Məhkəmə qərarları › İş №2(002)-3378/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3378/2022

14.11.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3378/2022 14.11.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X2 iclas katibliyi ilə, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiqi”nə dair ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair işlər üzrə icraat qaydasında bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiqi”nə dair ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərərək məhkəmədən, Bakı 11 saylı Mediasiya təşkilatında onunla Maraqlı şəxs arasında 24 oktyabr 2022-ci il tarixdə bağlanmış “Barışıq sazişi”nin aliment hissəsinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki,24 oktyabr 2022-ci il tarixdə Bakı 11 saylı X1 Elnur Sərvər oğlu ilə aralarında fikir ayrılığı və mübahisəni qarşılıqlı razılıqla həll etmək üçün mediator X5 iştirakı ilə barışıq sazişi imzalanmışdır.Barışıq sazişində mübahisənin qısa təsviri verilmişdir.Maraqlı şəxs ilə arasında bağlanmış xx.xx.2005-ci il tarixli nikah qeydinin pozulması,birgə nikahdan doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X4 onun himayəsində qalması,xx.xx.2022-ci il tarixdən başlayaraq hər ayın 24-ə qədər hər uşağın saxlanması üçün 300 manat,iki uşağa görə ümumilikdə 600 manat sabit pul məbləğində alimentin ona ödənilməsinə,uşaqların həftənin son günləri saat 09:00-dan 18:00-dək olan vaxtlarda heç bir maneə yaratmadan cavabdehlə ünsiyyət qurmaqlarına şərait yaratmağına dair razılığa gəlmişlər və bu barədə barışıq sazişi bağlamışlar.Lakin Maraqlı şəxs qeyd edilən barışıq sazişinin tələblərini yerinə yetirməmiş,alimenti ödəməyəcəyini bildirmişdir.Nəticədə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 34.1-ci maddəsi ilə müəyyən edilmiş müddət keçmişdir.Aliment ödənilməmişdir. Ərizəçinin məhkəmə iclasında iştirak edərək,öz izahatında iddia tələbini müdafiə edərək, öz izahatında cavabdehin alimenti ödəmədiyini, oktyabrın 24-ü təsdiq edilsə də, həmin müddətdən keçsə də, indiyə kimi heç bir ödəniş olunmadığını, bu halın isə onun və uşaqların hüquqlarının pozulmasına səbəb olduğunu hesab etdiyini bildirərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasında iştirak edərək, izahat verərək,öz izahatında alimenti indiyə kimi ödəmədiyini, hesab açılsın elə ödəyə biləcəyini, hər uşaq üçün 300 manat olmaqla,iki uşağa 600 manat aliment ödəməyə razı olduğunu,iddia tələbini qəbul etdiyini bildirərək, iddianın təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi alimentin təyin edilməsi hissəsində təsdiq edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2022-ci il tarixli Barışıq Sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışıq sazişi bağlamışlar: İkinci tərəf Birinci tərəfə xx.xx.2022-ci il tarixdən başlayaraq övladları xx.xx.2006-cı il doğum tarixli X6 və xx.xx.2011-ci il doğum tarixli X4 yetkinlik yaşına çatanadək,hər ayın 24-ə qədər,hər birinə 300 manat olmaqla,sabit məbləğdə aliment ödəməyi öz öhdəsinə götürmüşdür. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, Ərizəçi və Maraqlı şəxs birgə nikahından iki uşaq – xx.xx.2006-cı il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X7 hazırda yetkinlik yaşına çatmamışdır. xx.xx.2022-ci il tarixdə Ərizəçi və Maraqlı şəxs arasında keçirilmiş mediasiya prosesində nəticəsində onlar arasında barışıq sazişi imzalanmış, sazişin şərtlərinə görə Maraqlı şəxs xx.xx.2006-cı il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X7 üçün yetkinlik yaşına çatana qədər hər ay 300 manat,cəmi 600 manat sabit pul məbləğində aliment ödəyəcəyini; Daha sonra, barışıq sazişinin könüllü icra edilmədiyinə istinad edən Ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, tərəflərin arasında bağlanılmış barışıq sazişi ilə alimentlə bağlı məsələlər qarşılıqlı razılıq əsasında həll edilmişdir. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq, sazişin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Qeyd edilməlidir ki, sazişin şərtləri sazişi bağlayan tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün tərəflərdən birindən digərinin xeyrinə aliment tutulması ilə bağlıdır ki, bu şərtlər tamamilə qanuna uyğundur və üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur.Bu baxımdan məhkəmə uşağın mənafeyini əsas götürərək,mülki prosessual və mediasiya haqqında qanunvericiliyin müddəalarını nəzərə alaraq, barışıq sazişinin alimentin tutulması hissəsində təsdiq edilməsi nəticəsinə gəlir. Alimentin hansı tarixdən tutulacağı ilə bağlı sazişdə heç bir qeyd edilməsə də barışıq sazişinin, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıdığı (“Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununu, md. 34.1) nəzərə alınmaqla, alimentin tutulması vaxtı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Eləcə də “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, ərizə təmin edilməli, Bakı 11 saylı Mediasiya təşkilatında xx.xx.2022-ci il tarixdə bağlanmış “Barşıq sazişi” alimentin təyin edilməsi və tutulması hissəsində təsdiq edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23 – 355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında Bakı 11 saylı Mediasiya Təşkilatında keçirilən mediasiya prosesinin nəticəsində bağlanmış xx.xx.2022-ci il tarixli “Barışıq Sazişi” alimentin təyin edilməsi və tutulması hissəsində aşağıdakı şərtlərlə təsdiq edilsin: “Maraqlı şəxs xx.xx.2006-cı il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 300 manat olmaqla,cəmi 600 manat sabit pul məbləğində alimenti Ərizəçi ödəməyi öhdəsinə götürür”. Alimentin tutulma vaxtı xx.xx.2022-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar