Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3524/2021 08.12.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli olan şəxsin ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli olan şəxsin ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X5 onun atası olmaqla, 01.11.1958-ci ildə Lənkəran rayonu, Avrora qəsəbəsində anadan olmuşdur. Atasının 13.10.2021-ci ildə vəziyyəti pisləşdiyinə görə X10 çağırış etməklə həkim çağırmışlar. Həkim gələnə qədər artıq atası vəfat etmişdir. Atasını el adəti ilə dəfn etmişlər və yas mərasimi keçirmişlər. Bu barədə ərizəyə Lökbatan qəsəbə məscidi dini icmasının arayışı da əlavə edilmişdir. Onun başı atasının dəfninə qarışdığına görə ölüm şəhadətnaməsini həmin vaxt almamışdır. Sonradan ölüm şəhadətnaməsi almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin onlar ölüm şəhadətnaməsi verməkdən imtina etmişlər. Hazırda atasının ölüm şəhadətnaməsi ona bəzi hüquqi sənədləri əldə etmək üçün lazımdır. Göstərilənləri nəzərə alaraq, 01.11.1958-ci ildə Lənkəran rayonu, Avrora qəsəbəsində doğulmuş atası X2, 13.10.2021-ci ildə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə etdi. O, ərizənin məzmununa uyğun izahat verərək, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadəsində göstərdi ki, mərhum X5 onun qonşusu olmuşdur, 13.10.2021-ci il tarixdə vəfat etmiş, nəşi Lənkəran rayonu, Hirkan qəsəbə nümayəndəliyinin tərkibində olan Parakənd kənd qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadəsində göstərdi ki, mərhum X5 onun qonşusu olmuşdur, 13.10.2021-ci il tarixdə vəfat etmiş, nəşi Lənkəran rayonu, Hirkan qəsəbə nümayəndəliyinin tərkibində olan Parakənd kənd qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə aşağıdakılara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X11 “X12” X16 tərəfindən verilmiş 22 oktyabr 2021-ci il tarixli, 1201 saylı məktubdan görünür ki, 01.11.1958-ci il təvəllüdlü X1 Tibbi Mərkəzində ölümə səbəb olan diaqnozla qeydiyyatda olmadığı üçün ölüm haqqında tibbi şəhadətnamə verilməsi tərəflərindən mümkün olmamışdır. İş materiallarında olan BŞT və TTYS-nin 10-cı saylı Təcili və X4 X7 haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 13.10.2021-ci il tarixdə X2 adına çağırış olmuş, xəstə üzərində aparılmış müayinə zamanı həkimə qədərki kişi cinsli meyid aşkar edilmişdir. İş materiallarında olan Hirkan qəsəbə inzibati ərazi nümayəndəliyi tərəfindən verilmiş 21.10.2021-ci il tarixli arayışından görünür ki, mərhum X5 13.10.2021-ci il tarixdə Lənkəran rayonu, Hirkan qəsəbə nümayəndəliyinin tərkibində olan Parakənd kənd qəbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan Maraqlı şəxs 22 oktyabr 2021-ci il tarixli, 05/Q-1529/15 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X2 13.10.2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi iş materialları və şahid ifadələri ilə tam sübuta yetirildiyindən və ölüm faktnının müəyyən edilməsi ərizəçiyə ölüm haqqında şəhadətnamə alınması üçün lazım olduğundan həmin hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 01.11.1958-ci il tarixdə Lənkəran rayonu, Avrora qəsəbəsində doğulmuş X2 13.10.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Hazırkı məhkəmə qətnaməsi ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: KAMRAN ƏSƏDOV
Məhkəmə qərarları › İş №2(002)-3524/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3524/2021
08.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver