Məhkəmə qərarları › İş №2(002)-3574/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3574/2022

26.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3574/2022 26.12.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, tərcüməçi X2, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə МÜƏYYƏNЕТDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1951-ci ildə Bakı şəhərində doğulmuş anası X3 14 sentyabr 2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi izahatında bildirdi ki, X1 anası olmaqla 01 iyul 1951-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Anası epilepsiya xəstəsi olmuş, 14 sentyabr 2022-ci il tarixdə öz yaşadığı evdə vəfat etmişdir, onu el adəti ilə dəfn etmişlər və yas mərasimi keçirmişlər. Hüquqi savadlarının olmaması səbəbindən vaxtında ölüm haqqında şəhadətnamə almamışlar. Sonradan Maraqlı şəxsnə müraciət etmişdir, lakin tibbi şəhadətnamə olmadığından ona ölüm haqqında şəhadətnamə verilməmişdir. Hazırda ölüm haqqında şəhadətnamə bəzi hüquqi sənədləri əldə etmək üçün lazımdır. Qeyd olunanlara əsasən o, ərizə ilə məhkəməyə müraciət etmişdir və hazırda məhkəmədən ərizəsinin təmin edilməsini xahiş edir. Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq, işə onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X5 ifadə verərək bildirdi ki, o, mərhumun qonşusudur. xx.xx.2022-ci il tarixdə ərizəçi ilə qapını açanda mərhum divanda uzanmış vəziyyətdə idi, həkim çağırdıqda həkim bir sutka əvvəl öldüyünü bildirmişdir. Mərhum epilepsiya xəstəliyindən əziyyət çəkirdi, sonuncu dəfə onunla xx.xx.2022-ci ildə danışmışdı. Məhkəmə iş materiallarını araşdırıb, izahatı və şahidin ifadəsini dinləyib, təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə ərizə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında 23 saylı Birləşmiş Şəhər Xəstəxanasının arayışından görünür ki, xx.xx.1951-ci il tarixdə doğulmuş X3 ölümünü təsdiq edən sənədlər olmadığı üçün ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün olmamışdır. İş materiallarında olan X5, X10 və X6 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, X7 yaşadığı ünvan 2 ünvanında xx.xx.2022-ci il tarixdə rəhmətə getmişdir. İş materiallarında olan Qaradağ rayonu Sahil Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Ərizəçi anası X7 vəfat edənə qədər, yəni xx.xx.2022-ci il tarixə qədər ünvan 2 ünvanında yaşamışdır, mərhum X7 Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1982-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 109 saylı Mənzil- Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 934 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Ərizəçi Vladimirova ünvan 2 ünvanında yaşayır. İş materiallarında olan AZE seriyalı, 01768151 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1951-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhəri Təcili və X8 Stansiyası 20 saylı bölməsi tərəfindən verilmiş arayışdan görünür ki, 15 sentyabr 2022-ci il tarixdə saat 17:32 radələrində X3 adına çağırış daxil olmuş, həkiməqədər ölüm, qadın cinsli meyit aşkar edilmişdir İş materiallarında olan AZ-İ seriyalı, 092589 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X14 ilə X9 22 may 2004-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar, nikahları Səadət sarayında rəsmiləşdirilmişdir, nikah bağlandıqdan sonra arvada “Xəlilova” soyadı verilmişdir. İş materiallarında olan Vİİİ-JQ seriyalı, 485703 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1982-ci il tarixdə anadan olmuşdur. Şamanova İrinanın anası X4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 194-cü maddəsinə əsasən, ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. İş üzrə sübutlara hüquqi qiymət verərək məhkəmə müəyyən edir ki, təqdim olunmuş sübutlarla ərizəçinin anası xx.xx.1951-ci ildə Bakı şəhərində doğulmuş X3 14 sentyabr 2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarının 9-cu bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi anası xx.xx.1951-ci ildə Bakı şəhərində doğulmuş X3 14 sentyabr 2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar