Məhkəmə qərarları › İş №2(002)-3563/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3563/2025

29.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3563/2025 29.10.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə МÜƏYYƏNЕТDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1949-cu ildə İmişli rayonunda anadan olmuş babası X1 12 avqust 2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi ərizəsinə uyğun izahat verərək bildirdi ki, X4 onun babası olmaqla xx.xx.1949-cu ildə İmişli rayonunda anadan olmuşdur, atası vəfat etdiyindən onunla birgə yaşamışdır, son dövrdə ürək xəstəsi olmuşdur. 12 avqust 2025-ci il tarixdə babasının vəziyyəti ağır olduğuna görə X11 çağırış etməklə həkim çağırmışdır. Həkim gələnə qədər artıq babası vəfat etmişdir. Babasını el adəti ilə dəfn etmişlər və yas mərasimi keçirmişlər. Vaxtında babasının ölməsinə dair ölüm haqqında şəhadətnamə almamışlar. Sonradan ölüm haqqında şəhadətnamə almaq üçün Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin tibbi şəhadətnamə olmadığından ölüm haqqında şəhadətnamə verməkdən imtina edilmişdir. Hazırda babasının ölüm haqqında şəhadətnaməsi ona bəzi hüquqi sənədləri əldə etmək üçün lazımdır. Qeyd olunanlara əsasən o, ərizə ilə məhkəməyə müraciət etmişdir və hazırda məhkəmədən ərizəsinin təmin edilməsini xahiş edir. Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq, işə onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X5 ifadə verərək bildirdi ki, ərizəçinin həm qonşusu, həm də qohumudur. Mərhumun 12 avqust 2025-ci il tarixdə vəziyyəti ağırlaşmış və təcili yardım gələnə qədər vəfat etmişdir, həkim öldüyünü təsdiq etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, izahatı və şahid ifadəsini dinləyib, təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə ərizə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZE seriyalı, 01768156 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1949-cu il tarixdə İmişli rayonunda anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” 3 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2025-ci il tarixli arayışından görünür ki, xx.xx.1949-cu il təvəllüdlü X7 3 nömrəli BŞX İİ şöbəsində qeydiyyatda olmamışdır və xəstəliyi ilə əlaqədar müraciət etmədiyi üçün ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası İmişli rayonu Muradalılı Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Lökbatan qəsəbəsi, massiv 4, keçid 2, ev 16-da qeydiyyatda olan, xx.xx.1949-cu il təvəllüdlü X4 xx.xx.2025-ci il tarixdə vəfat etmiş və İmişli rayonunun Xoşçobanlı kənd qəbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan AZ-İİ seriyalı 506704 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan İ-AZ seriyalı, 006035 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1999-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur, Ərizəçi atası X6r. İş materiallarında olan İ-JQ seriyalı, 360891 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1972-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, Əhmədov Elşənin atası X2r. İş materiallarında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Respublika Təcili və X3 Mərkəzi” PHŞ Qaradağ TTTYS 11 saylı Bölməsi tərəfindən verilmiş arayışdan görünür ki, 12 avqust 2025-ci il tarixdə saat 13:25 radələrində X1 adına çağırış daxil olmuş, həkiməqədər ölüm, kişi cinsli meyit aşkar edilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının Lökbatan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 278 saylı, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Əhmədov X10 qəsəbəsi, 4-cü massiv, 2-ci keçid, ev 16 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən, ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Həmin Məcəllənin 194.2-ci maddəsinə əsasən, ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. İş üzrə sübutlara hüquqi qiymət verərək məhkəmə müəyyən edir ki, təqdim olunmuş sübutlarla ərizəçinin babası xx.xx.1949-cu ildə doğulmuş X1 12 avqust 2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarının 9-cu bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi babası xx.xx.1949-cu ildə İmişli rayonunda anadan olmuş X1 12 avqust 2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar