Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-350/2025 28.01.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində qeyd etməklə, «şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, atası, xx.xx.1961-ci il tarixdə Füzuli rayonunda doğulmuş X3 xx.xx.2024cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X7 atasıdır. X10 xx.xx.1961-ci il tarixdə Füzuli rayonunda doğulmuşdur. Onlar ünvan 1 ünvanda məskunlaşmışlar. 20 noyabr 2024-cü il tarixdə atasının vəziyyəti ağırlaşmış və həkim çağırmışlar. Lakin həkim gələnə kimi atası artıq ölmüşdür. Atasının nəşini el adəti ilə Lökbatan qəbristanlığında dəfn etmişlər. Həmin vaxt başları dəfn və yas mərasimlərinə qarışdığı üçün müvafiq orqana müraciət etməmiş, atasının adına ölüm haqqında şəhadətnamə almamışlar. Sonradan bu barədə poliklinikaya müraciət etsə də, atasının adına ölüm haqqında şəhadətnamə almaq üçün tibbi şəhadətnamə verilməmişdir. Hazırda X2nun ölüm faktının müəyyən edilməsi ona bəzi hüquqi sənədlərin, o cümlədən ölüm haqqında şəhadətnamənin alınması üçün lazımdır. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə məktub ünvanlayaraq ərizəyə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, nümayəndənin məhkəmə iclasına gələ bilməməsinin üzürlü səbəbi kimi iş həcminin çox olmasını göstərmişdir. Məhkəmə mülki işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, şahid X13 ifadəsində bildirdi ki, ərizəçigillə qonşudurlar. Ərizəçinin atası vəfat edib. Mərhum 2024-cü ilin noyabr ayında vəfat edib, Lökbatan qəbristanlığında dəfn olunub. Dəfn və yas mərasimlərində iştirak etmişdir. X1 ifadəsində bildirdi ki, 1993-cü ildən ərizəçigillə qonşudurlar. Ərizəçinin atası vəfat etmişdir. Mərhumun nəşi Lökbatan qəbristanlığında dəfn olunmuşdur. Yas və dəfn mərasimlərində iştirak etmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, ölüm faktının müəyyən edilməsi tələb edilən şəxs ərizəçinin atasıdır. İş materiallarına əlavə olunmuş 31 dekabr 1988-ci il tarixdə Füzuli rayon Qacar kənd sovetliyi tərəfindən verilmiş XİV-JQ seriyalı 263614 saylı doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx xxxxxx 1988-ci il tarixdə Füzuli rayonu Qacar kəndində doğulmuşdur. X2, anası X4r. Qaradağ rayonu Lökbatan bələdiyyəsinin 29 noyabr 2024-cü il tarixli 02/371 saylı arayışından görünür ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etmiş X7 xx.xx.2024-cü il tarixdə Lökbatan qəbristanlığında dəfn edilmişdir. Bakı şəhəri Maraqlı şəxs 30 noyabr 2024-cü il tarixli məktubundan görünür ki, Ərizəçi xx.xx.2024-cü il tarixdə vəfat edən X3 ölümünün qeydə alınması barədə ərizəsinə baxılmış, ona qanunvericiliyin tələbləri izah edilmiş, ölüm haqqında tibbi şəhadətnamə olmadığından X3 ölümünün qeydə alınmasının mümkün olmadığı bildirilmişdir. 3 nömrəli birləşmiş şəhər xəstəxanasının 29 noyabr 2024-cü il tarixli 70 saylı məktubundan görünür ki, xx.xx.1961-ci il tarixdə Füzuli rayonunda doğulmuş, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində vəfat etmiş X5 ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina olunmuşdur. Səbəb kimi qeyd edilmişdir ki, X7 3 nömrəli BŞX İİ şöbəsində qeydiyyatda olmamışdır və xəstəliyi ilə əlaqədar müraciət etməmişdir. Təcili və X8 Stansiyasının 15 saylı bölməsinin xx.xx.2024-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2024-cü il tarixdə ünvan 2 ünvana X3 (63 yaş) adına çağırış daxil olmuş, 15 saylı bölmənin təcili tibbi yardım briqadası saat 15:33-də həmin ünvana gəlmiş və həkim A.Adıgözəlova həkimə qədər ölüm (kişi cinsli meyit) halının baş verdiyini qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, Ərizəçi atasının ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, xx.xx.1961-ci il tarixdə Füzuli rayonunda doğulmuş X7 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarına əlavə olunmuş məcburi köçkün vəsiqəsindən (AA seriyalı 470846 saylı) göründüyü kimi, ərizəçi Füzuli rayonundan məcburi köçkün olduğundan dövlət rüsumu ödəməkdən azad edilmiş şəxsdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1961-ci il tarixdə Füzuli rayonunda doğulmuş X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-350/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-350/2025
28.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver