar. Birgə nikahdan olan uşaqların-24 dekabr 2018-cü il təvəllüdlü X3, xx.xx.2020-cı il təvəllüdlü X4, xx.xx.2020-cı il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X8 X1 himayəsində qalmasına X15 etiraz etmir. X22 Tərəfə xx.xx.2022-ci il tarixdən başlayaraq övladları xx.xx.2018-ci il doğum tarixli X9, xx.xx.2020-ci il doğum tarixli X12, xx.xx.2020-ci il doğum tarixli X10, xx.xx.2021-ci il doğum tarixli X8 yetkinlik yaşına çatanadək, hər ayın 12-nə qədər, hər birinə 100 (bir yüz) manat sabit pul məbləğində aliment ödəməyi öz öhdəsinə götürür. X23 Tərəfə övladları xx.xx.2018-ci il doğum tarixli X9, xx.xx.2020-ci il doğum tarixli X12, xx.xx.2020-ci il doğum tarixli X10, xx.xx.2021-ci il doğum tarixli X15 ilə həftə sonları günün saat 09:00-18:00-dək olan vaxtlarında heç bir maneə yaratmadan ünsiyyət qurmağına şərait yaradacaq. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, tərəflər öz aralarında aliment dair razılığa gələrək mediasiya prosesində barışıq sazişi bağlanmışdır. Daha sonra, barışıq sazişinin könüllü icra edilmədiyinə istinad edən ərizəçi X7 barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, tərəflərin arasında bağlanılmış barışıq sazişi ilə alimentlə bağlı məsələlər qarşılıqlı razılıq əsasında həll edilmişdir. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq, sazişin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Qeyd edilməlidir ki, sazişin şərtləri sazişi bağlayan tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün tərəflərdən birindən digərinin xeyrinə aliment tutulması ilə bağlıdır ki, bu şərtlər tamamilə qanuna uyğundur və üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur. Bu baxımdan məhkəmə uşağın mənafeyini əsas götürərək, mülki prosessual və mediasiya haqqında qanunvericiliyin müddəalarını nəzərə alaraq, barışıq sazişinin təsdiq edilməsi nəticəsinə gəlir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Eləcə də “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, ərizə təmin edilməli, X7 ilə Maraqlı şəxs arasında xx.xx.2022-ci il tarixdə bağlanmış Bakı 11 saylı X6 Sazişinin alimentə dair olan hissəsi təsdiq olunmalıdır. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23 – 355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X7 ilə Maraqlı şəxs arasında xx.xx.2022-ci il tarixdə bağlanmış Bakı 11 saylı X6 Sazişi aşağıdakı qaydada təsdiq edilsin: Maraqlı şəxs X1 xeyrinə xx.xx.2022-ci il tarixdən başlayaraq övladları- xx.xx.2018-ci il təvəllüdlü X3, xx.xx.2020-ci il təvəllüdlü X5, xx.xx.2020-ci il təvəllüdlü X4, xx.xx.2021-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək, hər ayın 12-nə qədər, hər birinə 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar