Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3743/2024 24.12.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi Tofiq qızının iştirakı ilə, Ərizəçi Tofiq qızının hüquqi əhəmiyyətli olan ölüm faktının müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Tofiq qızı hüquqi əhəmiyyətli olan ölüm faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1967-ci ildə Bakı şəhərində doğulmuş X1 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Tofiq qızı ərizəni onunla əsaslandırmışdır ki, əri X4 26 oktyabr 2024-cü il tarixdə ünvan 1 ünvanında vəfat etmişdir. O uzun müddət idi ki, ürəyin işemik xəstəliyi, stabil gərginlik stenikardiyası, FS İV Postinfakrt kardioskleroz və digər xəstəliklərdən əziyyət çəkirdi. 26 oktyabr 2024-cü il tarixdə vəziyyəti pisləşdiyindən X10 çağırmışlar. Lakin X10 gələnədək əri vəfat etmişdir. X10 Stansiyasının əməkdaşı həkim gələnə qədər ölümlə bağı xəbərdarlıq vərəqəsi tərtib edilmişdir. X11 qohumların və tanışların iştirakı ilə 27 oktyabr 2024-cü il tarixdə Lökbatan qəbirstalanlığında dəfn etmişlər. Bundan sonra 5 saylı “Asan Xidmət” Mərkəzinin qeydiyyat şöbəsinə müraciət etmişdir, orada ona ölümü təsdiq edən sənədin olmaması səbəbindən ölümün qeydiyyata alınmasının mümkün olmadığını, bunun üçün məhkəmə qətnaməsi tələb olduğu bildirilmiş və bu barədə məktub verilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi Tofiq qızı ərizəni müdafiə edərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını və şahid ifadələrini dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, aşağıdakılara əsasən ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, ərizəçinin qızıdır. Atası 26 sentyabr vəfat etmişdir. Artıq 25 gün idi ki bədənində ağrılar var idi. Lökbatan qəbirstanlığında dəfn olunmuşdur. Mərhumun yas və dəfn mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, ərizəçinin kürəkənidir. Qaynatası 26 sentyabr 2024-cü ildə vəfat etmişdir. Lökbatan qəbirstanlığında dəfn olunmuşdur. Mərhumun yas və dəfn mərasimində iştirak etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 5 saylı Bakı “Asan Xidmət” X2 tərəfindən verilmiş 04 noyabr 2024-cü il tarixli, 3-16-5/7-10-Q-1702/2024 saylı arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə vəfat edən X1 ölümünün qeydə alınması barədə ərizəyə baxılmış, ölüm haqqında tibbi şəhadətnamə olmadığından onun ölümünün qeydə alınması mümkün olmamışdır. İş materiallarında olan Təcili və X3 Stansiyasının xx.xx.2024-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, ünvan 2 ünvanına X1 adına çağırış olmuş, həkim gələnə kimi kişi cinsli meyit aşkar edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə belə qeydalınma üçün əsasdır. Yuxarıda sadalanan sübutlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, xx.xx.1967-ci ildə Bakı şəhərində doğulmuş X1 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etmiş, onun ölməsi faktı iş materialları və şahid ifadələri ilə təsdiq olunduğundan, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikasının MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 358- 360 və 362-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1967-ci ildə Bakı şəhərində doğulmuş X1 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-3743/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3743/2024
24.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver