Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3366/2025 24.09.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində qeyd etməklə, «şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, atası, 01 oktyabr 1952-ci il tarixdə Bakı şəhərində doğulmuş X1 26 iyul 2025-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 01 oktyabr 1952-ci il tarixdə Bakı şəhərində doğulmuş X3 onun atasıdır. 26 iyul 2025-ci il tarixdə atasının vəziyyəti ağırlaşmış, bu səbəbdən həkim çağırmışlar. Lakin atası həkim gələnə qədər artıq vəfat etmişdir. Atasını el adəti ilə Sanqaçal qəsəbəsində yerləşən «Sofihəmid» qəbristanlığında basdırmışlar. Atasını dəfn etsələr də, zəmin vaxt ölüm haqqında şəhadətnamə almamışlar. Çünki, həmin vaxt başları dəfn və yas mərasimlərinə qarışdığı üçün bu barədə lazımi orqana müraciət etməmişlər. Bu barədə sonradan poliklinikaya müraciət etsələr də, atasının adına ölüm haqqında şəhadətnamə almaq üçün zəruri olan tibbi şəhadətnamə verilməmişdir. Hazırda atasının ölüm faktının müəyyən edilməsi ona bəzi hüquqi sənədlərin, o cümlədən, ölüm haqqında şəhadətnamənin alınması üçün lazımdır. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, şahid X6 ifadəsində bildirdi ki, ərizəçi ilə qonşudur. Ərizəçinin atası vəfat edib. Mərhum Sanqaçal qəsəbəsində yerləşən Sofihəmid qəbristanlığında dəfn olunub. O, həm dəfn, həm də yas mərasimlərində iştirak etmişdir. X4 ifadəsində bildirdi ki, qonşudurlar. Ərizəçinin atası vəfat edib və el adəti ilə Sofihəmid qəbristanlığında dəfn olunub. O, qonşu kimi mərhumun dəfn və yas mərasimlərində iştirak etmişdir. X2 ifadəsində bildirdi ki, ərizəçigillə qonşudurlar. Ərizəçinin atası vəfat edib. Mərhum Sanqaçalda, Sofihəmid qəbristanlığında dəfn olunub. Dəfn və yas mərasimlərində iştirak etmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, ölüm faktının müəyyən edilməsi tələb edilən şəxs X3 ərizəçinin atasıdır, 26 iyul 2025-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Təcili və X5 Stansiyası tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 26 iyul 2025-ci il tarixdə ünvan 1 ünvana X1 adına çağırış daxil olmuş, təcili yardım briqadası saat 06:45-də həmin ünvana gəlmiş, adına çağırış daxil olmuş şəxsin vəfat etdiyini aşkar etmiş, «Həkimə qədər ölüm. Kişi cinsli meyit» barədə qeyd aparmışdır. Sanqaçal bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 03/36 saylı arayışından görünür ki, X3 xx.xx.2025-ci il tarixdə vəfat etmiş və Sanqaçal qəsəbəsi Sofihəmid qəbristanlığında dəfn edilmişdir. 3 nömrəli birləşmiş şəhər xəstəxanasının 04 avqust 2025-ci il tarixli 98 saylı məktubundan görünür ki, 01 oktyabr 1952-ci il tarixdə Bakı şəhərində doğulmuş və 26 iyul 2025-ci il tarixdə Bakı şəhərində vəfat etmiş X3 3 nömrəli BŞX-nin İİ şöbəsində qeydiyyatda olmadığı və xəstəliyi ilə əlaqədar müraciət etmədiyi üçün ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. Bakı şəhəri Maraqlı şəxs 02 avqust 2025-ci il tarixli məktubundan görünür ki, Ərizəçi xx.xx.2025-ci il tarixdə vəfat edən X1 ölümünün qeydə alınması barədə ərizəsinə baxılmış, ona qanunvericiliyin tələbləri izah edilmiş, ölüm haqqında tibbi şəhadətnamə olmadığından X1 ölümünün qeydə alınmasının mümkün olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, Ərizəçi atasının ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, 01 oktyabr 1952-ci il tarixdə Bakı şəhərində doğulmuş X3 26 iyul 2025-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 01 oktyabr 1952-ci il tarixdə Bakı şəhərində doğulmuş X1 26 iyul 2025-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-3366/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3366/2025
24.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver