Məhkəmə qərarları › İş №2(002)-332/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-332/2024

09.02.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-332/2024 09.02.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əşya tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı əşya tələbi barədə iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ona məxsus cehiz əşyalarının: yataq mebel dəsti-Yağmur mobilya dəsti-dəyəri 5000 manat, qonaq mebel dəsti-Yağmur mobilya-dəyəri 5000 manat, soyuducu Samsung 2 qapılı ağ rəng-dəyəri 1600 manat, televizor Samsung plazma-dəyəri 1000 manat, tozsoran-arnika bora göy rəng-dəyəri 450 manat, ütü-dəyəri 130 manat, duxovka-dəyəri 180 manat, ətçəkən-dəyəri 160 manat, kofe dəmləyən-dəyəri 70 manat, mətbəx stolu və 4 stul-dəyəri 140 manat, 12 nəfərlik servis dəsti 12 bakal qızılı rəng-dəyəri 500 manat, 2 ədəd qrafinka 12 ədəd bakal dəstidəyəri 120 manat, 2 ədəd konfet qabı xrustal-dəyəri 60 manat, 2 ədəd meyvə qabı xrustaldəyəri 150 manat, 2 ədəd mürəbbə qabı xrustal-dəyəri 70 manat, 2 ədəd qənd qabı xrustaldəyəri 60 manat, 1 ədəd qazan dəsti (tefal) 3-lü-dəyəri 220 manat, 1 ədəd tava dəsti (tefal) 4-lüdəyəri 340 manat, 12 nəfərlik stəkan nəlbəki dəsti xrustal-dəyəri 160 manat, gümüş padnos dəsti 3-lü-dəyəri 70 manat, 2 ədəd güldan-dəyəri 150 manat, 2 ədəd lüstr-dəyəri 600 manat, 2 ədəd pərdə, 2 ədəd tül və 2 günlük-dəyəri 1000 manat, 4 ədəd pastel dəsti-dəyəri 380 manat, 2 ədəd hamam dəsti-dəyəri 60 manat, 2 paçka əl-üz dəsmalı-dəyəri 300 manat, 1 paçka çay dəsmalı-dəyəri 100 manat, 1 paçka hamam dəsmalı-dəyəri 190 manat, 1 ədəd gəlinlik pakrıvalıdəyəri 350 manat, 1 ədəd süfrə-dəyəri 180 manat, habelə uşaqlar üçün 1 ədəd çarpayı və 1 ədəd tumboçkanın naturada, mümkün olmadıqda isə onların dəyərinin və 163 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 14 sentyabr 2015-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Cavabdehlə ailə qurarkən cavabdeh tərəfə məxsus evə gəlin gəlmiş, özünə məxsus bütün qızıl-zinət və cehiz əşyalarını da həmin evə yerləşdirmişdir. Hal-hazırda cavabdehlə ailə münasibətləri pozulmaqla ayrılmışlar və ona məxsus əşyalar həmin evdə qalmışdır. O, həmin əşyaları cavabdehdən tələb etsə də, cavabdeh əşyaları verməkdən imtina edir, bu səbəbdən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində iddiaçı qeyd etmişdir ki, iddia tələbində qeyd etdiyi qızıl-zinət əşyaları birgə nikah dövründə cavabdehin borclarına görə satıldığından qızıl-zinət əşyaları ilə bağlı tələbini iddia ərizəsindən çıxarır, hazırki iddia üzrə iddia ərizəsində qeyd etdiyi cehiz əşyalarını, habelə uşaqlar üçün 1 ədəd çarpayı və 1 ədəd tumboçkanı tələb edir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq mülki işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Nümayəndə izahat verərək bildirdi ki, cavabdeh iddia tələbinə qismən etiraz edir. Belə ki, cehiz əşyalarından: tozsoran-arnika bora göy rəng, ütü, 4 ədəd pastel dəsti, 2 ədəd hamam dəsti, 2 paçka əl-üz dəsmalı, 1 paçka çay dəsmalı, 1 paçka hamam dəsmalı, 1 ədəd süfrə istisna olmaqla, digər cehiz əşyalarının iddiaçıya qaytarılmasına cavabdeh etiraz etmir. Həmçinin cavabdeh uşaqlar üçün 1 ədəd çarpayı və 1 ədəd tumboçkanın qaytarılmasına razıdır. Tərəflər göstərilən qaydada əşyaların qaytarılması barədə qarşılıqlı razılığa gəlmişlər və xx.xx.2024-cü il tarixdə bu barədə məhkəməyə ərizə təqdim edilmişdir. Qeyd olunanlara əsasən, iddia tələbinin qismən təmin edilməsini xahiş edir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli, xx.xx.2023-cü il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsi, ev 50A, 47 saylı mənzildə qeydiyyatdadır. Həmin mənzildə ondan başqa Cavabdeh və digər şəxslər qeydiyyatdadırlar. İş materiallarında olan AZ-İİ seriyalı, 514409 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı xx.xx.2015-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar. Nikahları Ordubad rayon Bist kənd İcra nümayəndəliyi tərəfindən rəsmiləşdirilmişdir. İş materiallarında olan AZ-İV 567573 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-İİİ seriyalı, 844303 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1 xx.xx.2016-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur, Məhərrəmli Rozalinanın atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, iddiaçı tərəf cavabdeh tərəfin iddianın qismən qəbul edilməsi barədə ərizəsi ilə razı olduğunu öz imzası ilə təsdiq etmişdir. Beləliklə, məhkəmə mülki iş üzrə sübutlara, o cümlədən əşya tələbi üzrə tərəflərin qarşılıqlı razılığını əks etdirən xx.xx.2024-cü il tarixli ərizənin məzmununa əsasən müəyyən edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə, nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin edildiyindən, həmin tələb də ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, mülki iş üzrə sübutlara və sadalanan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh aşağıdakı cehiz əşyaları: yataq mebel dəsti-Yağmur mobilya dəsti-dəyəri 5000 manat, qonaq mebel dəsti-Yağmur mobilya-dəyəri 5000 manat, soyuducu Samsung 2 qapılı ağ rəng-dəyəri 1600 manat, televizor Samsung plazma-dəyəri 1000 manat, duxovka-dəyəri-180 manat, ətçəkən-dəyəri 160 manat, kofe dəmləyən (kofevarka)-dəyəri 70 manat, mətbəx stolu və 4 stul-dəyəri 140 manat, 12 nəfərlik servis dəsti 12 bakal qızılı rəng-dəyəri 500 manat, 2 ədəd qrafinka 12 ədəd bakal dəsti-dəyəri 120 manat, 2 ədəd konfet qabı xrustal-dəyəri 60 manat, 2 ədəd meyvə qabı xrustal-dəyəri 150 manat, 2 ədəd mürəbbə qabı xrustal-dəyəri 70 manat, 2 ədəd qənd qabı xrustal-dəyəri 60 manat, 1 ədəd qazan dəsti (tefal) 3-lü-dəyəri 220 manat, 1 ədəd tava dəsti (tefal) 4-lü-dəyəri 340 manat, 12 nəfərlik stəkan nəlbəki dəsti xrustal-dəyəri 160 manat, gümüş padnos dəsti 3-lü-dəyəri 70 manat, 2 ədəd güldan-dəyəri 150 manat, 2 ədəd lüstr-dəyəri 600 manat, 2 ədəd pərdə, 2 ədəd tül və 2 günlük-dəyəri 1000 manat, 1 ədəd gəlinlik pakrıvalı-dəyəri 350 manat, habelə uşaqlar üçün 1 ədəd çarpayı və 1 ədəd tumboçka naturada, mümkün olmadıqda isə onların dəyəri və 114,66 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar