Məhkəmə qərarları › İş №2(002)-3689/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3689/2025

29.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3689/2025 29.10.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi «şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində qeyd etməklə, «şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, atası, 1940-cı il tarixdə Laçın rayonu Şəlvə kəndində doğulmuş X4 31 avqust 2025-ci il tarixdə ünvan 1 ünvanda) ölməsi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə qətnamə çıxarılması, icrasının Maraqlı şəxsnə həvalə edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(002)-3689/2025 saylı qərardadı ilə iş üzrə icraata «qətnamənin icrasının Maraqlı şəxsnə həvalə edilməsi» tələbinə dair hissədə xitam verilmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, atası X1 yaranmış problemlərlə əlaqədar Təcili və X7 mərkəzinin 103 çağrı mərkəzinə müraciət etmişdir. Həkimlərin apardıqları müayinələrin nəticəsində atasının insult keçirdiyi məlum olmuşdur. X2 1940-cı ildə doğulmuşdu və 85 yaşı var idi. Ev şəraitində müalicə edilsə də, xx.xx.2025-ci il tarixdə X2nun vəziyyəti kəskin pisləşmiş və dünyasını dəyişmişdir. Xəstənin vəziyyəti pisləşən zaman çağırdıqları Təcili və X7 stansiyasının təcili yardım briqadası onlara ölüm haqqında xəbərdarlıq vərəqəsi təqdim etmişdir. Mərhum xx.xx.2025-ci il tarixdə ünvan 2 ünvanda vəfat etmişdir. Atasının həmin vaxt və həmin ünvanda vəfat etməsini qonşular təsdiq edə bilərlər. Atasının nəşi 01 sentyabr 2025-ci il tarixdə Qaradağ rayonu Qızıldaş qəsəbə qəbristanlığında, vəfat etmiş qohumlarının qəbrlərinin yanında dəfn edilmişdir. Müvafiq rəsmiləşdirmənin aparılması üçün ölüm haqqında şəhadətnamənin olması vacibdir. 10 sentyabr 2025-ci il tarixdə ölüm haqqında şəhadətnamənin alınması üçün Maraqlı şəxsnə müraciət etdikdə, müvafiq həkim arayışı olmadığı üçün ölüm haqqında şəhadətnamənin verilməsinin mümkünsüz olduğu bildirilmiş və ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Hazırda atasının ölüm faktının müəyyən edilməsi ona bəzi hüquqi sənədlərin, o cümlədən, ölüm haqqında şəhadətnamənin alınması üçün lazımdır. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, şahid X8 ifadəsində bildirdi ki, yaxın qonşudurlar. Atası avqust ayının axırında vəfat edib, sentyabrın əvvəlində dəfn olunub. Ərizəçinin atası yüksək təzyiqdən vəfat edib. Qızıldaş qəsəbə qəbristanlığında dəfn olunub. Dəfn və yas mərasilərində iştirak edib. X3 ifadəsində bildirdi ki, qoşudurlar. Ərizəçinin atası vəfat edib. Qızıldaş qəsəbə qəbristanlığında dəfn olunub. Qonşu kimi dəfn və yas mərasilərində iştirak edib. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, ölüm faktının müəyyən edilməsi tələb edilən şəxs X5 ərizəçinin atasıdır, 1940-cı il tarixdə Laçın rayonu Şəlvə kəndində doğulmuşdur. Təcili və X7 Stansiyası tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 31 avqust 2025-ci il tarixdə ünvan 3 ünvana X4 adına çağırış daxil olmuş, təcili yardım briqadası saat 19:05-də həmin ünvana gəlmiş, adına çağırış daxil olmuş şəxsin vəfat etdiyini aşkar etmiş, «Həkimə qədər ölüm. Kişi cinsli meyit» barədə qeyd aparmışdır. Bakı şəhəri Qaradağ rayonu Qızıldaş bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 156 saylı arayışından görünür ki, X5 xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Mərhum Qızıldaş qəsəbə qəbristanlığında dəfn edilmişdir. xx.xx.2025-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, X5 xx.xx.2025-ci il tarixdə ünvan 2 ünvanda vəfat etmişdir. xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Qaradağ rayonu Qızıldaş qəsəbə qəbristanlığında dəfn edilmişdir. 3 nömrəli birləşmiş şəhər xəstəxanasının 11 sentyabr 2025-ci il tarixli 103 saylı məktubundan görünür ki, 1940-cı il tarixdə Laçın rayonu Şəlvə kəndində doğulmuş və 31 avqust 2025-ci il tarixdə Bakı şəhərində vəfat etmiş X5 3 nömrəli BŞX-nin İİ şöbəsində qeydiyyatda olmadığı və xəstəliyi ilə əlaqədar müraciət etmədiyi üçün ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. Bakı şəhəri Maraqlı şəxs 10 sentyabr 2025-ci il tarixli məktubundan görünür ki, Ərizəçi xx.xx.2025-ci il tarixdə vəfat edən X4 ölümünün qeydə alınması barədə ərizəsinə baxılmış, ona qanunvericiliyin tələbləri izah edilmiş, ölüm haqqında tibbi şəhadətnamə olmadığından X4 ölümünün qeydə alınmasının mümkün olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, Ərizəçi atasının ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, 1940cı il tarixdə Laçın rayonu Şəlvə kəndində doğulmuş X5 31 avqust 2025-ci il tarixdə ünvan 1 ünvanda) ölmüşdür. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 1940-cı il tarixdə Laçın rayonu Şəlvə kəndində doğulmuş X4 31 avqust 2025-ci il tarixdə ünvan 1 ünvanda) ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar