Məhkəmə qərarları › İş №2(002)-3299/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3299/2022

06.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3299/2022 06.12.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə МÜƏYYƏNЕТDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1962-ci ildə Bakı şəhərində doğulmuş anası X3 18 oktyabr 2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi izahatında bildirdi ki, X7 onun anası olmaqla 10 noyabr 1962-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Anası onunla birlikdə yaşamış, son dövrlərdə baş ağrıları olmuş, lakin müalicə almamış, 18 oktyabr 2022-ci il tarixdə təcili yardım həkimi gələnə qədər vəfat etmişdir. Anasını 18 oktyabr 2022-ci il tarixdə el adət-ənənəsinə uyğun olaraq dəfn etmişlər. Onun başı dəfnlə əlaqədar işlərə qarışdığına görə ölüm haqqında şəhadətnaməni həmin vaxt almamışdır. Sonradan Maraqlı şəxsnə müraciət etmiş, lakin tibbi şəhadətnamə olmadığından ona ölüm haqqında şəhadətnamə verilməmişdir. Hazırda ölüm haqqında şəhadətnamə bəzi hüquqi sənədləri əldə etmək üçün lazımdır. Qeyd olunanlara əsasən o, ərizə ilə məhkəməyə müraciət etmişdir və hazırda məhkəmədən ərizəsinin təmin edilməsini xahiş edir. Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq, işə onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsaslanaraq işə onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X8 ifadə verərək bildirdi ki, o, mərhumun həm bacısı, həm də qonşusudur. xx.xx.2022-ci il tarixdə ərizəçinin övladı ona telefon vasitəsi ilə zəng edərək Hüseynova Ləzifənin vəziyyətinin ağır olduğunu bildirdi. Mərhum baş ağrısından əziyyət çəkirdi, lakin müalicə almırdı. Onlar təcili tibbi yardıma müraciət etsələr də, həkim biraz gecikdi. Həkim gələndə ürəyinə massaj etsə də, heç bir nəticə olmadı və Ləzifə xx.xx.2022-ci il tarixində vəfat etdi. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X11 ifadə verərək bildirdi ki, mərhum onun xalasıdır. 18 oktyabr 2022-ci il tarixdə vəziyyəti ağırlaşmış, o gələnə qədər xalası artıq vəfat etmişdir Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X4 ifadə verərək bildirdi ki, mərhum onun xalasıdır. X2 baş ağrısından əziyyət çəkirdi, müalicə almırdı. xx.xx.2022-ci il tarixdə digər xalası Kəmalə ona zəng vuraraq Ləzifənin vəziyyətinin ağırlaşdığını bildirdi və onun gəlməsini istədi. X7 həkim gələnə qədər vəfat etmişdi. Məhkəmə iş materiallarını araşdırıb, izahatı və şahidlərin ifadəsini dinləyib, təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə ərizə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X20 “X19” X20 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, 1962-ci il təvəllüdlü X1 Tibb Mərkəzində ölümə səbəb olan dispanser qeydiyyatda olmadığı üçün ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. İş materiallarında olan X9, X4 və X11 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, X7 xx.xx.2022-ci il tarixdə qəflətən vəfat etmişdir. İş materiallarında olan Qaradağ rayon İcra Hakimiyyəti Başçısının Lökbatan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 939 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Ərizəçi Lökbatan qəsəbəsi, H.Aslanov küçəsi, ev 36 ünvanda qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhəri Təcili və X6 Stansiyasının 15 saylı bölməsi tərəfindən verilmiş sorğuya (ərizəyə) cavabdan görünür ki, 18 oktyabr 2022-ci il tarixdə saat 21:12 radələrində X3 adına çağırış daxil olmuş, həkiməqədər ölüm, qadın cinsli meyit aşkar edilmişdir. İş materiallarında olan Lökbatan qəsəbə məscidi dini icması tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçi anası X2 18 oktyabr 2022-ci il tarixdə vəfat etmiş və Qaradağ rayonu Lökbatan qəsəbə qəbirstanlığında dəfn edilmşdir. İş materiallarında olan AZE seriyalı, 04884979 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1986-cı il tarixdə ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı, 13108786 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1962-ci il tarixdə ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. İş üzrə sübutlara hüquqi qiymət verərək məhkəmə müəyyən edir ki, təqdim olunmuş sübutlarla ərizəçinin anası xx.xx.1962-ci ildə Bakı şəhərində doğulmuş X3 18 oktyabr 2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarının 9-cu bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi anası xx.xx.1962-ci ildə Bakı şəhərində doğulmuş X3 18 oktyabr 2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar