Məhkəmə qərarları › İş №2(002)-3490/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3490/2021

22.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3490/2021 22.11.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli olan şəxsin ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli olan şəxsin ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, atası 15.09.1961-ci il təvəllüdlü X1 08.10.2021-ci il tarixdə gecə saatlarında yaşadığı ünvan 1 ünvanında halı pisləşmiş, dərhal 103 xidmətinə zəng edərək X11 çağırmışdır. X11 xidməti gəldiyi zamanı atasının infakt keçirərək vəfat etdiyini bildirmişlər. Bu barədə polis orqanına məlumat verilmiş və 08.10.2021-ci il tarixli, 0485 nömrəli “ölüm haqqında xəbərdarlıq vərəqəsi” tərtib edilmişdir. Onlar üç gün ərzində sahə poliknikasına müracət etsələr də, həmin tibb müəssisəsindən ölüm haqqında arayış verə bilməyəcəklərini, onlara məhkəməyə müraciət etməli olduqlarını bildirmişlər. Bundan başqa, ərizə ilə Maraqlı şəxsnə müraciət etsələr də həmin orqan tərəfindən onlara 14.10.2021-ci il tarixli, 05/0-1506/15 saylı məktubla imtina cavabı verilmişdir. Göstərilənləri nəzərə alaraq, atası X1 08.10.2021-ci il tarixində ölməsi faktını müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə etdi. O, ərizənin məzmununa uyğun izahat verərək, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadəsində göstərdi ki, mərhum X2 onun qonşusu olmuşdur, 08.10.2021-ci il tarixdə vəfat etmiş, nəşi Şamaxı şəhəri, Yeddi Gümbəz qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadəsində göstərdi ki, mərhum X2 onun qonşusu olmuşdur, 08.10.2021-ci il tarixdə vəfat etmiş, nəşi Şamaxı şəhəri, Yeddi Gümbəz qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmişdir, lakin məhkəməyə ərizə göndərərək mülki işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə aşağıdakılara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan BŞT və TTYS-nin 20-cı bölməsinin Təcili və X4 X6 haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 08.10.2021-ci il tarixdə X1 adına çağırış olmuş, xəstə üzərində aparılmış müayinə zamanı həkimə qədərki kişi cinsli meyid aşkar edilmişdir. İş materiallarında olan Şamaxı və Qobustan rayonları üzrə Qaziyi tərəfindən verilmiş 14.10.2021-ci il tarixli arayışından görünür ki, mərhum X3 09.10.2021-ci il tarixdə Şamaxı şəhəri, Yeddi kümbəz qəbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan Maraqlı şəxs 14 oktyabr 2021-ci il tarixli, 05/Q-1506/15 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X1 08.10.2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi iş materialları və şahid ifadələri ilə tam sübuta yetirildiyindən və ölüm faktnının müəyyən edilməsi ərizəçiyə ölüm haqqında şəhadətnamə alınması üçün lazım olduğundan həmin hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 15.09.1961-ci il tarixdə Bakı şəhərində doğulmuş X1 08.10.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Hazırkı məhkəmə qətnaməsi ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: KAMRAN ƏSƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar