Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-368/2023 27.04.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı birgə daşınmaz əmlakın bölgüsü tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı birgə daşınmaz əmlakın bölgüsü tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə ümumi mülkiyyətdə olan daşınmaz əmlakları aralarında bölərək ünvan 1 ünvanda yerləşən və ümumi mülkiyyətdə olan 3 otaqlı evin ona və uşaqlarına, həmin ünvandakı yardımçı evi və ümumi mülkiyyətdə olan digər daşınmaz əmlakın ünvan 2 ünvanında yerləşən bir otaqlı evin və 8 sot torpaq sahəsinin, eləcədə hazırda cavabdehin idarə etdiyi “Nissan Tiida” 90- W-130 saylı minik maşının isə cavabdehə verilməsi haqqında, həmçinin 100 manat məbləğində tərəflərindən verilmiş dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı yazılı formada ərizə ilə məhkəməyə müraciət edərək, verdiyi iddia ərizəsindən imtina etdiyini, mülki iş üzrə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin təmin edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında ərizənin təmin edilməsinə etiraz etdi və işə mahiyyəti üzrə baxılmasını xahiş etdi. Məhkəmə iddiaçının iddiadan imtina barədə ərizəsini araşdıraraq hesab edir ki, iddiaçının iddiadan imtinası qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir; 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Göründüyü kimi, hazırkı iş üzrə icraata xitam verilməlidir. Çünki, iddiaçı iddiadan imtina etmiş, bu barədə məhkəməyə ərizə verməklə, tərəflər arasında olan mübahisənin davam etdirilməsini istəməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının iddiadan imtinası qəbul edilməli və İddiaçı Cavabdeh qarşı birgə daşınmaz əmlakın bölgüsü tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, hazırkı vəziyyətdə iddiaçının iddiadan imtina etməsi hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından məhkəmə mübahisəyə mahiyyəti üzrə baxılmasını qanunauyğun hesab etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4, 262, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı iddiadan imtinası qəbul edilsin. İddiaçı Cavabdeh qarşı birgə daşınmaz əmlakın bölgüsü tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-368/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-368/2023
27.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver