Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3291/2022 08.12.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, Salmanova Könül Xasay qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «hüquqi əhəmiyyətli ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində qeyd etməklə, «hüquqi əhəmiyyətli ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, atası, xx.xx.1907ci il tarixdə doğulmuş X4 xx.xx.1988-ci il tarixdə, anası, xx.xx.1927-ci il tarixdə doğulmuş X3 xx.xx.1987-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanda yaşayır. X1 xx.xx.1907-ci il, anası X5 xx.xx.1927-ci il təvəllüdlü olmuşlar. Valideynləri yuxarıda qeyd olunan ünvanda yaşamışlar. X1 xx.xx.1988-ci il tarixdə, anası X5 xx.xx.1987-ci il tarixdə öz əcəlləri ilə vəfat etmişlər. Həm atası, həm anası Hacıqabul rayonu Navahı kənd qəbristanlığında dəfn edilmişlər. Qonşuları və qohumları dəfn və yas mərasimlərində iştirak etmişlər. Atası ilə anası birgə nikahda olduqları dövrdə Ələt qəsəbəsi ev 39 «a» ünvanda 170 m2 sahəsi olan 6 otaqlı ev inşa edilmişdir. Həmin ev valideynləri vəfat edən gündən onun və ailəsinin istifadəsindədir. Valideynlərinin ölümünə dair tibbi sənədlər heç bir dövlət orqanına verilməmişdir. Bu səbəbdən də, ölüm haqqında şəhadətnamələr alınmamışdır. Müvafiq sənədlərin verilməsi ilə bağlı Maraqlı şəxsnə müraciət olunmuşdur. Lakin ölüm haqqında qeydiyyatla bağlı sənədlər aşkar olunmamışdır. Bu səbəbdən, ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda atasının və anasının müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi ona bəzi hüquqi sənədləri, o cümlədən valideynlərinin adına ölüm haqqında şəhadətnamə əldə etmək üçün lazımdır. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə məktub ünvanlayaraq ərizəyə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, nümayəndənin məhkəmə iclasına gələ bilməməsinin üzürlü səbəbi kimi iş həcminin çox olmasını göstərmişdir. Məhkəmə mülki işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, şahid X9 ifadəsində bildirdi ki, ərizəçigilin qonşusudur. Ərizəçinin valideynlərini, ailəsini tanıyırdı. Mərhumlar biri digərindən 1 il fərqlə vəfat etmişlər. Ərizəçinin atası və anası Ələtdə yaşamışlar. Ərizəçinin atası 1988-ci ildə, anası isə bundan bir il öncə, 1987-ci ildə vəfat etmişlər. Hər ikisi kənddə, Navahıda dəfn olunmuşlar. Hər iki yas və dəfn mərasimində iştirak etmişdir. X2 ifadəsində bildirdi ki, ərizəçi onun qonşusudur. Ərizəçinin anası 1987-ci ildə vəfat edib. 1988-ci ildə isə atası vəfat etdi. Hər ikisi öz əcəli ilə vəfat etmişlər. Ələtdə, yaşadıqları evdə vəfat ediblər. Dəfn və yas mərasimində bir qonşu kimi iştirak etmişdir. Mərhumları Hacıqabulda, kənddə dəfn ediblər. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, ölüm faktının müəyyən edilməsi tələb edilən şəxslər ərizəçinin anası və atasıdır. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, X6 xx.xx.1907-ci il tarixdə, X5 xx.xx.1927-ci il tarixdə doğulmuşdur. 22 oktyabr 2022-ci il tarixli 1301/69 saylı arayışdan görünür ki, X5 barədə Maraqlı şəxsndə ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Arxiv məlumatları Bakı şəhəri Maraqlı şəxs xx.xx.1984-xx.xx.1990-cı illərə dair ilkin, xx.xx.1990-xx.xx.2022-ci illərə dair bərpa akt qeydləri üzrə yoxlanılmışdır. 32 nömrəli şəhər poliklinikasının 25 sentyabr 2022-ci il tarixli 165 saylı məktubundan görünür ki, xx.xx.1907-ci il tarixdə doğulmuş və xx.xx.1988-ci il tarixdə Bakı şəhərində vəfat etmiş X6 və xx.xx.1927-ci il tarixdə doğulmuş və xx.xx.1987-ci il tarixdə vəfat etmiş X5 üçün TTY tərəfindən ölüm haqqında verilən «xəbərdarlıq vərəqəsi» 32 nömrəli poliklinikaya təqdim edilmədiyi üçün ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Qonşular tərəfindən 24 oktyabr 2022-ci il tarixdə tərtib edilmiş aktda qeyd olunmuşdur ki, ərizəçinin valideynləri yuxarıda qeyd olunan ünvanda yaşamışlar, ərizəçinin X1 xx.xx.1988-ci il tarixdə, anası X5 isə xx.xx.1987-ci il tarixdə Ələt qəsəbəsində vəfat etmişlər. Mərhumlar Hacıqabul rayonu Navahı kənd qəbristanlığında dəfn edilmişlər. Qonşular həmin dəfn mərasimlərində iştirak etmişlər. Qaradağ rayonu Ələt bələdiyyəsinin 07 oktyabr 2022-ci il tarixli arayışlarından görünür ki, ərizəçinin valideynləri Ələt qəsəbəsi M.F.Axundov küçəsi 39 ünvanda yaşamışlar. Ərizəçinin atası 1988-ci ildə, anası 1987-ci ildə vəfat etmişlər. Mərhumlar Hacıqabul rayonu Navahı kənd qəbristanlığında dəfn olunmuşlar. Maraqlı şəxs 18 oktyabr 2022-ci il tarixli 05/Q-1478/15 saylı məktubundan görünür ki, Ərizəçi 18 oktyabr 2022-ci il tarixli, atası Ərizəçi ölümünün qeydə alınmasına dair müraciətinə baxılmışdır. Ölüm faktını təsdiq edən sənəd (ölüm haqqında tibbi şəhadətnamə və ya ölüm faktını təsdiq edən məhkəmə qərarı) təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina olunmuş və məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, Ərizəçi valideynlərinin ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, xx.xx.1907-ci il tarixdə doğulmuş X6 xx.xx.1988-ci il tarixdə Ələt qəsəbəsində, xx.xx.1927-ci il tarixdə doğulmuş X5 xx.xx.1987-ci il tarixdə Ələt qəsəbəsində ölmüşlər. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1907-ci il tarixdə doğulmuş X4 xx.xx.1988-ci il tarixdə Bakı şəhərində, xx.xx.1927-ci il tarixdə doğulmuş X3 xx.xx.1987-ci il tarixdə Bakı şəhərində ölmələri barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-3291/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3291/2022
08.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver