Məhkəmə qərarları › İş №2(002)-3380/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3380/2022

09.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3380/2022 09.12.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, tərcüməçi X6, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə МÜƏYYƏNЕТDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1978-ci ildə Bakı şəhərində doğulmuş oğlu X7 28 oktyabr 2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi izahatında bildirdi ki, X5 oğludur. Oğlu X9 xx.xx.1978-ci ildə Bakı şəhərində doğulmuşdur. X2rğasında problemlər var idi, 28 oktyabr 2022-ci il tarixdə evdə onun vəziyyəti ağırlaşdığına görə yaşadığı ünvana həkim çağırmışlar, həkim gəlib oğlunu müayinə edərkən oğlu artıq ürək çatışmazlığından vəfat etmişdir. Onu el adəti ilə Sahil qəsəbə qəbirstanlığında dəfn etmişlər və yas mərasimini keçirmişlər. Sonradan poliklinikaya müraciət etmiş, lakin ona ölüm haqqında şəhadətnaməni almaq üçün tibbi şəhadətnamə verilməmişdir. Hazırda ölüm haqqında şəhadətnamə bəzi hüquqi sənədləri əldə etmək üçün lazımdır. Qeyd olunanlara əsasən o, ərizə ilə məhkəməyə müraciət etmişdir və hazırda məhkəmədən ərizəsinin təmin edilməsini xahiş edir. Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq, işə onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X3 ifadə verərək bildirdi ki, o, mərhumun keçmiş həyat yoldaşıdır. Bir müddət əvvəl boşanmışlar, lakin uşağa görə əlaqə saxlayırdılar. Sonuncu dəfə onunla oktyabrın 17-də əlaqə saxlamışdır. Belinin ağrıdığını bildirmişdir. 28 oktyabr 2022-ci ildə öz yaşadığı evdə qəflətən halı pisləşmiş, həkim qələnə qədər vəfat etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X8 ifadə verərək bildirdi ki, mərhum onun keçmiş kürəkənidir. Mərhum X7 ciddi xəstəliyi yox idi. xx.xx.2022-ci il tarixdə öz yaşadığı evdə qəflətən halı pisləşmiş, həkim qələnə qədər vəfat etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, izahatı və şahidlərin ifadəsini dinləyib, təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə ərizə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında 23 saylı Birləşmiş Şəhər Xəstəxanasının arayışından görünür ki, xx.xx.1978-ci il tarixdə doğulmuş və 28 oktyabr 2022-ci il tarixdə vəfat etmiş X9 ASM-də qeydiyyatda olmamışdır, bu səbəbdən ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün olmamışdır. İş materiallarında olan Qaradağ rayonu Sahil Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Alekseyeva X1 Vadim Anatolyeviç vəfat edənə qədər, yəni xx.xx.2022-ci il tarixə qədər Lökbatan qəsəbəsi, 2-ci Bünyadzadə küçəsi, ev 6, mənzil 1 ünvanında yaşamışdır. Mərhum X9 xx.xx.2022-ci il tarixində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan AZE seriyalı, ********* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1957-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı, 17740309 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.1978-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhəri Təcili və X10 Stansiyası 15 saylı bölməsi tərəfindən verilmiş sahə həkimi üçün xəbərdarlıq vərəqəsindən görünür ki, 08 sentyabr 2022-ci il tarixdə saat 16:12 radələrində X7 adına çağırış daxil olmuş, həkim tərəfindən müayinə olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Təcili və X10 Stansiyasının 15 saylı bölməsi tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 28 oktyabr 2022-ci il tarixdə saat 12:58 radələrində X7 adına çağırış daxil olmuş, həkiməqədər ölüm, kişi cinsli meyit aşkar edilmişdir. İş materiallarında olan Vİ-JQ seriyalı, 314320 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1978-ci il tarixdə anadan olmuşdur. Alekseyev Vadimin anası Ərizəçidır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. İş üzrə sübutlara hüquqi qiymət verərək məhkəmə müəyyən edir ki, təqdim olunmuş sübutlarla ərizəçinin oğlu xx.xx.1978-ci ildə Bakı şəhərində doğulmuş X7 28 oktyabr 2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarının 9-cu bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi oğlu xx.xx.1978-ci ildə Bakı şəhərində doğulmuş X7 28 oktyabr 2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar