Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-345/2023 13.02.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ölüm faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1971-ci ildə Yardımlı rayonunda doğulmuş X3 17 noyabr 2022-ci il tarixdə Bakı şəhərində müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, X8 ilə 26 noyabr 1996-cı il tarixdə ailə qurmuşdur, birlikdə yuxarıda qeyd olunan ünvanda yaşamışdır. X3 17 noyabr 2022-ci il tarixdə vəziyyəti ağırlaşmış və yaşadığı ünvan 1 ünvanına həkim çağırmışlar, həkim gələnə kimi X8 vəfat etmişdir. Onu el adəti ilə Lökbatan qəbristanlığında dəfn etsələr də, həmin vaxtı ölüm haqqında şəhadətnamə almamışlar. Belə ki, həmin vaxt başları dəfn mərasiminə qarışdığı üçün bu barədə lazımi orqana müraciət etməmişlər. Sonradan bu barədə poliklinikaya müraciət etsələr də, atasına ölüm şəhadətnaməsi almaq üçün tibbi şəhadətnamə verilməmişdir. X1 müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi bəzi hüquqi sənədlərin, o cümlədən ölüm haqqında şəhadətnamə əldə etmək üçün lazımdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş üzrə Maraqlı şəxs məhkəməyə məktub ünvanlayaraq işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadə verərək bildirdi ki, mərhum X8 tikinti materialları dükanında onunla birgə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Mərhum 17 noyabr 2022-ci il tarixdə xərçəng xəstəliyindən vəfat etmişdir. O mərhumun yas və dəfn mərasində iştirak etmişdir. Mərhum Lökbatan qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadə verərək bildirdi ki, mərhum X8 tikinti materialları dükanında taksi fəaliyyəti ilə məşğul olmuş, 17 noyabr 2022-ci il tarixdə xərçəng xəstəliyindən vəfat etmişdir. O, mərhumun yas və dəfn mərasində iştirak etmiş, mərhum Lökbatan qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan Təcili və X7 Stansiyasının xx.xx.2022-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, Lökbatan qəsəbəsi, massiv 7, ev 7A ünvanında xx.xx.2022-ci il tarixində X4 məxsus meyid aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli, 05/Q-1743/15 nömrəli məktubdan görünür ki, ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarında olan “İcbari Tibbi Sığorta üzrə X13 Ərazi Bölmələrini İdarəetmə Birliyi” 23 nömrəli birləşmiş şəhər xəstəxanasının xx.xx.2022-ci il tarixli, 148 saylı məktubundan görünür ki, X8 ASM-də qeydiyyatda olmayıb və xəstəliyi ilə əlaqədar müraciət etmədiyi üçün ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. İş materiallarında olan Lökbatan bələdiyyəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X2 qəbristanlığında xx.xx.2022-ci il tarixdə dəfn olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə belə qeydalınma üçün əsasdır. Yuxarıda sadalanan sübutlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, X8 həqiqətən də xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Onun ölməsi faktı iş materialları və şahid ifadələri ilə təsdiq olunur. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358- 360 və 362-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1971-ci il təvəllüdlü X3 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. X3 adına ölüm haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-345/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-345/2023
13.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver