Məhkəmə qərarları › İş №2(002)-3810/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3810/2024

02.12.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3810/2024 02.12.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs qismində qeyd edilməklə) «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs qismində qeyd edilməklə) «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə onun arasında bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/6-02116 saylı barışıq sazişinin təsdiq olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsində qeyd etmişdir ki, Maraqlı şəxs ilə aralarında xx.xx.2021-ci il tarixdə 2 saylı Bakı «ASAN xidmət» mərkəzi Qeydiyyat Şöbəsində nikah bağlanmış, nikahları akt qeydləri kitabında 1621 nömrə ilə qeyd edilmişdir. Ailə qurduqdan sonra birgə nikahdan xx.xx.2023-cü il tarixdə X3 adlı övladları doğulmuşdur. Ailə qurduqdan sonra münasibətləri yaxşı olmuş, lakin sonradan korlanmışdır. Aralarındakı nikah hazırda formal xarakter daşıyır. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyinə görə artıq birlikdə yaşamaları, ailənin bərpası qeyri-mümkündür. Faktiki olaraq ailələri dağılmışdır. Boşanmaqda fikri qəti olduğundan nikahın pozulması, uşağın onun himayəsində saxlanılması və alimentin tutulması barədə Bakı 6 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Bakı 6 saylı X1 Orxan Fizuli oğlu ilə aralarında xx.xx.2024-cü il tarixli MŞB/6- 02116 saylı barışıq sazişi bağlanmışdır. Həmin sazişə əsasən birgə nikahdan doğulmuş xx.xx.2024-cü il təvəllüdlü X2 onun himayəsində saxlanılması və yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin Maraqlı şəxs tutularaq ona ödənilməsi barədə razılığa gəlmişlər. Ərizəçi məhkəmə iclasında ərizə tələbini müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə ərizəyə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 305.1, 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Ərizəçi ilə Maraqlı şəxs oğlu arasında xx.xx.2024-cü il tarixdə Bakı 6 saylı Mediasiya Təşkilatı vasitəsi ilə bağlanmış MŞB/6-02116 saylı Barışıq Sazişindən görünür ki: 2.1. Tərəflər kimi çıxış edən Ərizəçi və Maraqlı şəxs xx.xx.2021-ci il tarixdə 1621 nömrə ilə qeydə alınmış nikahın məhkəmə qaydasında pozulmasına etiraz etmirlər; 2.2. İkinci tərəf kimi çıxış edən Maraqlı şəxs birgə nikahdan doğulmuş övladı xx.xx.2023-cü il təvəllüdlü X2 anası, birinci tərəf kimi çıxış edən Ərizəçi himayəsində qalmasına etiraz etmir; 2.3. İkinci tərəf kimi çıxış edən Maraqlı şəxs birgə nikahdan doğulmuş övladı xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat miqdarında alimenti birinci tərəf kimi çıxış edən anası Ərizəçi adına olan bank hesabına ödəməyi öhdəsinə götürür. Barışıq sazişinin şərtlərindən göründüyü kimi, həmin sazişin tam təsdiq edilməsinə maneə yaradan hal mövcuddur. Çünki, nikahın pozulması məsələsinə mülki iddia icraatı qaydasında məhkəmə tərəfindən hüquqi qiymət verilməlidir. Uşağın ananın yanında saxlanılması və atanın uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün anaya aliment ödəməsi hissəsində isə barışıq sazişinin təsdiq edilməsinə maneə yoxdur. Belə ki, MPM-nin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Ödəniş qəbzindən görünür ki, məhkəməyə ərizə təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Ərizəçi (Maraqlı şəxs qismində qeyd edilməklə) «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizəsi qismən təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə Bakı 6 saylı Mediasiya Təşkilatı vasitəsi ilə bağlanmış MŞB/6-02116 saylı Barışıq Sazişi qismən, 2.2 və 2.3-cü bəndlərə dair hissədə təsdiq olunmalıdır. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi (Maraqlı şəxs qismində qeyd edilməklə) «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizəsi qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə Bakı 6 saylı Mediasiya Təşkilatı vasitəsi ilə bağlanmış MŞB/6-02116 saylı, şərtləri şağıdakılardan ibarət olan: «2.2. İkinci tərəf kimi çıxış edən Maraqlı şəxs birgə nikahdan doğulmuş övladı xx.xx.2023-cü il təvəllüdlü X2 anası, birinci tərəf kimi çıxış edən Ərizəçi himayəsində qalmasına etiraz etmir; 2.3. İkinci tərəf kimi çıxış edən Maraqlı şəxs birgə nikahdan doğulmuş övladı xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat miqdarında alimenti birinci tərəf kimi çıxış edən anası Ərizəçi adına olan bank hesabına ödəməyi öhdəsinə götürür» - Barışıq Sazişi qismən, yuxarıda sadalan 2.2 və 2.3-cü bəndlərə dair hissədə təsdiq olunsun. Alimentin tutulması xx.xx.2024-cü il tarixdən hesablansın. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar